"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar

"Oğul" sənədli filmi nümayiş olundu - FotolarOktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli filminin nümayişi keçirilib.
Axşam.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən "Oğul" sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

Çıxış edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə gəlməsi prosesindən danışıb, Natiq Qasımovun silahı yerə qoyması, ermənilər tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini qeyd edib. O, film çəkildiyi dövrdə hadisələrdən 25 il keçməsinə baxmayaraq N.Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu səbəbdən Natiq Qasımovun başına nələrin gəldiyini araşdırmaq üçün yola çıxdığını deyib:

"Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin təcəssümüdür".
Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə AZƏRTAC-a müsahibəsində qeyd edib ki, "Oğul" sənədli filminin çəkilişinə başlanılanadək Natiqin taleyi barədə heç bir məlumat yox idi. O əlavə edib:

"Sadəcə onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik ki, Natiq sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb. Daha sonra isə Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb".

Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin "Oqonyok" jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş "Qorxu" ("Strax") sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan Bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı.
"Oğul" sənədli filmi nümayiş olundu - FotolarAzərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb.

Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib.
"Oğul" sənədli filmi nümayiş olundu - FotolarFilm riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.

Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən "Oğul" sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib.
"Oğul" sənədli filmi nümayiş olundu - FotolarFilm Azərbaycan və ingilis dillərində hazırlanıb və iki dəfə ABŞ festivallarında nümayiş etdirilib.
"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar"Oğul" sənədli filmi nümayiş olundu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 19 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiya Svetloye kəndini işğal etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Svetloye kəndini və Sum bölgəsinin Novaya Siç kəndini işğal edib. xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb

29.07.2026 142
.

100 ildən çox qapalı qalan ada turistlər üçün açıldı

Sakit okeanda, Havay adalarında yerləşən və uzun illər sirr olaraq qalan Niihau adası artıq məhdud sayda turist qəbul etməyə başlayıb. Buna baxmayaraq, adada yaşayan insanlar bu gün də internet, mobil telefon, su kəməri və asfalt yollar olmadan ənənəvi həyat tərzini davam etdirirlər. Qaynarinfo-nun RMF24-

29.07.2026 138
.

Uşaq bezi seçərkən bunlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA

Uşaq bezi valideynlərin hər gün istifadə etdiyi ən vacib gigiyena məhsullarından biridir. Lakin bazarda onlarla fərqli marka və modelin olması seçim etməyi çətinləşdirir. Yanlış seçilən bez körpənin dərisində qızartı, səpkilər, allergik reaksiyalar və narahatlıq yarada bilər. Uşaq bezi seçərkən yalnı

29.07.2026 176
.

Zelenskinin səfəri zamanı Qrahamın dəstəklədiyi Rusiya sanksiyaları Senatda ilk maneəni aşdı

Çərşənbə axşamı Ukrayna Prezidenti Vladimir Zelenski Kapitoliyə baş çəkərkən ABŞ Senatı Rusiya enerji sanksiyaları ilə bağlı genişmiqyaslı qanun layihəsini irəli sürüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, səsverməni qanun layihəsinin müəllifi, mərhum senator Lindsi Qrehemin dəfn mərasimi gün

29.07.2026 161
.

Bu abidələrimiz bərpa olunur

"Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır"​. Bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiy

29.07.2026 163
.

Venesuela İrana etiraz etdi: Səfir XİN-ə çağırıldı

Venesuela hökuməti İranın Karakasdakı səfiri Əli Çeginini Xarici İşlər Nazirliyinə çağıraraq ona rəsmi etiraz notası təqdim edib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazın səbəbi İran rəsmilərinin ölkə ilə bağlı səsləndirdiyi "alçaldıc

29.07.2026 185
.

Yeni doğulan qızı ilə tətilə getdi

Aparıcı Çinarə Əliyeva ailəsi ilə istirahətə gedib. OLAY yazır ki, bu barədə Çinarə instaqramda fotolar paylaşıb. O, yeni doğulan qızı Mədinə ilə ilk uçuşları olduğunu bildirib

29.07.2026 332
.

Yunanıstanın Paros adası yanır

Yunanıstanın ən məşhur istirahət mərkəzi olan Paros adasında çıxan meşə yanğını artıq 2 gündür davam edir. "Euronews"a istinadla xəbər verir ki, yanğınsöndürmə briqadaları adanın cənub və cənub-şərqindəki bir neçə nöqtədə alovla mübarizə aparır. Yanğının yaratdığı təhlükə səbəbindən bir neç

29.07.2026 139
.

Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi

Rusiya ordusu Ukraynanın bir sıra bölgələrinə pilotsuz uçuş aparatları ilə növbəti hava hücumu həyata keçirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, zərbələr nəticəsində xüsusilə Xerson vilayətində mülki obyektlərə ziyan dəyib. Hücum zamanı ölən və yaralananları

29.07.2026 182
.

TOP MP3