"Avropa İttifaqı ilə Azərbaycan münasibətlərini korlayan Fransadır" - ŞƏRH
Hazırda Cənubi Qafqazda formalaşan regional geostrateji oriyentasiya Azərbaycanın proseslərdə mühüm iştirakçısına çevrilməsinə, Ermənistanın isə bu proseslərin qarşısında ən böyük maneəyə çevrilməsinə gətirib çıxarır. Antiterror əməliyyatlarından sonra keçən iki ay ərzində ABŞ və Aİ bu münaqişə ilə bağlı rəsmi neytral mövqelərini saxlamaq əvəzinə Azərbaycana qarşı Ermənistanın tərəfini tutdular və Bakıdan sərt reaksiyalar aldılar. Hər iki tərəfin provakasiyalarının ard-arda baş verməsi aydın oldu ki, heç bir tərəf əvvəlki kimi neytral mövqe nümayiş etdirmək niyyətində deyil. Bu baxımdan Azərbaycanın Ai və ABŞ ilə münasibətləri necə olacaq?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Avropa İttifaqı və ABŞ Azərbaycana qarşı bu mövqeyi tutmasında əsas rolu erməni lobbisi oynayır:
"Çünki həm Avropa İttifaqında, xüsusilə Fransada erməni lobbisi və maşası güclüdür. Onlar bir sıra hallarda seçkilərin nəticələrinə təsir etmək imkanına malikdir. Eləcə də ABŞ - də erməni lobbisi zəif deyil. Məsələn, 1992-ci ildə 907 saylı düzəlişin qəbul olunmasında əsas rolu erməni lobbisi və onun konqresdəki tərəfdarları oynamışdı. Həmin qüvvələr bu gün də sağdır. Bu gün də Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər. Hesab edirəm ki, bu 907-ci düzəlişlər bağlı məsələ yaxud onun yenidən tətbiqi Azərbaycanın həyatına o dərəcə mənfi təsir göstərməyəcək. Sadəcə olaraq bu, Azərbaycan-ABŞ münasibətlərinə kölgə sala bilər. Ehtimal edirəm ki, gələcəkdə bu düzəliş birdəfəlik ləğv olunacaq".
Sədrəddin Soltanın sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər hazırda çox gərgindir:
"Bununla belə qurumun ayrı-ayrı ölkələrin ilə Azərbaycanın münasibətləri çox yüksək səviyyədədir. İttifaqın aparıcı ölkələrindən biri sayılan Almaniya ilə Azərbaycan arasında enerji daşıyıcıları, ticarət sahəsində əlaqələr çox yaxşı səviyyədədir. İstər Skandinaviya, istərsə də Baltikyanı ölkələr ilə münasibətlər yüksək səviyyədədir. Fikrimcə, Avropa İttifaqı ilə Azərbaycan münasibətlərini korlayan Fransa hakimiyyəti və fransız -erməni lobbisidir. Perspektivdə ittifaqın və Fransanın ermənipərəst qərəzli münasibətindən əl çəkməsi əlaqələrin ümumilikdə yaxşılaşmasına, normallaşmasına, gərginliyin aradan qalxmasına təsir göstərə bilər".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 995 Tarix: 21 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949