Keçmiş arvadını baltalayan şəxs: "Onu izləyəndə gedib kafedən tapmışam" - CİNAYƏT İŞİ

Keçmiş arvadını baltalayan şəxs: "Onu izləyəndə gedib kafedən tapmışam" - CİNAYƏT İŞİQuba rayonunda 1984-cü il təvəllüdlü Şəhriyar həyat yoldaşı Almazı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

BiG.AZ "teleqraf.com"-a istinadən xəbər verir ki, Şəhriyar 25 aprel 2022-ci ildə Quba rayonunun kəndlərindən birində yaşadığı evdə araq içib. Sərxoş olduqdan sonra faktiki ayrı yaşadığı arvadı Almazın onun 4 uşağının anası olmasına rəğmən başqa kişilərlə sevgi məzmununda danışa biləcəyini düşünüb.

Məsələni aydınlaşdırmaq üçün saat 14 radələrində qayınanası Simanın evinə gəlib. Giriş qapısının qarşısında Almazı xəyanətdə günahlandırıb. Almazın onu alçaldaraq təhqir etməsindən əsəbiləşib.

Şəhriyar yerdə olan baltanı götürüb və çapıcı-kəsici ağzı ilə Almazın baş nahiyəsinə 2 dəfə, çiyin nahiyəsinə isə 1 dəfə vurub. O, yerə yıxılan arvadının hər iki əli ilə boğaz nahiyəsindən yapışaraq onu boğub.

Almazın kömək çağırışlarına gələn qızının gözləri qarşısında arvadını boğmağa davam edib. Qadın Şəhriyarın sol əlinin barmağını dişləyib.

Qızı atasının ona əhəmiyyət vermədiyini görəndə stəkanla onun baş nahiyəsinə zərbə endirib, anasını xilas edə bilib. Qadına xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Şəhriyarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhriyar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Almaz ondan faktiki ayrılıb və öz evlərinə gedib: "Ayrılmağımızdan bir ay keçməmiş Almaz başqalarıyla danışmağa başladı. Halbuki dörd uşaq anasıdır. Mən özüm taksi fəaliyyəti ilə məşğul olmuşam. İşləyib ailəmi saxlamışam, tüfeyli həyat tərzi sürməmişəm. Almaz həmişə deyirdi ki, hər şey yaxşı olacaq. Ayrılsaq da, uşaqlarıma görə Almazgilə gedib-gəlmişəm. Onu izləyəndə gedib kafedən tapmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəyə gəldikdə, o, həmin gün üç dəfə Almazgilin evinə gedib:

"Almazın hansısa oğlanla mobil telefonda danışdığını gördüm. Uşaqlarımın məktəbdən gələn vaxtı olduğu üçün ona heç nə demədim. Daha sonra uşaqları evdən göndərdim. Almaz mənə "sən kişi deyilsən" tipli ifadələr işlətməyə başladı.

Hadisə zamanı balta götürməmişəm. Balta Almazın dayandığı yerdə idi. Əksinə, baltanı götürərək Almaza verdim ki, məni vurub öldürsün, onun bu hərəkətlərini görməyim. O da baltanı qaytararaq məni öldürmək istəmədiyini bildirdi.

Söhbət əsnasında ünvanıma nalayiq, təhqiramiz ifadələr işlətməyə davam etdi. Məni o həddə çatdırdı ki, bilmədən onun baş nahiyəsinə xəsarət yetirdim. Xəsarət yetirəndən sonra balta yenə də əlimdə idi. Öldürmək niyyətim olsaydı, bir balta zərbəsi ilə onu öldürə bilərdim".

Təqsirlədirilən şəxs bildirib ki, Almaza bir dəfə baltayla xəsarət yetirib: "Hansı bədən nahiyəsinə zərbə endirdiyimi xatırlamıram. Almazı boğmağa çalışmamışam, boğmamışam. Barmağımı dişləyib buraxmayanda o biri əlimlə Almazın boğazını sıxmışam ki, barmağımı buraxsın. Qızımın məni stəkanla vurmasından sonradan xəbərim olub".

İş üzrə zərərçəkmiş Almazın sözlərinə görə, 2021-ci il mayın 24-də əmisigildəki yığıncaqdan evlərinə gəlib: "Şəhriyar içkili idi. O, dəfələrlə üstümə içkili vəziyyətdə gəlib. Qayınana, qayınata yanında yaşamışam.
Şəhriyarın psixoloji problemləri vardı. Bunu bütün kənd bilirdi. Qayınanam və qayınatam dəfələrlə ona evdən çıxıb getməsini bildiriblər. Şəhriyar ata-anasına da əl qaldırırdı".

Zərərçəkmiş deyib ki, hadisə baş verən zaman onlar on bir aymış ayrılıblarmış: "Mart ayında rəsmən boşandıq. Hadisə aprel ayında baş verdi.

Hadisə günü Şəhriyar bizə gələndə telefonla danışırdım. Həmin gün Şəhriyar bizə üç dəfə gəlib getdi. Bir dəfə çörək üçün gəlmişdi. Pulu balaca qızıma vermişdi. Bir dəfə gələrək şor almışdı. Üçüncü dəfə isə hadisə törətməyə gəldi.

Həmin ərəfədə Şəhriyar mənimlə barışmaq istədi. Dörd uşağımızın olduğunu bildirdi, ona yazığım gəlməyini bildirdi. Mənim də Şəhriyara yazığım gəlmədiyini, uşaqların onun yanında pis olduğunu, təhqiredici ifadələrin və mübahislərin şahidi olduğunu bildirdim".

Zərərçəkmişin sözlərinə görə, Şəhriyar üçüncü dəfə onlara gələndə telefonla bibisi ilə danışırmış: "Şəhriyar bizə doğru gələndə anam onu gördü və mənə qapını kilidləməyimi tapşırdı. Mən də qapını kilidlədim. Bibimlə görüntülü danışan zamanı Şəhriyarın evimizə gəldiyini gördü və danışığı sonlandırdıq.

Şəhriyar məndən kiminlə danışdığımı soruşdu. Ona heç bir dəxli olmadığını, ayrıldığımızı dedim, çıxıb getməsini xahiş etdim. Şəhriyar məndən son şans istədikdə, təklifini rədd etdim. Dedi ki, son dəfə ona su verim, bundan sonra gedəcək.

Şəhriyar evə gələndə kiçik qızımla böyük oğlum evdə idi. O, uşaqlara mənimlə təkbətək söhbəti olduğunu bildirdi və uşaqları nənəsigilə göndərdi. Onlar gedəndə böyük qızım məktəbdən gəldi. Şəhriyar onun da qolundan tutaraq bayıra çıxardı. Uşağın heç olmasa əynini dəyişib getməli olduğunu dedim. Şəhriyar nənəsigildə yemək yeməyi, daha sonra evə gəlməyi tapşırdı. Qızım aralanaraq getdi. Mən Şəhriyara su verdim. Şəhriyar suyu içib stəkanı kərpiclərin üzərinə qoydu".

Almaz qeyd edib ki, bundan sonra Şəhriyar barışmaqdan bəhs etsə də, onunla razılaşmayıb: "Bir də gördüm ki, Şəhriyar baltanı əlinə götürüb. Sərxoş olduğuna görə xahiş etdim ki, baltanı yerə qoysun. Onun hərəkətdən diksindim. Bu zaman gülümsəyərək "Almaz, narahat olma, mən səni çox sevirəm, sənə heç vaxt xəsarət yetirmərəm" dedi. Mən də bu sözlərə inandım.

Fırlanmaq istədikdə gördüm ki, arxadan başıma nəsə dəydi. Zərbənin biri başımın ortasına, üçüncü zərbə isə çiynimə dəydi. Şəhriyarın əlindən baltanı alaraq üzü aşağı yıxıldım. Yıxılanda məni artıq qan götürmüşdü. Şəhriyar kürəyimə oturmuşdu.

Səs eşidən qızım əmimə deyib ki, Şəhriyar anamı öldürür. Əmimgillə evimizin arasında məsafə çox az idi. Həmin vaxt mən də qışqırdım. Uşaq gəlib Şəhriyarı üzərimdə gördü. Şəhriyarın əlini dişlədim. Çünki məni boğazımdan tutaraq boğurdu. Yenə boğazımdan tutaraq məni boğmağa çalışanda barmağını bu dəfə dərindən tutub dişlədim.

Şəhriyar üzərimdən qalxanda gördüm ki, qızım onun başına stəkanla vurub. O, ayağa qalxaraq uşağın arxasıyca qaçdı. Uşağa dedi ki, bura gəl, səni öldürəcəm. Uşaq yola doğru, əmim də uşağa doğru qaçdı. Şəhriyar əmimi gördükdə bağın içərisinə tərəf qaçırdı".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şəhriyar 14 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 952   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

14:17 261
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

20:54 22
.

Türk ulduzlarının milyonluq sərvəti - Siyahı

Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat

20:30 85
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

21:45 0
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

19:00 159
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

22:30 1
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

14:01 358
.

Kredit faizlərinin və əhalinin borc yükünün artmasının qarşısını necə almaq olar?

Əhalinin banklar qarşısında kredit borcunun və faiz dərəcələrinin artmasının qarşısını yalnız inzibati tədbirlərlə almaq çətindir. Çünki kredit faizləri bankların maliyyələşmə xərclərindən, risklərdən, inflyasiyadan və bazardakı tələb-təklif nisbətindən asılıdır. Bununla belə, dövlət və Mərkəzi Ban

15:28 238
.

Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?

Banan tərkibindəki yüksək kalium miqdarı sayəsində qan təzyiqinə müsbət təsir göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu meyvənin faydası insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi ehtiyaclarından asılıdır. xarici mediaya istinadən xəbər verir ki, bir orta ölçülü bananın tərkibind

18:15 193
.