Azərbaycan axtarışda olan vətəndaşını Rusiyaya verməkdən imtina etdi

Azərbaycan axtarışda olan vətəndaşını Rusiyaya verməkdən imtina etdiAzərbaycan beynəlxalq axtarışa verilən vətəndaşını Rusiyaya ekstradisiya etməkdən imtina edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Davud Mustafa oğlu Əliyev Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürməyə cəhd maddəsi ilə federal və dövlətlərarası axtarışa verilmişdi. Rusiyanın Arxangelsk vilayəti və Nenets Muxtar Dairəsi üzrə İstintaq Komitəsinin Korjyama rayonlararası istintaq idarəsinin rəis müavini Dmitri Artemenko hazırda Azərbaycan ərazisində olan Davud Əliyevin Rusiya tərəfinin müraciətinə baxmayaraq, ekstradisiya olunmadığını, onun vətənində mühakimə olunacağını qeyd edib.

"Biz Davud Mustafa oğlu Əliyevin Azərbaycan Respublikası ərazisində cinayət təqibi üçün materiallar hazırlamışıq. 2023-cü ilin oktyabrında azərbaycanlı həmkarlarımız, hüquq-mühafizə orqanlarının əməkdaşları onun yerini müəyyənləşdiriblər. Qəsdən adam öldürməyə cəhd faktı üzrə cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna verilib. Xarici dövlət təqsirləndirilən şəxsi Rusiyaya ekstradisiya etməyib. Əliyev öz vətənində mühakimə olunacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, hadisə 2023-cü il iyulun 14-dən 15-nə keçən gecə Rusiyanın Arxangelsk vilayətinin Korjyama şəhərində baş verib. Davud Əliyev şəhərin restoranlarından birinin qarderobunda 41 yaşlı yerli sakinlə mübahisə edib, mübahisə sonra küçədə davam edib. Əlbəyaxa dava zamanı Davud Əliyev bıçaqla ona bir neçə zərbə endirib. Çoxlu qan itirməsinə baxmayaraq yaralı xilas edilib. Təqsirləndirilən Davud Əliyev istintaqdan və məhkəmədən gizləndiyi üçün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Bu cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında nəzarətə götürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1792   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

17:43 263
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

22:30 86
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

13:43 229
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 255
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 238
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

22:15 107
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 156
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 197
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

20:00 167
.