Bu səbəbə görə həbs oluna bilərsiniz, DİQQƏTLİ OLUN
Silah insanların və ölkələrin başqa insana və ya ölkəyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir.Bu alətin əsas məqsədi kiməsə və ya nəyəsə zərər vurmaq tutulur. İnsanlar bəzən soyuq silahı üzərində belə daşıya bilir. Bəs hansı hallarda soyuq silah müsadirə oluna bilər?
Mövzu ilə bağlı BiG.AZ-a hüquqşünas Ramil Süleymanov açıqlama verib.
O bildirib ki,məişətdə işlədilən bəzi alətlər isə cinayət törədildikdən sonra soyuq silah hesab olunur.
"Təyinatı başqa olan əşyalarla insanlar cinayət törədirsə,bu soyuq silahla həyata keçirilən əməl hesab olunur. Bunun da məsuliyyəti var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə nəzərdə tutulub.
Həmin maddəni daha ətraflı aşağıda qeyd edirik:
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—
iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.2. Eyni əməllər:
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
228.2.2. təkrar törədildikdə
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1746 Tarix: 22 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHeyvanlarda yayılan virus ilk dəfə insanda aşkarlandı
Fransada əsasən mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb. Hadisə elmi baxımdan qeyri-adi hesab edilsə də, səhiyyə qurumları hazırda virusun geniş yayılması riskinin aşağı olduğunu bildirirlər. BİG.AZ xəbər verir ki, "Reuters" agentliyinin məlumatın
12:56 197 Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi
Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl
11:28 196 Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı
12:23 199 Kirayə tələsi: Gənclər ev almaq üçün niyə pul yığa bilmir?
"Bakıda mənzil bazarının mövcud vəziyyətini qiymətləndirərkən əsas diqqət yetirilməli məsələlərdən biri kirayə qiymətlərinin əhalinin gəlirləri ilə nə dərəcədə uzlaşmasıdır. Mənzil insanın yalnız yaşayış ehtiyacını qarşılayan vasitə deyil, eyni zamanda sosial təminatın, maliyyə sabitliyinin və gələcə
11:04 218 Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq
İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib
11:02 195 "Banu" Günel illər sonra - Foto
"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər
10:59 378 BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda
Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub
15:06 150 MTK-dan ev aldı, 30-cu ayda başqasına satıldığını öyrəndi - Nə mənzil var, nə də pul
Daxili kreditlə Mənzil-Tikinti Kooperativindən (MTK) ev alan vətəndaş evsiz qalıb. xəbər verir ki, bu barədə sakin özü paylaşım edib. Şikayətçinin sözlərinə görə Abşeronda yerləşən MTK-lardan birindən mənzil alıb, 50% ilkin ödənişi verib. Otuzuncu aya çatdıqda ödəniş 15-20 gün kecikib. Məsələ ilə bağl
18:45 1 Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?
"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını
14:52 152