Nikol Paşinyan Ermənistanın konstitusiyasını dəyişməyə hazırlaşır - ŞƏRH

Nikol Paşinyan Ermənistanın konstitusiyasını dəyişməyə hazırlaşır - ŞƏRHErmənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə "narıncı inqilab"la hakimiyyəti ələ keçirdikdən sonra rəhbəri olduğu ölkənin atributları ilə yola getmədiyini zaman-zaman göstərib. Məsələn, o, 2021-ci il martın 1-də bəyan edib ki, konstitusiyaya dəyişiklik etmək, yarımprezident üsul-idarəsinə qayıtmaq lazımdır. 2023-cü il iyunun 15-də isə siyasətçi dövlətin atributu sayılan gerbi tənqid edərək onun 1991-ci ildə qurulan respublika ilə heç bir əlaqəsi olmadığını söyləyib.

Əslində, hakimiyyətə gəldiyi ilk günlərdən konstitusiyanı dəyişməyə cəhd göstərən keçmiş jurnalistin təşəbbüsü ilə 2020-ci il fevralın 6-da "Mənim addımım" blokunun təklifi əsasında Milli Məclisdə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinə dair qanun layihəsi ilk oxunuşda qəbul olunmuşdu. Fevralın 9-da isə prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salmışdı.

Yeri gəlmişkən, Ermənistanda 1995, 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi baş tutub. Bunların səbəbi isə hakim elitanın, bəzən də hansısa nüfuzlu siyasi fiqurun maraqlarını təmin etmək olub. Ölkənin problemlərini həll etmək isə heç bir siyasətçinin ağlının ucundan belə keçməyib. Bu səbəbdən Nikol Paşinyanın "yeni konstitusiyaya ehtiyac var" fikrini də şəxsi siyasi planları prizmasından dəyərləndirmək lazımdır. Qeyd edək ki, ötən il konstitusiya komissiyası istənilən təklif və təşəbbüsü rədd edib, sadəcə, hakim partiyanın əsas siyasi fiqurlarının dar çevrədə hazırlanan fikirlərini isə məqbul sayıb.

Paşinyanı yeni konstitusiyaya məcbur edən müəyyən səbəblər var. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsi və Ermənistan Konstitusiyası Qarabağın birləşdirilməsi haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin artdığı, artıq erməni tərəfinin parlament spikeri Alen Simonyanın dili ilə ikitərəfli danışıqlara müsbət yanaşıldığı bir dövrdə, təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi labüd sayılır. Qondarma "miatsum" fikrini erməni təfəkküründən silmək Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan və bunu müxtəlif platformalarda da etiraf edən Nikol Paşinyanın, yəqin ki, planlarından biridir. Çünki Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinin xatırlanması və ona istinad edilməsi hazırda aparılan sülh danışıqları və imzalanacaq sülh müqaviləsi ilə üst-üstə düşmür. Belə bir maddənin ölkənin əsas qanununda qalması sabah özü üçün beynəlxalq arenada ciddi problemlərə səbəb ola bilər.

Ehtimal edilir ki, baş nazir təklif etdiyi yeni konstitusiya sayəsində kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. "Vətəndaş sazişi"nin uzun müddətdir Eçmiədzin ilə arası sərindir. Kilsə konkret olaraq Paşinyanın hakimiyyətinə qarşı çıxır və müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi göstərir. Eyni zamanda, I Qaregin müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyib. Bu səbəbdən də yeni konstitusiya ilə kilsənin erməni cəmiyyətindəki nüfuzunu və rolunu zəiflətməyə cəhd göstəriləcəyi şübhəsizdir.
Erməni siyasi dairələrində gəzən söhbətə görə isə, konstitusiya dəyişikliyi Paşinyana dördüncü respublikanı elan etməyə şərait yaradacaq. Dəyişiklikdən sonra keçmiş redaktor siyasi mühiti yeniləməyə cəhd göstərəcək. Eyni zamanda, inqilabdan sonra hələ edilməmiş əvvəlki hakimiyyətin hərəkətlərinə qiymət verilməsinə də nail olmaq mümkündür. 2008-ci ilin mart hadisələri zamanı həbsə atılmasını hələ də Robert Koçaryana bağışlaya bilməyən Nikol, yəqin ki, bu dəfə haqq-hesab çürüdəcək.

Eyni zamanda, məhkəmələrlə bağlı maddəyə də dəyişiklik edilə bilər. Çünki ədalət sistemini və qəbul edilən qərarları özünə bağlamaq mövcud siyasi vəziyyətdə baş nazir üçün vacibdir. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan prezidentləri Serj Sarqsyan və Robert Kaçaryanı dəstəkləyənlərin sayı az deyil. Zaman-zaman məhkəmələrdə məhz bu şəxslərin lehinə qərarların çıxması da Nikolun diqqətindən yayınmayıb. Bu səbəbdən də dəyişikliklə hakimləri özündən asılı vəziyyətə salmağı düşünə bilər.

Qeyd etmək yerinə düşər ki, bir neçə müddətdir erməni siyasi elitası Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılışa hazır olması barədə fikirlər səsləndirir. Bu səbəbdən də konstitusiya dəyişikliyi ilə birlikdə hakim partiyanın qondarma erməni soyqırımı məsələsinə də düzəliş etməsi mümkün görünür. Yaxın qonşusu Türkiyə ilə xoş münasibətlərin qurmağın yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqla yanaşı, qondarma soyqırımı "şivənliyindən" əl çəkmək də vacib sayılır.

Nikol Paşinyan bir müddət əvvəl Rusiyanı tək strateji müttəfiq kimi görməyin Ermənistan üçün səhv olduğunu dilə gətirmişdi. Onun fikrinə görə, təmsil etdiyi dövlətin başqa strateji müttəfiqləri də olmalıdır. Bu səbəbdən yeni konstitusiyaya Ermənistanın milli təhlükəsizlik sisteminə aid olan maddələrin əlavə edilməsi də ehtimal edilir. Bununla da rəsmi İrəvan təhlükəsizliyi üçün bir yox, bir neçə müttəfiq əldə etməyi planlaşdıra bilər.

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 584   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

20:00 1
.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

16:58 70
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

10:59 378
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 119
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

14:40 182
.

"Evlənmək üçün vaxtımız yoxdur"

Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır

20:30 1
.

İran ordusu ABŞ-ın PUA-sını Bəndər Abbas üzərində məhv etdiyini bildirib

İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. xəbər verir ki, bu barədə TASS İran ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ ordusuna məxsus LUCAS tipli pilotsuz uçuş aparat

11:07 201
.