Husilərin hücumundan sonra "Maersk" Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırıb
Danimarkanın gəmiçilik şirkəti "Maersk" dekabrın 30-da gəmilərindən birinin husilərin hücumuna məruz qalmasından sonra Qırmızı dənizdəki gəmiçilik əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "Maersk" şirkəti açıqlama yayıb.
Açıqlamada "Maersk Hangzhou" gəmisinə edilən hücumdan sonra şirkətin Qırmızı dəniz və Ədən körfəzindən keçən bütün keçidləri növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və şirkətin vəziyyəti ətraflı şəkildə qiymətləndirmək üçün bölgədəki bütün yük əməliyyatlarını dayandırmağa davam edəcəyi vurğulanıb.
Həmçinin "Maersk" müştəriləri üçün gəmilərin marşrutunun dəyişdiriləcəyi və səfərlərin Ümid burnu ətrafında davam edəcəyi bildirilib. "Bu qərar dənizçilərimizin təhlükəsizliyini təmin etmək üçün verildi və gəmilərimizdəki yüklər bizim əsas prioritetimizdir", - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Danimarka tərəfindən idarə olunan və Sinqapur bayrağı altında üzən "Maersk Hangzhou" adlı kommersiya yük gəmisi dekabrın 30-da Qırmızı dənizin cənubundan keçərkən raketlə vurulduğunu bildirib və kömək istəyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında sözügedən hərəkətin Husilərin 2023-cü il noyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə qarşı 23-cü hücumu olduğu qeyd edilib.
Husilərin son hücumundan sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, Pentaqon dekabrın 6-da Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq "Dəniz İşçi Qrupu" yaratmaq üçün danışıqlar apardıqlarını və dekabrın 18-də "Rifah Mühafizə Əməliyyatı" adlı çoxmillətli bir missiyanın yaradıldığını elan etmişdi.
Onu da qeyd edək ki, Husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən, Avropa və Asiya arasında ən qısa marşrutu təklif edən və qlobal ticarətin təxminən yüzdə 12-nin həyata keçirildiyi Süveyş kanalından keçidi təhlükə altına alıb. Qırmızı dənizdə ticarət gəmilərinə hücumların davam etməsi və şirkətlər tərəfindən verilən ardıcıl qərarlar qlobal iqtisadiyyatda yeni bir "təchizat zənciri böhranı"nın başlayacağına dair narahatlıqları artırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 545 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd
26.10.2026 458 Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26.10.2026 294 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 275 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
26.10.2026 312 "Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
26.10.2026 317 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql
26.10.2026 265 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
26.10.2026 328 Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond
26.10.2026 269 Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26.10.2026 312