Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTO

Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik" adlı qala konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsinə göstərilən dəstəyə və həmişə Türk dünyasının yanında olduğuna görə təşəkkürünü bildirib. O, həmçinin bu il 100-ci ildönümü qeyd olunan Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib. "Təşkilatımızın 30-cu ilini Bakıda belə bir möhtəşəm konsert proqramı ilə keçiririk. Bundan əvvəl TÜRKSOY-un ildönümünü unudulmaz konsertlərlə Almatı, Bişkek, Daşkənd və Aşqabad şəhərlərində qeyd etmişik", - deyə S.Rayev əlavə edib.

Sonra TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq artistləri Polad Bülbüloğlu, Şəfiqə Məmmədova, Nurəddin Mehdixanlı, Faiq Sücəddinov, Xalq rəssamları Fərhad Xəlilov və Sakit Məmmədov təşkilatın "Şərəf" medalı ilə təltif olunublar.

Gecə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan vokalçılar, musiqi kollektivləri və rəqs ansambllarının çıxışları ilə davam edib.

Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi"nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də "Türk dünyasının mədəniyyət paytaxtı" missiyasını Şuşa şəhəri davam etdirir. Bu il, həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.

Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTOBakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib - FOTO20:11

Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş "Biz birlikdəyik" adlı qala konsert keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi"nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1065   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən

29.10.2026 214
.

8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir

8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub. 8 Noyabr zəfərini təmin edən milli birli

29.10.2026 239
.

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar

29.10.2026 218
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google axtarışında bizi

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29.10.2026 172
.

Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid

Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an

29.10.2026 223
.

Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. BİG.AZ -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nu

29.10.2026 432
.

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-

29.10.2026 312
.

Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər

2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin

29.10.2026 171
.

Limonu uzun müddət təzə saxlamağın sirri

Limonların daha uzun müddət təzə qalması və vaxtından əvvəl xarab olmaması üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. xarici mediaya istinadən xəbər verir ki, limonlar bəzən çay, şirniyyat və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməzdən əvvəl xarab olur. Hətta soyuducuda saxlanıldıqd

29.10.2026 243
.