"Sea Breeze" işində hakimdən ədalətli hökm istənildi – "Bizə dövlətimiz adından bəraət hökmü çıxarın"

"Sea Breeze" işində hakimdən ədalətli hökm istənildi – "Bizə dövlətimiz adından bəraət hökmü çıxarın"Sabunçu Rayon Məhkəməsində "Sea Breeze"dəki dava ilə bağlı başlanmış 3 cinayət işindən biri ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə müttəhimlər kürsüsünə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və məktəbli M.Ə çıxarılıblar. Zərərçəkən kimi isə Elnur Leysan oğlu Məmmədov və Cavad Muradov tanınıblar. Bu ilin yayında baş verən hadisədən dərhal sonra Elnur Məmmədovun təşəbbüsü ilə Elmir İsmayılov və digər şəxslərlə görüş keçirilib. Həmin görüşdə Elnur Məmmədov baş verənlərə görə hər kəsdən, özəlliklə Elmir İsmayılovdan üzr istəyib, barışıblar. Elnur Məmmədov Elmir İsmayılova deyib ki, içkili vəziyyətdə əzdiyi maşınını da düzəltdirəcək. Növbəti gün isə Elnur Məmmədov hüquq mühafizə orqanlarına şikayət ünvanlayıb və bu gün müttəhimlər kürsüsünə çıxarılan şəxslərlə yanaşı, Elnur Məmmədovun dostu Cavad Muradov da saxlanılıb. "Sea Breeze"də dava saldığını məhkəmədə belə gizlətməyən Elnur Məmmədov isə həbs olunmayıb, azadlıqda gəzir.

Hadisənin təfərrüatına gəlincə, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla "Sea Breeze"də restoranda əyləşiblər. Vüqar Tağıyev qonşu masada olan Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib. Elmir İsmayılov Elnur Məmmədovun içkili olduğunu başa düşdüyündən ona baş qoşmayıb. Vüqar Tağıyev də Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov restorandan çıxıb. Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib. Sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri "Sea Breeze"dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb. Mübahisə sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü maşını dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib. Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona xəsarət yetirib. Elmir İsmayılovun avtomobilinə də zərbələr vurmaqla yarasız hala salıb. Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovla birgə tərəflər görüşüb, barışıblar. Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, xəsarət yetirilən, avtomobili əzilən Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar. İkinci cinayət işində isə Elnur Məmmədovun dostu Cavad Muradov və Şamxal Məmmədov təqsirləndirilən şəxslər, Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə zərərçəkəndirlər. İstintaqda olması iddia edilən üçüncü cinayət işində isə Elnur Leysan oğlu Məmmədov və hazırda axtarışda olan digər şəxslər təqsirləndirilən statusundadırlar. Bu işlə bağlı hər hansı bir rəsmi məlumat, açıqlama, arayış yoxdur. 3-cü cinayət işin olması yalnız şifahi məlumatlara əsaslanır. Elnur Məmmədovun barəsindəki cinayət dosyesi isə hələ ki, məhkəməyə göndərilməyib. O, zərərçəkən kimi tanındığı iş üzrə keçirilən 26 məhkəmə prosesindən 3-nə qatılıb. Hər dəfə məhkəməyə qardaşına məxsus "TT Fight Club"da məşq edən 15 nəfərə yaxın idmançının əhatəsində gəlib. Elnur Məmmədov məhkəmədə də "Sea Breeze"dəki qalmaqallı hərəkətlərini inkar etməyib. Hakimin "o videoda sizi görmürük" sualına Elnur Məmmədov "Necə mən yoxam?! Hamını vuran o köynəksiz mənəm dəə" cavabını verib.

Yanvarın 31-də hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M. Ə.-nin vəkilləri müdafiə nitqi ilə çıxış edib.

Onlar müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını, barələrindəki cinayət işinin əsassız və qanunsuz olduğunu vurğulayıblar. Bildiriblər ki, ittiham aktı sübutlar, şahid ifafələri, təqsirləndirilən şəxslərin telefon anten məlumatları ilə məhkəmə araşdırması zamanı tamamilə təkzib olunub. Vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Bundan sonra müttəhimlər məhkəmədə son söz deyiblər. Elmir İsmayılov bildirib ki, o, özünü ittiham üzrə günahkar saymır: "Bu iş ilk gündən qərəzli aparılıb. Mənim və burada bərabər olduğum şəxslərin heç bir günahı yoxdur. Hamı, siz də möhtərəm hakim bilirsiniz ki, "Sea Breeze"də davanı salan da, bu gün kənarda qalan da Elnur Məmmədov olub. Biz isə günahımız olmaya-olmaya 8 aydır ki, həbsdəyik. Sizdən ədalətli hökm çıxarılmasını, bizə bəraət vermənizi xahiş edirəm".
Peyman Vəlizadə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi: "Hörmətli hakim, biz "Sea Breeze"də dava olanda orada olmamışıq. Saatlar sonra ora gəlmişik. Bu, məhkəmədə də təsdiqləndi. 8-9 aydır ki, həbsdəyik, ailəmizdən kənardayıq. Buraxın, gedək işimizlə məşğul olaq. Xahiş edirəm ki, bizə bəraət verəsiniz".

Məhəmməd Həsənzadə son sözündə hakimin dövlət adından çıxaracağı hökmün ədalətli olacağına inandığını dedi: "Möhtərəm hakim, burada günahsızlığım tam aydın oldu. Ona görə də gələcək fəaliyyət istiqamətlərimi dilə gətirirəm. İstəyirəm ki, həm möhtərəm hakim, həm də prokuror 22 yaşlı gənc həmvətənlərinin gələcəyinə biganə qalmasın. Artıq 7 aydan çoxdur ki, həbsdəyəm. Buna görə təhsilim yarımçıq qalıb. Arzum budur ki, iş üzrə mənə bəraət verəsiniz və mən Dövlət İqtisad Universitetinin son kursunu bitirim, hərbi xidmətə gedərək Vətənə olan borcumu ödəyim. Sizdən xahiş edirəm ki, mənə əsassız cəza təyin edərək Vətənə xidmət arzumu gözümdə qoymayın. Çox xahiş edirəm, dövlətimiz adından bəraət hökmü çıxarın. Əmin olun ki, mən aldığım tərbiyə ilə dövlətimizə və vətənimizə o qədər bağlıyam ki, əgər bəraət haqqım olmasaydı, günahım olsaydı, günahımı səmimi etiraf edərək barəmdə humanist qərar verilməsini xahiş edərdim. Lakin bu iş üzrə gedişatdan da göründüyü kimi mənim hər hansı bir günahım yoxdur. Xahiş edirəm ki, bizə ədalətli zəfər bəxş edin. Necə ki, 2-ci Qarabağ savaşında Ali Baş Komandan bizlərə ədalətli zəfər bəxş etdi".

M.Ə də hakimdən xahiş etdi ki, onun məktəbli olmasını, məktəbi bitirib ali məktəbə daxil olmaq arzusunu, günahsızlığını nəzərə alıb barəsində bəraət hökmü çıxarılsın. Bundan sonra proses fevralın 6-na qədər təxirə salınıb.

Qeyd edək ki, Elnur Məmmədov oliqarx Leysan Məmmədovun oğludur. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, "Sea Breeze"dəki davanın əsas fiqurantı Elnur isə Vergilər Xidmətinin inspektoru olub.

"Sea Breeze" işində hakimdən ədalətli hökm istənildi – "Bizə dövlətimiz adından bəraət hökmü çıxarın""Sea Breeze" işində hakimdən ədalətli hökm istənildi – "Bizə dövlətimiz adından bəraət hökmü çıxarın"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9457   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə

25.10.2026 587
.

Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı

Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanlar

25.10.2026 323
.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

25.10.2026 276
.

Moskva "Avro-3" ölkələrinin BAEA-dakı mövqeyini tənqid edib

"Avro-3" ölkələri - Fransa, Böyük Britaniya və Almaniya - Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) gərginliyi artırmaqla ABŞ və İsrailin İrana qarşı təcavüzünə faktiki olaraq yol açıblar. xəbər verir ki, bunu Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixai

10:42 128
.

İran ordusu ABŞ-ın PUA-sını Bəndər Abbas üzərində məhv etdiyini bildirib

İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. xəbər verir ki, bu barədə TASS İran ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ ordusuna məxsus LUCAS tipli pilotsuz uçuş aparat

11:07 102
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25.10.2026 439
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 159
.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 80
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 322
.