Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat edib

Azərbaycanın ilk qadın arxeoloqlarından biri vəfat edibAzərbaycanın ilk qadın arxeoloqlarından biri - tarix üzrə fəlsəfə doktoru Firuzə Məmmədrza qızı Muradova vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, F.Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə "Qobustan tunc dövründə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən "Qobustan Tunc dövründə" monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F.Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib.

Üç kitab və 100-dən artıq məqalənin müəllifi olan Firuzə Muradova Azərbaycan arxeologiyasının ilk qadın arxeoloqlarından biridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan

12:43 230
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

14:40 276
.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

13:54 242
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

14:52 235
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

12:37 288
.

MTK-dan ev aldı, 30-cu ayda başqasına satıldığını öyrəndi - Nə mənzil var, nə də pul

Daxili kreditlə Mənzil-Tikinti Kooperativindən (MTK) ev alan vətəndaş evsiz qalıb. xəbər verir ki, bu barədə sakin özü paylaşım edib. Şikayətçinin sözlərinə görə Abşeronda yerləşən MTK-lardan birindən mənzil alıb, 50% ilkin ödənişi verib. Otuzuncu aya çatdıqda ödəniş 15-20 gün kecikib. Məsələ ilə bağl

18:45 194
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

22:48 53
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

22:30 86
.

"Heç kimin ad gününə getmirəm"

"Avroviziya 2011" qalibi Eldar Qasımov müğənnilər arasında şahidi olduğu riyakarlıqdan danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Kəşfət" layihəsində qonaq olarkən söz açıb. O bildirib ki, bəzi müğənnilərin bir-birinin arxasınca danışıb, üz-üzə gələndə isə səmimi davranmas

21:45 128
.