Hidayət Məmmədov: "20 Yanvar Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi oldu"

Hidayət Məmmədov: "20 Yanvar Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi oldu""20 Yanvar gecəsi Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi idi".

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O qeyd edib ki, bu gün Zəfər tarixinin qüruru içində olan, suverenliyi və Konstitusiya quruluşu tam bərpa olunmuş Azərbaycanda 34 il əvvəl baş vermiş o qanlı gecə anılır:

"Müstəqilliyini haqq edən bir dövlətin vətəndaşlarıyıq. Həm də ona görə qürurluyuq ki, günahsız qurbanlarımızın, Vətən uğrunda canını fəda edən şəhidlərimizin qanı yerdə qalmayıb. Biz çiçəklənən bir ölkənin sakinlərinə çevrilmək üçün çox böyük yol qət etmişik. Bu yolu birlikdə keçmişik, o tarixi əziz tutan və onu qoruyan nəsillər yetişdirmişik. Bakı Metropoliteninin rəhbərliyi bu nəqliyyatın tarixində, bəlkə də, ən vacib və ən şərəfli qərarını məhz o gecə verdi".

H.Məmmədov metronun 1990-cı il yanvarın 20-dəki fəaliyyətindən söz açıb:
"Metro səhərə qədər insanların xidmətində dayandı, qapılar bağlanmadı, qatarların hərəkəti dayandırılmadı. Bakı Metropoliteni olmasaydı, söz yox ki, həmin gecə qurbanlarımızın sayı dəfələrlə çox olacaqdı. İnsanlar metroya bir sığınacaq kimi, xilas yeri kimi üz tutmuşdular. Şəhərdə hətta təcili tibbi yardım maşınlarının atəşə tutulduğu vaxt metropoliten yaralıları qəbul edərək onlara yardım göstərilməsində, xəstəxanalara daşınmasında əhəmiyyətli rol oynadı.

İşçilər stansiyalara daxil olan məlumat əsasında yaxın ərazilərdə olan insanların, yaralıların imdadına yetişdilər, onların stansiyalara gətirilməsində fədakarlıq göstərdilər. Elə o gecədən işçilər bu stansiyanı "20 Yanvar" adlandırmağa başladılar. Çünki artıq biz silahsız, günahsız insanlarımızın həyatına dəyər verməyən bir ordunun adını daşıyan stansiyamızın olmasını istəmirdik. Bir müddət sonra bu ad rəsmi qərarla təsdiqini tapdı. Stansiyanın memarlıq ansamblı 20 Yanvar mövzusunda tamamilə yeniləndi.

Bu gün Şəhidlər xiyabanında uyuyan günahsız qurbanlar sırasında iki metropolitençi - vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Onların uca xatirəsi "Nərimanov" elektrik deposunda əbədiləşdirilib. Bu gün bizə bu qürurlu tarixi yaşamağı nəsib etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların xatirəsini əbədi qorumağa, yeni nəsillərə ötürməyə, qəhrəmanlıqlarını yaşatmağa borcluyuq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 552   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

20:00 1
.

800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...

Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib. Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birində

16:58 70
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

10:59 378
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 119
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

14:40 182
.

"Evlənmək üçün vaxtımız yoxdur"

Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır

20:30 1
.

İran ordusu ABŞ-ın PUA-sını Bəndər Abbas üzərində məhv etdiyini bildirib

İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. xəbər verir ki, bu barədə TASS İran ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ ordusuna məxsus LUCAS tipli pilotsuz uçuş aparat

11:07 201
.