"Fransanın məşhur "Le Monde" qəzəti belə Ermənistanın müdafiə sazişini hansı pulla ödəyəcəyindən YAZIR" -Politoloqdan ŞƏRH
Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekornu ermənistanlı həmkarı Suren Papikyan ilə görüşüb. Tərəflər arasında müdafiə sazişi imzalanıb. Fransa Ermənistan ordusunun transformasiyasına dəstək verəcək. Bu çərçivədə Paris 2023-cü ilin yanvar ayında müdafiə missiyasının açılışını edib. Fransa Ermənistan Müdafiə Nazirliyinə məsləhçi kimi zabitlər göndərib və çoxlu səfərlər və işgüzar görüşlər keçirilib.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov BiG.AZ-a açıqlama verib.
"Ermənistanın bugün nəinki Fransa'dan, hansısa başqa bir ölkədən 100 milyon dollarlıq səviyyə alqı-satqı alma imkanı yoxdur. Çünki konkret olaraq Ermənistan dövlət büdcəsinə daxil olan vəsait kifayət qədər azalıb. Hazırda Ermənistanı tərk edən xarici investisiyaların sayı kifayət qədər çoxdur. Fransa'nın məşhur "Le Monde" qəzəti öz manşetində Ermənistanın müdafiə sazişini nə ilə ödəyəcəyini ilə bağlı yazılar yazır. Nəzərə almaq lazımdır ki, Fransa ilə Ermənistan arasında müqavilədə, fransa ordusunun istismarında olan, bahalı müdafiə sanayəsi və yaxud da hərbi sənayə məhsulları satacağı ilə bağı heç bir detal yoxdur.
Fransanın NATO standartlarına cavab verən, yüksək keyfiyyətli silahları Ermənistana satacağı inandırıcı deyil. Müqavilənin şərtlərində təlimlərdən və bu təlimlərin qarşılığında Fransaya ödəniləcək məbləğdən söhbət gedir. Ola bilsin ki, bu daha sonra Fransa tərəfindən ödənişdiz və müttəfiqlik şəraitinə uyğun həyata keçirilən təlim kimi dəyərləndirilərək, Ermənistandan pul istənilməsin.
Mən inanmıram ki, bu müqavilə elə də işlək olacaq. Hazırki məqamda Fransa Rusiyanı Ermənistanı silah bazarından tamamilə sıxışdırıb çıxarmaq və Ermənistanla Türkiyə arasındakı yaxınlaşmanı sabotaj etmək üçün bu müqaviləni imzalayır. Fransa sadəcə üzdə müqavilə imzalayacaq. Fransa və Ermənistan arasında silah-sursat alverinin baş tutacağını düşünmürəm".
Gülcahan Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1278 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?
"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld
29.10.2026 258 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
29.10.2026 253 Azərbaycanda ağır cinayətlər törədən 146 dəstə zərərsizləşdirildi
Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib. Qeyd olunu
29.10.2026 216 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 167 Limonu uzun müddət təzə saxlamağın sirri
Limonların daha uzun müddət təzə qalması və vaxtından əvvəl xarab olmaması üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. xarici mediaya istinadən xəbər verir ki, limonlar bəzən çay, şirniyyat və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməzdən əvvəl xarab olur. Hətta soyuducuda saxlanıldıqd
29.10.2026 243 Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 142 Avropa Mərkəzi Bankının rəhbəri istefa verdi
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd
29.10.2026 185 Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
29.10.2026 270 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
29.10.2026 307