Gündə 4 min addım atmaq ölüm riskini azaldacaq
Araşdırmalar sübut edir ki, oturaq həyat tərzi hazırda dünyada dördüncü ən ümumi ölüm səbəbidir və hər il 3,2 milyon insanın ölümünə səbəb olur.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün gün ərzində çalışıb ayaqla gəzməli, hərəkətli həyat tərzi keçirməlisiniz. Mütəxəssislərin bildirdiyinə görə, gündə ən az dörd min addım atan insanların hər hansı səbəbdən ölmə riski əhəmiyyətli dərəcədə azalır.
Bu gün nəşr olunan və hər növ yerimənin (addım atmağın) sağlamlıq üçün çox əhəmiyyətli faktorlar olduğuna diqqət çəkən elmi araşdırmaya görə, 4 min addımın üzərində atılan hər min addımın ölüm riskini yüzdə 15 azaltdığı bildirilib. Bu cür insanlar ürək-damar (ürək, qan damarı, qan) xəstəlikləri ilə bağlı problemlərdən qorunur.
Bu onu göstərir ki, çox yüngül bir fəaliyyətdən başlayaraq sağlamlıq baxımından əhəmiyyətli nəticələr əldə etmək olar. Gəzintinin faydaları ilə bağlı indiyə qədər aparılan ən əhatəli tədqiqatlardan biri hesab edilən və "European Journal of Preventive Cardiology" tibbi jurnalında dərc edilən araşdırma meta-analiz (birdən çox elmi araşdırmanın nəticələrini birləşdirən statistik təhlil) kimi müəyyən edilmişdir. Gəzinti, yaşından, bölgəsindən və cinsindən asılı olmayaraq hər kəs üçün faydalıdır.
Polşanın Lodz Tibb Universitetinin kardiologiya fakültəsinin professoru Maciej Banaçın rəhbərlik etdiyi tədqiqatçılar qrupu, müxtəlif gündəlik addım saymalarının sağlamlığa təsirini qiymətləndirmək üçün orta hesabla yeddi il ərzində 226.889 nəfərin iştirak etdiyi 17 il əvvəlki araşdırmanın nəticələrini gözdən keçirdib. Qənaətə gəlinir ki, nə qədər çox gəzirsinizsə, bir o qədər sağlamlıq faydaları əldə edirsiniz, lakin gündə ən az 3967 addım atmaq hər hansı səbəbdən ölüm riskini azalda bilər.
Tək yerimək, hərəkətli gün keçirtməklə kifayətlənmək olmaz. Mütəxəssislər bildirir ki, qida rasionunuza da fikir verməlisiniz. Yağlı, zərərli qidalardan, fast-food-lardan uzaq olmalısınız.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1128 Tarix: 06 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPakistanda bina çökdü: Ölən və yaralananlar var
Pakistanın Lahor şəhərində 3 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələlik müəyyən edilməyən səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadalar
19:45 2 FT: Ukrayna Rusiyanın neft emalı gücünün 30%-dən çoxunu sıradan çıxarıb
Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr Rusiyanın faktiki neft emalı gücünün 30%-dən çoxunu, nominal gücünün isə təxminən 45%-ni sıradan çıxarıb. Bu barədə "Financial Times" peyk görüntüləri, istilik monitorinqi məlumatları və "Frontelligence Insight"
19:30 52 Yeni Klinikada neonatal reanimasiya üzrə simulyasiya təlimi keçirilib - FOTO
Yeni Klinikanın Tibbi Tədris - Simulyasiya Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün "Neonatal reanimasiya prinsipləri, Təməl transfer qaydaları" mövzusunda simulyasiya təlimi keçirilib. Təlimin məqsədi iştirakçıların neonata
12:07 210 Hindistanın Assam ştatında daşqınların fəsadları ağırlaşır: Ölənlərin sayı 78-ə yüksəldi
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışların səbəb olduğu daşqınlar ağır nəticələrə yol açıb. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə çatıb. Məlumata əsasən, hazırd
13:20 193 İsrail ordusu Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper komandirini öldürüb
İsrail ordusu bazar ertəsi günü Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper bölməsinin komandirini öldürdüyünü təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, 7 oktyabr qırğınında iştirak edən Mahmud Luh, HƏMAS-ın Nuseirat batalyonunun son snayper özəyi komandiri idi. İsrai
11:43 182 Azərbaycanda susuzluqdan ən çox şikayətlənən rayonlar (SİYAHI)
Yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb. Məsələ ilə bağlı -a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun v
10:43 319 Yerin ən böyük səhrasında bir dənə də qum yoxdur: Harada yerləşir?
Yer üzündə səhra deyildikdə əksər insanların ağlına yandırıcı istilər və sonsuz qum təpələri gəlir. Lakin dünyanın ən böyük səhrası tamamilə fərqli görünüşə malikdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox Weather" nəşri yazır. Məlumata görə, dünyanın ən böyük səhrası qalın buz təbəqələr
29.07.2026 283 Böyük Britaniyada isti hava iki ayda 3 minə yaxın insanın ölümünə səbəb olub
Böyük Britaniyada 2026-cı ilin may və iyun aylarında isti hava şəraiti ilə əlaqədar 2 877 ölüm halı qeydə alınıb. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Məlumata görə, bu göstərici 2025-ci ilin bütün yay mövsümündə qeydə alınan 1 504 ölüm halında
19:15 66 17 yaşlı Nurlanın meyiti tapıldı
İyulun 28-i Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetm
14:42 225