"2023-cü il müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə yaddaşlarda qalacaq"-Kamilə Əliyeva

"2023-cü il müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə yaddaşlarda qalacaq"-Kamilə Əliyeva"Dünyada yaşayan bütün azərbaycanlılar 2024-cü ili böyük sevinc və qürur hissi ilə qarşıladı. 2020-ci ildən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız böyük savaşı, mücadiləni 2023-cü ildə böyük tarixi gələbə ilə başa çatdırdıq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, müdrik, eyni zamanda qətiyyətli siyasəti, siyasi iradəsi sayəsində ölkəmiz öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki, 2023-cü il dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev ili kimi də yaddaşlarda qalacaq:
"Prezident cənab İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Azərbaycanın qazandığı şanlı gələbə və qələbəyə gedən yolda görülən işlər, üzləşdiyimiz çətinliklər, bu gün ölkəmizin güclü və güdrətli bir dövlətə çevrilməsi və dünyada böyük nüfuza sahib olması barədə çıxış etdi, dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik etdi.
Prezident cənab İlham Əliyev tərəfindən güclü Azərbaycan Ordusu yaradıldı. Ordumuz şəxsi heyətinin peşəkarlığı, ən müasir silahlarla təchiz edilməsi sayəsində dünyanın ən güclü ordular sırasına yüksəldi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Lakin Ermənistan əldə olunmuş razılığa görə üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə yeni təxribatlar törətməyə davam edirdi. Xankəndi və ətraf ərazilərdə 15 minlik silahlı qüvvələrini Qarabağ ərazisindən çıxartmırdı. Prezident cənab İlham Əliyev Ermənistana və dünya ictimaiyyətinə dəfələrlə müraciət etmişdir ki, Ermənistan rəhbərliyi ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmasa Azərbaycan hərbi yola əl atacaq. Bu xəbərdarlıqlara baxmayaraq Ermənistan Qərbdəki öz havadarlarına güvənərək qanunsuz hərəkətlərini davam etdirirdi. 2023-cü ilin aprel ayında Laçın sərhəd məntəqəsini yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu 24 saat ərzində Ermənistan ordusunu və separatçılara məxsus qanunsuz silahlı dəstələrini məğlub etdi. Bununla da ölkəmizdə separatizmin kökü kəsildi və Azərbaycanın suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. 2023-cü il oktyabrın 15-də Prezident cənab İlham Əliyev Xankəndində Azərbaycan bayrağını dalğalanırdı. Noyabrın 8-də Xankəndində keçirilən hərbi parad dünyaya Azərbaycanın gücünün və güdrətinin nümayişi idi. Bu möhtəşəm gələbə ilə birinci və ikinci Qarabağ müharibəsində, eləcə də Xocalıda şəhid olmuş soydaşlarımızın ruhları şad oldu. Azərbaycan Ordusu döyüş meydanında onların qisasını aldı. 2023-cü il dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev ili kimi də yaddaşlarda qalacaq. Ulu öndər Heydər Əliyev həyatını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına həsr etmişdir. Ulu öndərimiz dünyada yaşayan bütün azərbaycanlıların harada olmasından asılı olmayaraq onların yeganə vətəninin Azərbaycan olduğunu vurğulayırdı. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Heydər Əliyev ruhuna ən böyük hörmət və ehtiramımızdır.
Ulu öndər Heydər Əliyev siyasi və iqtisadi kursunu layiqincə və uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan dövləti və azərbaycanlıları dünyaya qalib dövlət, məğrur xalq kimi tanıtdı. Ölkə başçımızın apardığı müstəqil siyasi və iqtisadi siyasəti dünyada ölkəmizə olan etimadı hər il gücləndirir. Bu etimadın nəticəsidir ki, dünya dövlətləri yekdilliklə COP 29 konfransının 2024-cü ildə Azərbaycanda keçirilməsinə səs verdilər. Bəzi Qərb dövlətləri Azərbaycanın güclü dövlət olmasına və dünyada artan nüfuzuna ləkə gətirmək niyyətini güdür. Onlar İlham Əliyev siyasəti qarşısında hər zaman məğlubiyyətə düçar olublar. Ulu öndər Heydər Əliyevin yaratdığı və cənab İlham Əliyevin güclü dövlətə çevirdiyi Azərbaycan müstəqil dövlət kimi əbədi yaşayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 02 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd

26.10.2026 458
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 294
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

26.10.2026 275
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

26.10.2026 312
.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

26.10.2026 317
.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

26.10.2026 265
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

26.10.2026 328
.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

26.10.2026 269
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26.10.2026 312
.