Tankın əzdiyi maşında salamat qalan saat məşum anda donub: Gecə saat 1-ə 22 dəqiqə işləmiş...

Tankın əzdiyi maşında salamat qalan saat məşum anda donub: Gecə saat 1-ə 22 dəqiqə işləmiş...Avtomobildə saatın əqrəbləri də həmin vaxt donub. Düz 34 ildir ki, o, həmin vaxtı olumla ölüm anı kimi dəyərləndirir.

"Hər gün "Zaporojets" markalı avtomobilimlə gecəni səhərədək küçələrdə dayanan adamlara yemək, ocaqda yandırıb qızışmaq üçün odun aparırdım. Həmin gün axşam saatlarında evə gəlib avtomobilin üstündə olan yük yerinə xeyli odun yığdım. Mühərriki işə salıb tərpənmək istəyəndə qonşu uşaqları - İlqar, Pərviz və Zakir mənə yaxınlaşıb onları da aparmağı xahiş etdilər. Onların 13-14 yaşı vardı, dedilər ki, biz də xeyli odun toplamışıq, gedək, onları da maşına yığaq. Mən onların topladıqları odunu da avtomobilə yüklədim, lakin gecə vaxtı uşaqları aparmağa etiraz etdim. Onlar evə gedib valideynlərindən icazə alandan sonra gəlib arxa oturacaqda əyləşdilər", - deyə Nazim Ələkbərov həmin gecə baş verənləri AZƏRTAC-a danışır.

"Zaporojets"lə aşağı sürətlə Tbilisi prospektindən indiki "20 Yanvar" dairəsinə gedən yolla irəliləyirdik, arxada da içi sərnişinlə dolu RAF markalı mikroavtobus hərəkət edirdi. İrəlidə isə iki tank gedirdi. Tankın biri irəliyə doğru hərəkətini davam etdirdi, mikrorayona dönən yola çatanda ikinci tank qəflətən geriyə dönüb arxadan gələn maşınların üstünə hücum çəkdi.

Tankın öz yerində dönərək atəş aça-aça üstümüzə gəlməyi hamını çaşdırmışdı. Bir onu edə bildim ki, avtomobilin əyləcini basıb saxladım. Tez oturacağı yuxarı qaldırdım ki, uşaqlar maşından düşə bilsinlər. Başqa heç nə xatırlamıram, çünki elə bildim ki, avtomobili xıncım-xıncım əzən tankın tırtılları mənim də üstümdən keçdi. Həmin vaxt tramvay xəttinin kabelləri də qırılıb maşının üstünə töküldü, elə bildim ki, indicə məni elektrik vuracaq, külüm göyə sovrulacaq. Özümü itirmiş və donuq vəziyyətdə avtomobilin içində qalmışdım. Lakin çox qəribədir ki, bunların heç biri baş vermədi. Tank isə pulemyotundan atəş açaraq bizdən arxada gələn RAF-ın üstünə doğru hərəkət etdi", - deyə Nazim kişi yenidən həmin ağır dəqiqələri xatırlayır.

O, yalnız möcüzə nəticəsində hadisədən salamat çıxa bilib, uşaqlar isə arxa qapıdan tullanaraq özlərini yerə atıblar. Arxadan gələn sərnişin avtobusunun sürücüsü ayaqlarını itirib.

"Avtomobilin qabaq şüşəsi sınıb üz-gözümə dolmuşdu. Sifətim qan içində idi, ayağıma isə dəmir parçası girmişdi, - deyə o, söhbətini davam etdirir. - Ətrafda olanlar bizə yaxınlaşıb kömək etdilər, məni maşının içindən çıxardılar. Lakin mən daha çox uşaqların hayında idim. Onların üçünü də sağ-salamat görəndə çox sevindim, hətta öz ağrılarımı da unutdum. Tbilisi prospektindən "Qələbə" kinoteatrına gedən yolla Yasamala doğru gəlirdik. Yolla gələrkən sovet tanklarından hara gəldi açılan atəşlərdən biri İlqara dəydi. O, qarnından yaralanmışdı. Yolda qara rəngli bir "QAZ-24" saxlayıb bizi hazırkı Kliniki Tibbi Mərkəzə çatdırdı, həmin maşın da güllələrdən dəlik-deşik olmuşdu. Təəssüf ki, Bakıdakı 167 nömrəli məktəbin yeddinci sinif şagirdi olan İlqar İsmayılovun həyatını xilas etmək mümkün olmadı. Özüm həmin avtomobillə evə qayıtdım. Gecəyarısı təcili yardım çağırdılar, mənə ilkin tibbi yardım göstərildi. Səhər açılan kimi Respublika Mərkəzi Xəstəxanasına getdim".
İxtisasca rəssam olan Nazim Ələkbərov yanvarın 20-dən fevralın 26-dək həmin xəstəxanada müalicə olunub. O, sinəsindən, ağciyərindən, onurğa sümüyündən və ayağından ağır yara almışdı. Bir aydan artıq davam edən müalicələrdən sonra həkimlər onu sağaldaraq evə yazıblar. Ona ikinci qrup əlillik statusu verilib.

Lakin o, hələ xəstəxanada ikən baş verən bu vəhşilik, günahsız adamlara edilən hücumlar, Bakı küçələrində törədilən izahı mümkün olmayan azğın hərəkətlər barədə şəhərin komendantına, ovaxtkı sovet rəhbərliyinə məktublar yazıb, teleqramlar vurub, başına gələn hadisə barədə şikayətlər edib. Xüsusilə onu qeyd edir ki, idarə etdiyi "Zaporojets" avtomobilinin mühərrikinin arxada olması onun həyatını xilas edib. Mühərrik öndə olsaydı, yəqin ki, Nazimin həyatında möcüzə baş verməyəcəkdi. O, bu barədə Ukraynada həmin avtomobilləri istehsal edən zavoda da məktub yazıb. Nazimi zavoda dəvət edərək ona "Zaporojets" markalı yeni avtomobil veriblər.

Qanlı 20 Yanvar gecəsində xıncım-xıncım, əzik-əzik olan köhnə avtomobil isə indi Yasamalda, Nazim Ələkbərovun evində həmin məşum günlərin yadigarı kimi saxlanılır. Əslində, avtomobildən çox, metal yığınını xatırladan avtomobildə təkcə sürücünün sağında olan saat salamat qalıb. Vaxt isə həmin vaxtdır: saat 1-ə 22 dəqiqə işləyib...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

20:00 1
.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

16:58 70
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

10:59 378
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 119
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

14:40 182
.

"Evlənmək üçün vaxtımız yoxdur"

Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır

20:30 1
.

İran ordusu ABŞ-ın PUA-sını Bəndər Abbas üzərində məhv etdiyini bildirib

İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. xəbər verir ki, bu barədə TASS İran ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ ordusuna məxsus LUCAS tipli pilotsuz uçuş aparat

11:07 201
.