Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - Açıqlama

Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - AçıqlamaAzərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tətbiqetmənin hansı səviyyədə olması barədə müxtəlif müzakirələr gedir. Diqqətçəkən məqamlardan biri də qardaş ölkədə olan ödənişli hərbi xidmətin Ordumuza gətirilməsi ehtimalıdır.

BiG.AZ xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımovun sözlərinə görə, hərbi sahədə Türkiyə modelinə keçmək hər şeyi olduğu kimi tətbiq etmək anlamına gəlməməlidir.

O, iki ölkənin əhali sayı arasındakı fərqi müqayisə edib:

"Türkiyənin əhali sayı 85 milyon, Azərbaycanda isə 10 milyondur. Həmin 85 milyonun arasında ödənişli hərbi xidmətə gedənlərin də olması mümkündür, 3 və ya 6 aylıq xidmət edənlərin də. Amma Azərbaycanda bu, mümkün deyil, çünki sayımız azdır. Bundan başqa, Azərbaycan 30 ildir ordu formalaşdırır, Türkiyədə isə ordu sistemi yüzillərdir formalaşıb. O baxımdan mütləq deyil ki, hər şeyi tətbiq edək".

T.Qasımov Azərbaycanda hərbi xidmətin nə zamansa ödənişli olacağına inanmadığını bildirib:

"Sərhədlərimizdə İran və Ermənistanın olduğunu nəzərə almalıyıq. Sülh müqaviləsi imzalanmayıb, bəzi məsələlər hələ həllini tapmayıb. Demək olar ki, Azərbaycan hazırda da müharibə vəziyyətindədir. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb, anklavlar geri qaytarılmayıb, biz yarısülh, yarımüharibə vəziyyətində sayılırıq. Həm bu vəziyyəti, həm də əhalinin sayını nəzərə alsaq, Türkiyədə ödənişli hərbi xidmət tətbiq etmək mümkündür, bizim üçün isə yox. Azad olunan torpaqlarımızı qorumaq, orada xidmət keçmək lazımdır".

Hərbi-siyasi ekspertin sözlərinə görə, Türkiyə modelinə keçid NATO sisteminə keçmək deməkdir:

"Yeni modelə keçmək yalnız şəxsi heyətin formalaşması deyil, həm də onların ordusunda olan nizam-intizamın, döyüş hazırlıqlarının bizdə də tətbiqi, hərbi məhsulların istehsalı deməkdir. Yəni burada hərbi sənayenin inkişafı da yer alır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3772   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27.10.2026 265
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27.10.2026 306
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 478
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 352
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 360
.

Azərbaycanda cəza sistemi dəyişdirilməlidir? - Hüquqşünasdan AÇIQLAMA

"Azərbaycanda kontinental, yəni roman-german hüquq sistemi tətbiq olunur. Ancaq həm anqlo-sakson, həm də roman-german hüquq sistemlərində cinayət təqibi prosesi tarixən bir neçə mərhələdən keçib. Hazırda dünyada tətbiq olunan cəza sistemi həm vurulmuş zərərin ödənilməsinə, həm də sosial ədaləti

27.10.2026 295
.

Prezident qonaqlarla görüşdü - Video

Xəbər verdiyimiz kimi, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. "Qafqazinfo"nun Real TV-yə istinadən məlumatına görə, dövlət başçısı Forumun qonaqları il

27.10.2026 229
.

Hind kinosunda yeni romantik döyüş filmi - Baş rollarda Ahaan Panday və Sharvari

Hindistanın tanınmış kino şirkətlərindən olan "Yash Raj Films" yeni romantik döyüş filminin adını və nümayiş tarixini açıqlayıb. "Beparwah" adlanan filmdə Ahaan Panday və Sharvari baş rolları canlandıracaqlar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, filmin rejissoru Ali Abba

27.10.2026 399
.

Bacıları bir-birindən imtina etdilər

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd

27.10.2026 428
.