"Fitmomazerbaiian"ın TikTok fəaliyyəti: fitness, analıq və TikTok-dakı uğuru haqqında müsahibə

"Fitmomazerbaiian"ın TikTok fəaliyyəti: fitness, analıq və TikTok-dakı uğuru haqqında müsahibəTikTok geniş maraq dairəsinə, o cümlədən sağlam həyat tərzinə üstünlük verənlər və idman həvəskarlarını birləşdirir. Təəccüblü deyil ki, TikTok-da #idman həştəqi ilə paylaşılan videolar 800 milyondan çox, #idmanazerbaycan həştəqi ilə paylaşılan videolar isə 30 milyondan çox baxış toplayıb. İdman məzmunu yaradıcılarının çoxluğuna baxmayaraq, @fitmomazerbaijan onlardan fərqlənir və biz bugünkü müsahibədə onun haqqında daha çox öyrənəcəyik.
1. Özünüz haqqında məlumat verin. TikTok-da məzmun yaradıcısı olmaqdan başqa əsl peşəniz nədir və necə oldu ki, "fit mom" kimi tanındınız?
Mən Gülnar Əliyeva "Azərbaycan Dillər Universiteti"də Tərcüməçilik fakültəsini bitirmişəm. Daha sonra Dilçilik üzrə magistratura təhsili almışam. Magistratura təhsili aldığım illərdə paralel olaraq Avropa və Amerikadan qidalanma və idmanla bağlı təhsil almışam.
9 il əvvəl sosial şəbəkələrin birində "influencer" kimi fəaliyyətə başlamışam. Əvvəl hesabımın "fitness by gulya" adlanırdı. 1 il sonra səhifəmin adını bəyənmədiyim üçün adımı dəyişib "fitmomazerbaijan" qoydum. Ana olduğuma görə hamiləliklə bağlı, doğuşdan sonra bərpa ilə bağlı məzmunlar paylaşdığıma görə düşündüm ki, "fitmomazerbaijan" adı hesabıma daha çox uyğundur.
2. Fitness fəaliyyətinizi TikTok-da paylaşmağa sizi nə ilhamlandırdı?
Hamımız bilirik ki, TikTok pandemiya dövründə bütün qlobal sferada çox böyük bir maraq oyatdı. Mən də həmin dövrlərdə yaratdığım kontentləri pararlel olaraq TikTok-da da paylaşmağa başladım. Düşünmürdüm ki, qısa müddətdə, çox xərc çəkmədən videolarım bu qədər sevilə bilər. TikTok-da artıq xüsusi kütləm formalaşıb.
3. TikTok hesabınızda ən çox baxılan video hansı olub? Bu videonun arxasındakı hekayəni paylaşa bilərsinizmi? Məzmunu nədən ilhamlandırdı və sizcə, nəyə görə o, izləyicilərinizdə bu qədər yaxşı rezonans doğurdu?
Ən çox baxılan videom, səhv etmirəmsə, qarınla bağlı paylaşdığım məzəli video idi. 1-2 günə 1 milyona yaxın baxış yığan videom qarın bölgəsini arıqlatmaq üçün istifadə olunan yalnış əfsanələri linç etmək üçün hazırlanmışdı.
Daha sonra toksinlərdən, ödəm, şişkinlikdən qurtulmaq üçün hazırladığım reseptlərim çox sevilir. Bədəni formaya salmaq, qamətlə işləmək, qarın, çanaq, ayaq bölgəsində problemlərdən qurtulmaq üçün çox rahat hərəkətlər göstərirəm. Bu videolarım da çox böyük marağa səbəb olur.
4. Videolarınız tez-tez çoxlu bəyənmə və şərhlər alır. İzləyicilərinizin xüsusilə bəyəndiyi fitnes məsləhəti varmı?
Bəli, ən çox marağa səbəb xüsusi reseptlər, asan hazırlanan yeməklər, xüsusi effekti olan çay və detoks effekti olan içkilərimdir. Həmçinin qamət, qarın, çanaq, ayaq bölgələri üçün praktik hərəkətlər toplusu çox sevilir.
5. TikTok videolarınız üçün mövzulara, xüsusən də izləyicilərinizin ən çox cəlb edən istiqamətlərə necə qərar verirsiniz?
Təbii ki, şərhlərdən hansı tip videoların daha çox sevildiyini görürəm. Həmçinin hansı videom daha çox baxış toplayarsa bu tip videolara daha çox maraq olduğunu bilirəm və kontent yaradarkən izləyicilərimin istəyini nəzərə alıram.
6. Siz auditoriyanızdan "feedback" alırsınızmı və onların rəyi məzmununuzun istiqamətinə necə təsir edib?
Əbəttə ki, "feedback" alıram. Mən məhz auditoriyamın nəyə ehtiyacı olduğunu postlarıma olan rəylərdən, postlarımın nə qədər çox sevilməsi ilə ölçürəm. Və bu ölçümləri apardıqdan sonra ele onların istəyinə əsasən kontent formalaşdırıram. Bu halda qarşılıqlı şəkildə maraqlı ambiyans yaranır.
7. TikTok-da yaradıcılığı və analığı necə birləşdirirsiniz?
Mənim işim daha çox TikTok-da və digər sosial şəbəkələrdə idman və qidalanma ilə bağlı həqiqətləri və düzgün informasiyaları insanların nəzərinə çatdıraraq onları öz proqramlarıma səsləməkdir. Mənim professional işim budur. Artıq 8 ildir ki, Azərbaycanda ilk online fitness və qidalanma proqramlarını həyata keçirirəm. Hansı ki, həm idmanın, həm qidalanmanın birləşdiyi funksional online proqramım bir məktəbə çevrilib. Mən iki övlad anasıyam. İşim isə mənim üçüncü övladımdır. Çalışıram ki, hər birinə kifayət qədəra vaxt ayırım. Həm işim, həm övladlarım üçün yaxşı ana ola bilim.
8. TikTok sizə hər hansı gəlir/müştəri gətirirmi? Bu platformanın həyatınıza ümumi təsiri nədir?
TikTok çox maraqlı bir platformadır. Baxmayaraq ki, digər platformada təxminən 6 dəfə çox izləyicim var, amma rayonlarda, şəhər mərkəzində hətta özümdən yaşca böyük insanlarla qarşılaşdığımda onlar məni TikTok vasitəsi ilə tanıdıqlarını bildirirlər. Bu məni həm təəccübləndirir , həm də sevindirir.
Müştəri bazası olaraq da TikTok mənim üçün faydalı platformadır. Çünki çox yaxşı alqoritmi var. Nəzərə çatdırmaq istədiyim düzgün məlumatları yaxşı formada insanlara çatdıra bilirəm bu da mənə faydalıdır.
9. TikTok-da uğur qazammaq istəyən fitnes yaradıcıları üçün nə məsləhətiniz var?
Məsləhət görərdim ki, orijinal olsunlar. Öz üzərindəki təcrübə hekayələrindən danışsınlar. Hal-hazırda təəssüflər olsun ki, kontent yaradılması sahəsində çox böyük boşluq var. Hamı bir-birini kopyalayır. Özünəməxsus kontent yaradan influencerlər çox azdır Orijinal olmağı tövsiyə edərdim. Orijinallıq mənim üçün çox önəmlidir.
10. İzləyicilərinizin səbirsizliklə gözləyə biləcəyi hər hansı maraqlı layihələr, əməkdaşlıqlar və ya yeni ideyalar varmı?
Əlbəttə 2024-cü il üçün çox maraqlı layihələr və yeniliklər gözlənilir. Bu haqda hələki məlumat vermək istərmirəm. Açıqlama verəndə həm TikTok, həm digər sosial şəbəkə istifadəçilərimin xəbəri olacaq.
11. Məşğul analar üçün sevimli tez və effektiv məşq qaydalarından bəzilərini paylaşa bilərsinizmi?
Ümumiyyətlə bu haqda hər dəfə qeyd edirəm. Biz bədənimizdə nəyisə dəyişmək istəyiriksə bir nöqtəyə vurmaqla başlamalıyıq amma daha sonra çalışmalıyıq ki, bütün ipləri əlimizə alaq. Dediyim bu iplər planlı və balanslı şəkildə qidalanmaya və planlı şəkildə idman etməyə gedib çıxır. Hansı ki, bu idmana çox vaxt sərf etməyə ehtiyac yoxdur.
Həvəsləndirmək üçün onu deyim ki, idman özünüzə zülm etdirəcək, çox vaxtınızı alacaq bir alan şey deyil. İdman estetikadır, zövqdür. Biz bədənimizi idman sayəsində gözəlləşdirə bilirik. İdmana sadəcə zövq, istirahət və xoşbəxt olmaq üçün baxılsa və sadəcə 30-40 dəqiqə ayrılsa kifayət edər. Hər şeyi mürəkkəbləşdirmədən, özümüzə sadə qaydalar tətbiq etməklə tamamilə sağlam qidalana bilərik.
İstədiyiniz formada qalmaq üçün 5 qayda var: qidalanma, idman, su, yuxu, stresin idarə olunması. Bu 5 qaydaya əməl etməklə hər kəs istədiyi formaya düşə bilər. Bu sadaladıqlarım çox vaxtınızı almayacaq. Balanslı qidalanma, planlı idman, gün ərzində su içməyi özünüzə xatırlatmaq, yuxu rejiminizə diqqət yetirmək, çox gec yatmamaq, açıq havada tək başına gəzərək, rəqs edərək, meditasiya edərək stresi idarə etməklə siz arzuladığınız formaya sahib ola bilərsiz.
Maraqlı suallarınıza görə təşəkkür edirəm.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

TOP MP3