"Hissin adının testdə olması…" – Tənqidlərə cavab verdi / VİDEO
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) son günlər müğənni Hissin mahnısının imtahana salınmasından sonra yaranan qalmaqala aydınlıq gətirib.
News24.az xəbər verir ki, PRoMete bildirib ki, bu sual Hissin gündəlik həyatı və ya nə geyindiyi ilə bağlı deyil. Bu, Hissin mahnısından bir cümlənin qrammatik normalarla təhlilidir:
"Bir neçə gündür ki, sosial şəbəkələrdə və televiziyalarda orta məktəb imtahanlarında olan testlərin təhsil sisteminə verdiyi zərərdən danışılır. Məsələn: "Evə gələndə çörəyi kim alır?" sualı ilə bağlı süjeti gördüm. Məncə də bu bizim bir çox hallara uyğunlaşaraq yanaşmamağımızın fəsadlarındandır. Şəhid övladlarımız digər uşaqlarla bərabər təhsil alırlar. Bunu necə testə salanda düşünməmək olar ki, bu sual onların qarşısına çıxanda aqibət necə olacaq. Nümunə kimi deyirəm, qərbdə qeyri-ənənəvi oriantasiyası olan şəxslərin hisslərinə toxunmamağa görə, bir çox yerlərdə "hörmətli xanımlar" və "hörmətli cənablar" sözünü "hörmətli sərnişinlər", "hörmətli istifadəçilər"lə əvəz ediblər. Çünki insanın mənəvi əzilməmə faktoru hər şeydən üstündür. İnsanları sevən cəmiyyətdə bax belə olur. Biz isə şəhidlərimizin övladlarını belə testlərdə nəzərə almırıq. Son günlərdə televizyalarda analitik verilişlərdə müzakirə olunan mövzulardan biri də Hissin "Mars" mahnısından "mahnılarım qızıldır, paslanmır" cümləsinin testlərə daxil edilməsidir. Diqqət edirsinizsə, analitik verilişlərdə. Hansında ki, jurnalist məsələnin mahiyyətinə varmalıdır. Amma təəssüf ki, Aytən Səfərovalarımız efirlərdə azdır. Bəzən o məsələnin mahiyyətinə baxmağa dəvət etsə də, Mehman Rəsulov kimi aparıcılar "Mənim uşağım bu sualın cavabını haradan bilməlidir? Mütləq Hissə qulaq asmalıdır?" sualını verir. Orada Hissin adının olması heç bir mahiyyət daşımır. Əsas məsələ, Mehman bəy, sizin uşağınızın Azərbaycan dilinə nə qədər hakim olmasıdır. Çünki o uşağının atasının yanaşması məntiqinə varmadan, sadəcə "küyə" gedən yanaşmadır. Yanınızda Aytən Səfərova dərinlikdə bir jurnalist var. Heç olmasa onun dediklərinə axıra kimi qulaq assanız, anlayaqcaqsınız ki, məsələnin mahiyyəti nədir. Bu sözləri Hissin meneceri olduğuma görə demirəm. Qətiyyən, hamı bilir ki, olduğum sektorda xoşuma gəlməyən nəsə olubsa, daim bildirmişəm. O ki, qaldı o testləri hazırlayan pedaqoqlara, onlara sadəcə alqış düşür".
Qeyd edək ki, özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb.
Sözügedən sual ictimaiyyətdə birmənalı qarşılanmayıb. Tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilməsi müzakirələr yaradıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 951 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKollektor ərazilərindəki tikililərlə bağlı hüquqi yanaşma necə olmalıdır?
Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də müvafiq sənədlərin mövcudluğ
11:41 95 Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia
28.10.2026 322 Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?
Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə
28.10.2026 377 Pentaqonda kadr dəyişiklikləri: yüksək vəzifəli general vəzifəsindən ayrılıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun yüksək vəzifəli generallarından biri, Strategiya, Planlaşdırma və Siyasət Direktoru vəzifəsində çalışan Brett Silviyanı istefaya göndərib. Bu addımın Müdafiə Nazirliyində kadr dəyişikliklərinin yeni mərhələsinin başlanğıcı olduğu bildirilir. xəbər verir ki
10:39 135 Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət
28.10.2026 315 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. BİG.AZ -a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçus
10:25 174 Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28.10.2026 335 Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda
28.10.2026 437 Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı
Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin
28.10.2026 304