Əriştəni sevir, kitab oxuyur, namizədini açıqlamır - 104 yaşlı seçici

Əriştəni sevir, kitab oxuyur, namizədini açıqlamır - 104 yaşlı seçiciNaxçıvan Muxtar Respublikasında ən yaşlı seçici 104 yaşındadır. Bu, 1920-ci il təvəllüdlü Şərəf Muxtar qızı Hüseynəliyevadır. O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində səs verəcək.

AzVision.az ən yaşlı seçicinin ailəsi ilə həmsöhbət olub, Şərəf nənəni yaxından tanıyıb. Onun yeznəsi Səməd Səmədov bildirib ki, Şərəf xanım Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayır. İki qız övladı, 4 nəvəsi, 6 nəticəsi var.

"Hər iki qız övladı müəllimədir. Qayınananam İkinci Dünya müharibəsini, Birinci Qarabağ müharibəsini və sonda Vətən müharibəsini görüb. Ağır işlərdə işləyib. Ali təhsili olmasa da, çox savadlı qadındır. Son 3 il ərzində ayaqları tutuldu deyə yeriyə bilmədi".

Şərəf nənənin qızı Vəsil Hüseynəliyeva deyir ki, anası son bir neçə ilə qədər mütaliə etməyi sevirmiş:

"Məmməd Səid Ordubadinin "Qılınc və Qələm", Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" kitablarını oxuyub. Türk ədəbiyyatından mütaliə edib. Həm latınca, həm də kirilcə oxuya bilir. Çox yaddaşlı bir insandır. Qızım ali məktəbə hazırlaşanda onun kitablarını oxuyurdu".

Vəsilə xanımın sözlərinə görə, anasını yaşadan insanlara və həyata olan sevgisidir.

"Əsəbləri sakitdir. Həlim, yumşaq adamdır. Aqressiyası yoxdur. Münaqişəyə girmir. İnsanlara, həyata olan sevgisi onu yaşadır. Uşaqları sevir, onları qucaqlayır, öpür.

Həmişə ət yeməyi yeyir. Ancaq onu sulu formada xoşlayır. Xəşil, əriştə, balqabaq kimi yeməklərə də böyük həvəsi var".

Yeznəsinin sözlərinə görə, nənəyə seçki ilə bağlı məlumatlar da veriblər.

"Kimə səs verəcəyini soruşanda deyir ki, öz bildiyim namizədə səs verəcəyəm. Açıqlamır. Prezident İlham Əliyevin, Qüdrət Hüseynquliyevin, Fazil Mustafanın namizəd olduğunu bilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 969   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

17:43 263
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

22:30 86
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

13:43 229
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 255
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 238
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

22:15 107
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 156
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 197
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

20:00 167
.