Əfqanıstanda təyyarə qəzasında ölən biznesmen Rusiyada "bazar kralı" kimi tanınırmış

Əfqanıstanda təyyarə qəzasında ölən biznesmen Rusiyada "bazar kralı" kimi tanınırmışRusiyanın Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə birlikdə Əfqanıstanda təyyarə qəzasında həlak olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 20-də axşam saatlarında Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş "Falcon 10" biznes-jeti ilə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyaləti üzərində rabitə əlaqəsi kəsilib.

Tezliklə təyyarənin qalıqları yüksək dağlarda tapılıb. Təyyarənin qəzaya uğramasına səbəb mühərrikin nasazlığı olub.

Təyyarənin sərnişinlərinin Volqodonskda tanınmış şəxslər, iş adamları Anna və Anatoli Yevsyukov olduğu məlum olub. Anatoli Yevsyukov Volqodonskda "Maşenka", "Atlant", "Avanqard" və bir sıra bazar və ticarət mərkəzinin, həmçinin müxtəlif daşınmaz əmlaklarının sahib olub və onları idarə edib.

"Baza" nəşrinin məlumatına görə, Yevsyukovlar ailəsi dekabrın 15-də tətil üçün Taylanda uçub. Bir neçə gündən sonra Anna Yevsyukova özünü pis hiss etməyə başlayıb və dekabrın 17-də o, Pattaya Xəstəxanasına yerləşdirilib. Yerli həkimlər onun infeksiyaya yoluxduğunu bildiriblər.

Qadın süni nəfəs aparatına qoşulub. Xəstənin Rusiyaya təxliyəsi üçün şəxsi təyyarə sifarişi verilib.Hava gəmisində yalnız ər və arvad üçün yer olub. Onların oğlu Vitali isə Pattayadan Rusiyaya müntəzəm reyslə uçub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 21 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 1
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 168
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 195
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

1
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 207
.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 356
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.