"20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə yazıldı" - Deputat

"20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə yazıldı" - Deputat"Xalqımız hər zaman müstəqil, azad dövlət qurmaq uğrunda mübarizə aparıb, bu müqəddəs amal uğrunda həmişə bir olub, Müstəqil dövlət qurmaq, azad yaşamaq uğrunda qurbanlar, şəhidlər verdik, ancaq müstəmləkəyə, köləliyə boyun əymədik. 1990-ci il 20 yanvar tarixi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

Deputat qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu. Bütün qadağalara baxmayaraq, öz həyatını təhlükəyə atan ulu öndər Heydər Əliyev övladı İlham Əliyev ilə birlikdə 1990-ci il yanvarın 21-də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarının kim olduğunu dünya ictimaiyyətinə çatdırdı və onları ittiham etdI:
"1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olanlar xalqın maraqlarına zidd hərəkətlərə yol verdiyinə və köləlik siyasəti yeritdiklərinə görə onların istefasını tələb edən, eləcə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etdiyinə görə o zamankı SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq qərarına gəldi. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi və digər güc strukturlarının hərbiçiləri Bakıya və respublikamızın digər rayonlarına yeridildi. Fövqəladə Vəziyyət elan edilməsi barədə xalqa xəbərdarlıq edilmədi. Dinc əhali ağır hərbi texnikalardan və avtomatlardan atəşə tutularaq qətlə yetirildi. Fövqəladə Vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər 82 nəfəri amansızlıqla qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə Vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakıda daha 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə Vəziyyətin elan olunmadığı Neftçala rayonunda və Lənkəran şəhərində də dinc əhali öldürüldü. Azərbaycana göndərilən müdafiə nazirliyinin tərkibindəki hərbiçilərin əksəriyyəti erməni əsgər və zabitlərdən təşkil olunmuşdur. Hərbiçilər Bakını zəbt etmək məqsədilə yanvarın 19-u saat 21:00 radələrindən müxtəlif istiqamətlərdən ağır hərbi texnikaları şəhər üzərinə yeritdi. Bu əməliyyatlar SSRİ Müdafiə Naziri Dmitri Yazov, SSRİ Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK sədr müavini Filip Bobkov tərəfindən həyata keçirilmişdir. Yanvarın 20-də Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi və dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi. Gözünü qan tutmuş sovet əsgərləri qocaları, qadınları, uşaqları belə qətlə yetirdilər.
Dünyada sülhün, xalqların təhlükəsizliyinin müdafiəçisi kimi qələmə verilən Sovet Ordusu öz ölkəsinin dinc əhalisinə divan tutmaqla, qətlə yetirməklə əslində SSRİ rəhbərliyinin də, onun ordusunun da qatil olduqlarını sübuta yetirmiş oldular. Sovet Ordusunun Azərbaycanda törətdiyi 20 yanvar qətliamı dünyanın ən qatı cinayətlərindən biri idi.
Dəhşətli faktlardan biri də o oldu ki, 1990-ci ilin 20 iyul tarixində SSRİ Baş Prokurorluğu hərbiçilərin hərəkətlərində cinayət tərkibinin olmaması barədə qərar çıxartdı.
Qanlı Yanvar hadisələri azərbaycanlıların milli kimliyinin yaranmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, Azərbaycan Kommunist Partiyası Bakı şəhər Komitəsinin birinci katibi bu qırğınların qarşısının alınmasında heç bir tədbir görmədilər. O vaxtkı bəzi rəhbər şəxslər xalqa ekstremist damğası vurmaqdan belə çəkinmədilər.
20 yanvar hadisələrindən sonra xalqımız daha bir acı gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı, siyasi alət kimi istifadə edən AXC-nin iç üzü açıldı. 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi barədə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra özlərində cürət tapıb bu qanlı faciəyə siyasi qiymət verilməsinə cəhd belə göstərmədilər.Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu. Bütün qadağalara baxmayaraq, öz həyatını təhlükəyə atan ulu öndər Heydər Əliyev övladı İlham Əliyev ilə birlikdə 1990-ci il yanvarın 21-də Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarının kim olduğunu dünya ictimaiyyətinə çatdırdı və onları ittiham etdi. Ulu öndər Heydər Əliyev Bakıya qoşun yeridən SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi və bunu təcavüz adlandırdı.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-ci il tarixli qərar qəbul etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu il mart ayının 29-da Milli Məclisdə "1990-ci il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında" Qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirən Prezident cənab İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulması və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət yetirir. Prezident cənab İlham Əliyevin 19.01.2006-ci il tarixli "20 Yanvar Şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi ilə təqaüd təsis edilmişdir. Ölkə başçımızın fərmanlarına əsasən bu təqaüdlərin miqdarı mütəmadi olaraq artırılır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən 20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 600 manata çatdırılmışdır.
Azərbaycan dövləti və xalqı Azərbaycanın azadlığı uğrunda öz canını qurban etmiş insanları heç vaxt unutmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp bu 15 ölkəyə HÜCUM EDƏCƏK - Siyahıda kimlər var?

ABŞ Prezidenti Donald Tramp rəsmi olaraq hərbi müdaxilə ilə hədələdiyi ölkələrin siyahısını genişləndirib. Oman ABŞ prezidentinin potensial və ya real hədəf kimi göstərdiyi 15-ci ölkə olub. Bu barədə CNN məlumat yayıb. Analitiklərin hesablamalarına görə, Trampın ritorikası və ya siyasəti nəticəsind

28.05.2026 494
.

Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Asəf Hacı oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Asəf Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə "Şöhrət" ordenin

12:54 215
.

Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü

Bakı-Tiflis-Bakı sərnişin qatarı Gürcüstandan Azərbaycana yola salınıb. Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq. Qeyd edək ki, Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax

28.05.2026 363
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

15:25 260
.

Rusiya səfiri XİN-ə çağırldı

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Xarici İşlər Nazirliiynə çağırılıb. xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, diplomatdan iddia edilən hava məkanının pozulması ilə bağlı izahat tələb edilib. Daha əvvəl Rusiya səfiri Aleksey Meşkov Kiyevdəki səfirliklərin təxliyəs

28.05.2026 286
.

Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona ilki

15:52 243
.

Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend? (VİDEO)

Mentor, motivasiya təlimçisi, "yaşam koçu": son illər həm sosial şəbəkələrdə, həm də gündəlik həyatımızda bu adlara tez-tez rast gəlirik. Onlar insanlara ən yaxşı liderlik, münaqişələrin həll edicisi, şirkət təmsilçiliyi, üstün zəka qazanmaq vədləri verirlər. Bir vaxtlar yalnız psixoloq v

14:49 192
.

İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. 28 Ma

28.05.2026 298
.

Smartfonun uzunömürlülüyünün sirri: Batareyanı qorumağın yolları

Smartfonlarda istifadə olunan litium-ion batareyalar zamanla öz xüsusiyyətlərini itirir. Çünki təxminən 500 enerji yığma dövründən sonra onların tutumu sürətlə azalır. Qaynarinfo xəbər verir ki, "Blikk" nəşrinin yazdığına görə, hətta bahalı cihaz sahibləri də fərqinə varmadan batareyanın ömrün

20:30 141
.

TOP MP3