"Çəkiliş meydançasına uşaq evindən gəlmişəm" - Corc rus mediasında

"Çəkiliş meydançasına uşaq evindən gəlmişəm" - Corc rus mediasındaAktyor Corc Qafarov Rusiya və Türkiyədə lentə alınan "Блеск" serialı ilə bağlı rus mediasına müsahibə verib.

Axşam.az xəbər verir ki, ekran işində Serkan obrazını canlandıran Corc həyatından bəhs edib. O bildirib ki, anası azərbaycanlı, atası isə latviyalıdır:

"Anam mənim doğulduğum Latviyaya atamın yanına getdi, lakin ailə həyatı alınmadı və biz geri qayıtdıq. Anam tərəfdə olan babam onun Latviyaya köçməsinə qarşı idi və onu geri qəbul etmədi, buna görə də küçədə qaldıq. Pul az idi, anam məni uşaq evinə vermək qərarına gəldi. Orada rəqs etməyə başladım, festivallarda çıxış edirdik və müsabiqələrə qatılırdım. Bunlardan birində rejissor Yavər Rzayev məni gördü və "İlahi varlıq" filminin kastinqinə dəvət etdi. Üç min uşaq arasından seçildim. 12 yaşımda rolun öhdəsindən gəldim, film mənə şans gətirdi. Əvvəlcə teatrda oynamaq istəmirdim, filmlərdə və seriallarda çəkilməyi planlaşdırırdım, amma sonda səhnəni sevdim. İndi Azərbaycan Milli Akademik Teatrında çalışıram. Uşaq evindən səhnəyə gəlmişəm".

Corc bildirib ki, Rusiyada film və ya seriallara çəkilməyi davam etdirəcək:

"Sakit otursam, rollar məni tapmayacaq. Hələ rus dilində kifayət qədər yaxşı danışa bilmirəm. Serkan roluna çəkiləndə narahat idim: "Corc, rus dilində necə oynayacaqsan? Rola necə öyrəşəcəksən?" sualları eşidirdim. Amma anladım ki, şansı əldən verə bilmərəm, xüsusən də rejissor və aktyor heyəti mənə inandıqları üçün. Aydındır ki, Kristofer Nolan Hollivudda oturub, nəhayət ki, onun filmində çəkilməyə razı olmağımı gözləmir. İnanılmaz dərəcədə istedadlı aktyor olduğumu deyə bilmərəm. Bunu tamaşaçılar mühakimə etməlidir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1043   Tarix: 10 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Onların yoxluğu dərin bir boşluqdur"

Xəbər verdiyimiz kimi, bu gün Xalq şairi Nəriman Həsənzadə vəfat edib. Axşam.az-ın məlumatına görə, aparıcı Lalə Azərtaş bununla bağlı sosial media hesabında paylaşım edib. Aparıcı ötən ilin məhz bu günü dünyasını dəyişən Xalq artisti Arif Babayevi də yad edib. "Avqustun 1-i Azərbaycan mədəniyyətini

02.08.2026 301
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni sosial şəbəkədə yeni görüntülərini paylaşıb. Görüntülərdə Gülay görünüşü ilə diqqət çəkib. Onun paylaşımına çoxsaylı təriflər gəlib. Həmin fotoları təqdim edirik:

25.07.2026 588
.

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

Dünyaşöhrətli müğənni Şakira Uqandanın məşhur "Ghetto Kids" rəqs qrupunun üzvlərini evində qonaq edib. "Qafqazinfo" xəbər verir ki, müğənni bununla bağlı "Instagram" hesabında paylaşım edərək uşaqlarla keçirdiyi günləri unudulmaz adlandırıb. "Son bir neçə gün sözl

05.08.2026 461
.

Əməkdar artist: "Atam sağdır, ya yox, məlumatsızam"

Əməkdar artist Elza Seyidcahan canlı efirdə ailəsi ilə bağlı duyğusal etiraflar edib. xəbər verir ki, sənətçi uşaqlıq illərində atasının ailəni tərk etdiyini və həmin gündən sonra ondan heç bir xəbər ala bilmədiklərini söyləyib. İfaçı bildirib ki, uzun illər ailə üzvləri atası ilə bağlı məlumat əld

26.07.2026 278
.

Ben Afflek yarışmada 1 milyon dollar qazandı

Hollivud aktyoru Ben Afflek "Kim Milyoner Olmaq İstəyir?" yarışmasında böyük mükafata sahib olub. Axşam.az xəbər verir ki, 53 yaşlı aktyor ABŞ-də yayımlanan və aparıcılığını Cimmi Kimmelin etdiyi yarışmaya qonaq qismində qatılıb. Ben Afflek "Jeopardy!" yarışmasının qalibi Ceymi Dinql

01.08.2026 259
.

Şakira Mbappeni klipində oynamasına necə razı saldı?

Kolumbiyalı dünya ulduzu Şakira 2026-cı il Dünya çempionatının rəsmi himni olan "Dai Dai" mahnısı ilə yenidən turnirin simalarından birinə çevrilib. xarici mediaya istinadən xəbər verir ki, mahnının klipində Lionel Messi, Erlinq Holand, Harri Keyn, Luis Dias, Camal Musiala, Kilian Mbappe kim

26.07.2026 458
.

Hande Yener arzusunu Amsterdamda gerçəkləşdirdi

Türkiyəli müğənni Hande Yener uzun müddətdir üzərində çalışdığı "STAR Gene" layihəsini Niderlandın Amsterdam şəhərində təqdim edib. Axşam.az-ın məlumatına görə, Herenstraat küçəsində fəaliyyətə başlayan layihə qalereya konsepti ilə hazırlanıb. Burada sənətçinin illər ərzində səhnədə və kliplərind

15:20 99
.

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini İLK DƏFƏ AÇIQLADI

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb. Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərini

25.07.2026 683
.

Aygün Kazımova əfsanəvi tərzini 24 il sonra YENİDƏN ETDİ - FOTOLARr

Xalq artisti Aygün Kazımovanın "DreamFest"də nümayiş etdirdiyi obrazlar hələ də müzakirə olunur. Axşam.az xəbər verir ki, Pop kraliçanın firuzəyi xalça üçün seçdiyi görünüş izləyiciləri 24 il əvvələ aparıb. Ölkənin əsas ulduzunun fərqli saç düzümü 200-ci illərin əvvəllərində yaratdığı ən diqqətçəkə

02.08.2026 603
.

TOP MP3