"Azərbaycanın AŞPA ilə əməkdaşlığını dayandırmaq qərarı yerində atılan addım oldu" - Deputat

"Azərbaycanın AŞPA ilə əməkdaşlığını dayandırmaq qərarı yerində atılan addım oldu" - DeputatAzərbaycan nümayəndə heyəti ölkəyə qarşı ikili standartlara etiraz olaraq AŞPA ilə əməkdaşlığı dayandırıb. Bəyanatda bildirilib ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı milli maraqlarımızın müdafiə edilməsi baxımından yerində atılan addım oldu. Azərbaycan göstərdi ki, cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında hərbi-siyasi qələbələrimiz fonunda yaranan yeni reallıqda heç kim bizimlə ultimatum dilində danışa bilməz:

"Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurası ilə Avropa xalqları ailəsinə inteqrasiya və Avropa standart və dəyərlərindən bəhrələnmədə ehtiva olunan əməkdaşlığa malik idi. Avropa Şurası ilə əməkdaşlığın səmərəli aparılması üçün Azərbaycan istər qanunvericilik, istərsə də praktik səviyyədə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etmiş, o cümlədən ötən 23 il ərzində öz milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Mühüm islahatlar çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının BMT-nin insan hüquqları üzrə müqavilə-nəzarət orqanları ilə yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnun effektiv şəkildə təmin edilməsi üzrə müvafiq qanunvericilik tədbirləri görülmüşdür. Eyni zamanda davam edən demokratik islahatlar prosesi çərçivəsində ölkədə seçki praktikasının davamlı inkişafı, qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, idarəetmədə şəffaflığın yaradılması, habelə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərində Azərbaycan hər zaman qətiyyətli davranıb".

O qeyd edib ki, ötən dövr ərzində Avropa Şurasının bütün təsisatları kimi, AŞPA da münaqişə ilə bağlı məsələlərin müzakirəsindən imtina edərək, nə qədər absurd səslənsə də, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyondan artıq insanın hüququnun pozulmasının təşkilatın mandatına, yaxud formatına uyğun olmadığını iddia edirdi:

"Əməkdaşlığımız dövründə biz Avropa Şurası Parlament Assambleyasına müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq platforması kimi yanaşaraq bu təşkilatın Azərbaycanın məruz qaldığı işğal və təcavüz faktoru və nəticədə yüzminlərlə vətəndaşın pozulan haqlarının təmin edilməsində rol oynaya biləcəyinə inanmışıq. Çünki Avropa Şurası elə məhz insan haqlarını və qanunun aliliyini müdafiə etmək üçün mövcuddur. Lakin ötən dövr ərzində Avropa Şurasının bütün təsisatları kimi, AŞPA da münaqişə ilə bağlı məsələlərin müzakirəsindən imtina edərək, nə qədər absurd səslənsə də, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyondan artıq insanın hüququnun pozulmasının təşkilatın mandatına, yaxud formatına uyğun olmadığını iddia edirdi. Təbii ki, biz bunu doğru hesab etməsək də, eyni zamanda inanırdıq ki, ən azı bu yanaşmasına görə AŞPA Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən məruz qalacağı mümkün çirkab kampaniyasından kənarda qalacaq.Amma, təəssüf ki, Azərbaycanın özünün beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etməsi, sərhəd bütövlüyünü və bütün ərazilərində konstitusiya quruluşunu bərpa etməsinə ən isterik yanaşmanı məhz AŞPA göstərdi. AŞPA-nın yanaşması isə tək ədalətsiz deyil, eyni zamanda hüquqazidd davranışdır. Təşkilat absurd şərtləri və separatizmə açıq dəstəyi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarını hədəfə alaraq ilk növbədə beynəlxalq hüququn ümumtanınmış normalarını pozur. Bu isə Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün təhdid deməkdir və adekvat formada reaksiya verilərək nümayəndə heyətinin AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırması zəruri idi".

Deputat qeyd edib ki, mövcud gərginlik fonunda Azərbaycan nə isə itirmir. Əksinə marionet alətə çevrilməsi ifşa olunan Avropa həm də sərhədlərinin daralması fonunda onsuz da aşağı olan nüfuzunu bir az da itirmiş olur:

"30 il bir milyondan artıq insanın təməl haqlarının pozulmasına göz yuman, indi isə riyakarcasına Qarabağdan könüllü surətdə köçən erməni əsilli sakinlərlə bağlı Azərbaycandan hesabat tələb etməyə cəhd göstərən ucuz bir təşkilatla əməkdaşlıq öz qələbəsi ilə regionda yeni reallıq yaratmış qalib Azərbaycana yaraşmaz. Bütün ölkələrlə dinc yanaşı yaşamağı, digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmamağı, mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi, habelə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini hədəfləyən dövlət olaraq Azərbaycan hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri heçə sayan psevdo-təşkilatla əməkdaşlığa lüzum görmür. Prosesin nəticələrinə gəlincə, tam məsuliyyətimizlə deyə bilərik ki, mövcud gərginlik fonunda Azərbaycan nə isə itirmir. Əksinə marionet alətə çevrilməsi ifşa olunan Avropa həm də sərhədlərinin daralması fonunda onsuz da aşağı olan nüfuzunu bir az da itirmiş olur. Azərbaycan nümayəndə heyətinin bəyanatında da ifadə olunduğu kimi, baş verənlər "Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 25 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 339
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 75
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 336
.

Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub

Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. "Report"un Yaponiya İctimai Televiziyasına istinadən verdiyi məlumata görə, tövsiyə il

25.10.2026 344
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 204
.

Çirkli pulların yuyulmasında şübhəli bilinən şəxs həbs edilib

Taylandda çirkli pulların yuyulması və məlumatların oğurlanmasında şübhəli bilinən 45 yaşlı Rusiya vətəndaşı həbs edilib. xəbər verir ki, Aleks adlı Rusiya vətəndaşı oktyabrın 20-də Mukdahan əyalətində saxlanılıb. Onun Pattayada yaşadığı bildirilir. Şübhəli Taylandın cinayət qanunvericiliyinin bir neç

10:51 181
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 347
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

16:06 98
.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25.10.2026 376
.