Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdiƏməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Qaynarinfo xəbər verir ki, Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin "Xor-xor"əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq"ında Camal, H.Abbaszadənin "Həzi Aslanov"unda Bekişvilli, Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən"ində Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı Qənbər"ində Qıdı Kirvə, E.İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir"ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü"ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı"nda Çeda, N.Nərimanovun "Nadir şah"nda Əliəşrəf bəy və s obrazlara səhnə həyatı verib.

Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.

Allah rəhmət eləsin!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1493   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Heyvanlarda yayılan virus ilk dəfə insanda aşkarlandı

Fransada əsasən mal-qarada rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb. Hadisə elmi baxımdan qeyri-adi hesab edilsə də, səhiyyə qurumları hazırda virusun geniş yayılması riskinin aşağı olduğunu bildirirlər. BİG.AZ xəbər verir ki, "Reuters" agentliyinin məlumatın

12:56 197
.

Atəşgahdan kino ekranlarına: Azərbaycan-Hindistan mədəni əlaqələrinin izi

Xəzərin sahilində, Bakının yaxınlığında yerləşən Atəşgahın divarlarında Hindistandan gəlmiş insanların yazıları qorunub saxlanılır. Bu qədim abidə təkcə Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunəsi deyil, həm də müxtəlif xalqlar arasında əsrlər boyu mövcud olmuş ticarət və mədəni əlaqələrin canl

11:28 196
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

Kirayə tələsi: Gənclər ev almaq üçün niyə pul yığa bilmir?

"Bakıda mənzil bazarının mövcud vəziyyətini qiymətləndirərkən əsas diqqət yetirilməli məsələlərdən biri kirayə qiymətlərinin əhalinin gəlirləri ilə nə dərəcədə uzlaşmasıdır. Mənzil insanın yalnız yaşayış ehtiyacını qarşılayan vasitə deyil, eyni zamanda sosial təminatın, maliyyə sabitliyinin və gələcə

11:04 218
.

Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq

İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib

11:02 195
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

10:59 378
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 150
.

MTK-dan ev aldı, 30-cu ayda başqasına satıldığını öyrəndi - Nə mənzil var, nə də pul

Daxili kreditlə Mənzil-Tikinti Kooperativindən (MTK) ev alan vətəndaş evsiz qalıb. xəbər verir ki, bu barədə sakin özü paylaşım edib. Şikayətçinin sözlərinə görə Abşeronda yerləşən MTK-lardan birindən mənzil alıb, 50% ilkin ödənişi verib. Otuzuncu aya çatdıqda ödəniş 15-20 gün kecikib. Məsələ ilə bağl

18:45 1
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

14:52 152
.