Füzulinin yeni siması göz oxşayır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində oktyabrın 17-də Füzuli şəhərinə gələrək "Füzuli Şəhəri Günü"ndə bura köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, bu gün füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verib. Bura köçən uşaq və yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də bu çox böyük bir hadisədir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.
İndi Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Füzulidə də yenidənqurma işləri aparılır. Hazırda Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.
Şəhərdə sakinlərin rahat yaşaması üçün bütün infrastruktur, şərait yaradılıb. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, ümumiyyətlə hər şey nəzərə alınıb.
Ölkə başçısı öz çıxışında qeyd etdi ki, "Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir".
Tamamilə yenidən qurulan Füzulidə tikinti-quruculuq işləri böyük sürətlə davam edir. Artıq şəhərə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Bu gün artıq 800-dən çox insan öz evlərində yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.
Böyük Qayıdış Proqramı uğurla icra edilir. Nəzərdə tutulub ki, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaqdır.
Bütün layihələri icra edərkən, ilk növbədə mühüm əhəmiyyət kəsb edən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır. Məlumdur ki, şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən texnika, mal-qara ilə, bütün lazımi vasitələrini onlara təqdim etməklə kömək göstərəcəkdir.
Eyni zamanda burada özünüməşğulluq proqramı da icra ediləcəkdir. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 785 Tarix: 18 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRobotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
29.10.2026 270 Melaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib. xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxal
29.10.2026 193 Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29.10.2026 171 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
29.10.2026 248 Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəmısinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti olaraq məhrum edilib. "Yeni Sabah" -ya istinadla bildirir ki, məhkəməyə sədrlik edən hakim hökmdən əvvəl ondan son sözünü deməsini təkli
29.10.2026 326 Məşhur aktrisa ayrılıqdan sonra özünübüst-bütün dəyişdi
Türkiyəli məşhur aktrisa Hafsanur Sancaktutan şəxsi həyatında yaşadığı ayrılıqdan sonra görünüşündə köklü dəyişiklik edib. Türkiyə mediasına istinadən xəbər verir ki, 26 yaşlı aktrisa həmkarı Kubilay Aka ilə münasibətlərinə son qoyduqdan sonra uzun saçlarını kəsdirib. Sancaktutan qısa və qatlı saç düzüm
29.10.2026 279 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
29.10.2026 253 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
29.10.2026 267 Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 142