Sərxangil bu evdə kirayə qalırdılar... - Foto
Bakının Nərimanov rayonu ərazisində ADA-nın tələbəsi və qardaşının dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Əli Asif oğlu Həsənov və 2002-ci il təvəllüdlü qardaşı Sərxan PY UA 38/10 ünvanındakı mənzildə kirayə yaşayırmış.
Belə ki, ikiotaqlı mənzilin bir otağında 23 yaşlı Əli yeni ailə qurduğu xanımla, digər otaqda isə Sərxan qalırmış. Hadisədən bir neçə gün əvvəl isə Əli Həsənov həyat yoldaşını atasıgilə aparıb. Bundan sonra – yanvarın 24-də yaxınları Əli və Sərxana zəng edərkən onların telefona cavab vermədiyini görərək narahat olublar. Qardaşların evə gələn qohumlarından biri pəncərəni qıraraq otağa daxil olub və gənclərin artıq vəfat etməsi məlum olub.
İlkin məlumata əsasən, hadisə evi isitmək üçün nəzərdə tutulan qızdırıcı qaz sobasından baş verib.
Vəfat edən qardaşlar əslən Tovuzdan olub, ailədə onlardan başqa 2 bacı da var. Onların nəşi dəfn edilmək üçün rayona aparılıb və qardaşlar bir az əvvəl Ağbulaq kəndində torpağa tapşırılıblar.
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Əli Həsənov təxminən 3 ay əvvəl evlənibmiş. S.Həsənov isə Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olubmuş. IV kurs tələbəsi olan Sərxan Prezident təqaüdçüsü imiş.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1359 Tarix: 26 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
16:18 61 Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
13:00 177 Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı
10:28 253 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
15:52 102 Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər
12:37 218 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
16:11 75 Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan
12:43 179 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 191 Ər-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 347