Məşhur türkiyəli aktyor Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: "Özümə gələ bilmədim…"
Məşhur türkiyəli aktyor Aras Bulut İynemli Mustafa Kamal Atatürkü canlandırdığı "Atatürk 1881-1919" filminin qala gecəsində çəkilişlərlə bağlı yaşadıqlarından danışıb.
Filmdə Atatürk obrazını canlandıran aktyor çox həyəcanlı olduğunu ifadə edib.
"Həyəcanlı deyiləmmiş kimi davrana bilməyəcəyəm. Çox böyük məsuliyyət daşıyan bir layihənin içindəyəm. Dünyanın ən böyük və ən hörmətli liderlərindən birinin hekayəsindən bəhs etdik. Cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürkün gəncliyini oynamaq şansım oldu. Buna görə də mənim yalnız bir motivasiyam var idi - layiq olmaq. Bunun üçün çox çalışdıq. İki il yarımlıq əməyin sonunda burada qarşınızdayıq", - deyə o bildirib.
Aras Bulut İynemli onu ən çox təsirləndirən səhnədən danışıb.
"Məni ən çox təsirləndirən səhnələrdən biri barədə danışmaq istəyirəm. Atatürkün 1934-cü ildə Anzak analarına yazdığı bir məktub var. Biz o məktubdan Çanaqqala müharibəsinin sonunda istifadə etdik. O səhnəni çəkməzdən əvvəl 15 dəqiqə özümə gələ bilmədim. Bu səhnə, deyəsən, ikinci filmdə olacaq, orada görəcəksiniz. Film əslində altı hissəli bir serial idi, lakin sonradan dəyişiklər oldu və iki filmə çevrildi", - deyə o bildirib.
Qeyd edək ki, "Atatürk 1881-1919" filminin qala gecəsi baş tutub. Tədbirə Aras Bulut İynemli ilə yanaşı, Songül Öden, Esra Bilgiç, Mehmet Günsür, Sarp Akkaya, filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Saner Ayar, Mustafa Kamal Atatürkün uşaqlığını canlandıran Emre Mete Sönməz, Stiliyan Kovaçev obrazını canlandıran Darko Periç, həmçinin çox sayda kino və mətbuat nümayəndəsi qatılıb.
Eyni zamanda tədbirdə filmdə istifadə olunan geyimlər də nümayiş etdirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 790 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrailin gələcək siyasi kursunu nə müəyyən edəcək?
"İsraildə seçkilərin nəticələri ölkənin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır. İlkin nəticələr göstərir ki, Benyamin Netanyahu siyasi mövqelərini qoruyub saxlayıb və hakimiyyətdə qalmaq imkanlarını itirməyib. Lakin əsas məqam ondan ibarətdir ki, seçkilərdə siyasi üstünlük əld
29.10.2026 258 Zəfər Günü və Şuşa: milli iradənin təntənəsi, tarixi ədalətin bərpası və Böyük Qayıdışın strateji əhəmiyyəti
Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri, Şuşanın azadlığı isə həmin tarixi qələbənin hərbi, siyasi və mənəvi mahiyyətini özündə birləşdirən rəmzdir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaql
29.10.2026 253 Azərbaycanda ağır cinayətlər törədən 146 dəstə zərərsizləşdirildi
Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib. Qeyd olunu
29.10.2026 216 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 167 Limonu uzun müddət təzə saxlamağın sirri
Limonların daha uzun müddət təzə qalması və vaxtından əvvəl xarab olmaması üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. xarici mediaya istinadən xəbər verir ki, limonlar bəzən çay, şirniyyat və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməzdən əvvəl xarab olur. Hətta soyuducuda saxlanıldıqd
29.10.2026 243 Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 142 Avropa Mərkəzi Bankının rəhbəri istefa verdi
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd
29.10.2026 185 Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
29.10.2026 270 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
29.10.2026 307