Günü gündən abadlaşan Füzuli
Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli şəhəri və rayonunun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulilər 63 nəfər şəhid vermiş, 400 nəfər əlil olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. 1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin əsası 1827-ci ildə qoyulmuş və Qarabulaq adlandırılmışdır. 1930-cu ildə rayon təşkil olunmuş və Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılmışdır.
İşğala qədər Füzuli rayonu ərazisində qədim tarixi mədəni abidələr, türbələr mövcud olmuşdur. XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri olan azərbaycanlılar tərəfindən tikilən qədim abidələr erməni vəhşiləri tərəfindən dağıdılıb, yerlə yeksan edilmişdir.
5 yanvar 1994-cü ildə Prezident və Ali Baş Komandan olmuş Ulu Öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə əks hücum əməliyyatına başladı. Vətən müharibəsinin elə ilk günü qəhrəman əsgər və zabitlərimiz bir neçə kəndimizi işğaldan azad etdi. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan tam azad etdı. Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdıldı. Füzuli uğrunda aparılan döyüşlər Vətən Müharibəsində ən ağır, çətin döyüşlərdən idi. 30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət güclü istehkam qurmuşdular. Hərbi ekspertlər bu müdafiə xəttlərini yarmaq üçün istənilən orduya bir neçə ay lazım ola biləcəyini vurğulayırdılar. Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xətlərini tamamilə dağıtdılar.
2020-ci ilin noyabrınn 26-da "Füzulinin azad olunmasına görə"' medalı təsis edildi. Azərbaycan Ordusunun 25301 hərbi qulluqçusu Prezident cənab İlham Əliyevin sərəncamları ilə bu medalla təltif edilmişdir.
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.
Təsdiqlənmiş Baş Plana uyğun olaraq Füzuli rayonu yenidən qurulur. Vətən Müharibəsi başa çatdıqdan sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Füzuli rayonuna səfər etmişdir. 16 oktyabr tarixində növbəti dəfə Füzuli rayonuna səfər edən Prezident cənab İlham Əliyev Füzuli şəhərində üç yaşayış kompleksinin, şəhərin inzibati binasının və bir çox sosial obyektlərin təməlini qoydu. Artıq Füzuli rayonunun bir qrup sakininin öz doğma evlərinə qayıtmaları təmin olunub. Onlar hər cür şəraiti olan gözəl evlərlə təmin olunublar.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 790 Tarix: 18 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRobotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
29.10.2026 270 Melaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib. xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxal
29.10.2026 193 Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29.10.2026 171 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
29.10.2026 248 Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29.10.2026 326 Məşhur aktrisa ayrılıqdan sonra özünübüst-bütün dəyişdi
Türkiyəli məşhur aktrisa Hafsanur Sancaktutan şəxsi həyatında yaşadığı ayrılıqdan sonra görünüşündə köklü dəyişiklik edib. Türkiyə mediasına istinadən xəbər verir ki, 26 yaşlı aktrisa həmkarı Kubilay Aka ilə münasibətlərinə son qoyduqdan sonra uzun saçlarını kəsdirib. Sancaktutan qısa və qatlı saç düzüm
29.10.2026 279 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
29.10.2026 253 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
29.10.2026 267 Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 142