Futbolçuları aldadıb pullarını mənimsəyən Seçil Erzan işində "İmperator"la bağlı məqamlar ortaya çıxdı
Türkiyədə aralarında məşhur futbolçuların da olduğu adamları milyonlarla dollar məbləğində aldadaraq pullarını mənimsəyən və həbs edilən bank müdiri Seçil Erzanın istintaqı ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Seçil Erzan "Fatih Terim Fondu" adı altında futbol dünyasından bəzi adlara və iş adamlarına yüksək qazanc vəd edərək fırıldaqçılıq edib.
Məşhur türkiyəli məşqçi Fatih Terimin (futbol camiasında "İmperator" ləqəbi ilə tanınır) vəkili Tufan Karataş Terimin fond üçün pul vermədiyini, hesabının Seçil Erzanın nəzarətində olduğunu, hesabda isə 3-3,5 milyon dolların əskik olduğunu iddia edib.
Erzan məhkəmədə Terimdən 300 min dollar aldığını və üzərinə qat-qat artıq pul ödədiyini iddia edib. Erzanın evində tapılan alacaq-verəcək cədvəlində isə Terimin 700 min dollar sərmayə qoyduğu və əvəzində 1,5 milyon dollar qazandığı yazılıb. Terim Erzana pul vermədiyini iddia edib, prokurorluğa verdiyi açıqlamada isə Seçilin ona 3 milyon dollar borcu olduğunu bildirib.
Terimin vəkili Tufan Karataş Erzanın Terimin maliyyə müşaviri olması ilə bağlı yayılan xəbərləri də təkzib edib.
"Bu, maliyyə müşavirliyi deyil. Hər bir filial müdirinin müəyyən kalibrləmədən yuxarı olan müştərilərə göstərdiyi xidmətdir", - deyə o bildirib.
Karataş Terimin "fond" adı altında pul vermədiyini və sərmayələrin hesablar vasitəsilə idarə olunduğunu qeyd edib. "Erzanla pul məsələsi yoxdur. Bankla var. Seçil hesablarındakı pulu sərmayə olaraq dəyərləndirib", - deyə vəkil əlavə edib.
Karataş Terimin hesabının Erzanın nəzarətində olduğunu bildirib.
"O, insanları sahə kənarında faktiki olaraq sənədləri imzalamağa məcbur edir", - deyə Karataş vurğulayıb.
O deyib ki, Terimin hesabında olduğunu bildiyi 3 milyon dollar yoxdur. "Bizim fikrimizcə, hesabda 3-3,5 milyon dollar olmalıdır. Seçil pulu müəyyən yerlərə, fonda, sənədlərə və s. xərclədiyini deyir. Bu sərmayələrdən sonra pullar yenidən hesaba daxil olub, lakin hesablarda mənbəyi məlum olmayan azalmalar var. Hesabdan diqqət çəkməyəcək şəkildə pul çıxarılıb", - deyə o nəzərə çatdırıb.
Karataş Terimin adının niyə sənədlərdə qeyd edilməməsi ilə bağlı da açıqlama verib.
"Onun şikayəti başqa bir istintaq nömrəsi ilə qeyd edilib. Onun hesabından pul çıxarıldığı üçün işə pulun mənimsənilməsi kimi baxıla bilər", - deyə o qeyd edib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir
"Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik". Bunu BİG.AZ-a açıqlamasında politoloq Mətin Hüseynov bildirib. "Beynəlxalq hüququn aliliyini
11:10 116 Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə
27.10.2026 342 "Napoli"nin oyunçusu cinayətin qurbanı oldu
"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə
27.10.2026 359 Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir
Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama
11:05 144 Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Məktəbli hadisə nəticəsində vəfat edib. *. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Qafqazinfo"nun sorğusuna cava
11:27 184 Ölkəmiz növbəti dəfə mötəbər toplantıya ev sahibliyi etdi
Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı v
11:40 125 Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir
Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj
10:25 162 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 102 Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri
11:45 125