2023-cü il Nobel sülh mükafatına mümkün namizədlər açıqlandı: Zelenski favoritlər sırasındadır
2-9 oktyabr tarixlərində "Nobel həftəsi-2023"ün keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 6-da isə Nobel sülh mükafatının təqdimetmə mərasimi baş tutacaq.
Builki sülh mükafatının favoritləri arasında Ukrayna Prezidenti Volodimir Zelenski və rusiyalı siyasətçi Aleksey Navalnı da var.
Eyni zamanda ekspertlər hesab edir ki, Ukrayna prezidenti müharibə şəraitində olan ölkənin lideri kimi çətin ki, laureat olsun. Navalnının sülh mükafatını qazanmaq şansı da azalır, çünki ötən il və ondan əvvəlki il rusiyalı dissidentlər qalibiyyət əldə ediblər. Bukmekerlərin üçüncü favoriti isə həbsdə olan uyğur fəal İlham Toxtidir. Bununla belə onun mükafatı qazanmaq şansı dəqiq deyil, çünki bu, Pekini qəzəbləndirə bilər.
Oslodakı Sülh Araşdırmaları İnstitutunun direktoru Henrik Urdal hesab edir ki, sülh mükafatına ən çox ehtimal olunan namizədlər insan haqları müdafiəçiləri olacaq. Henrik Urdal xüsusilə iranlı Narges Mohammadinin adını çəkib ki, o, qadın hüquqları və ölüm hökmü əleyhinə mübarizə aparır və hazırda həbsdədir. Həmçinin Əfqanıstandan olan Mahbuba Serajı xatırladıb ki, o, "Taliban"ın qadağasına baxmayaraq Kabildə qalmaqla qızların təhsil haqları və qadınların digər hüquqları uğrunda mübarizəni davam etdirir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun direktoru Den Smitin proqnozlarına görə, iddiaçılar arasında ekofəal Qreta Tunberqin başlatdığı "Gələcək uğruna cümələr" hərəkatı, həmçinin onilliklər boyu Amazonun tropik meşələrinin müdafiəsi uğrunda mübarizə aparan, Braziliyanın yerli əhalisinin nümayəndəsi, Kayapo qəbiləsindən olan Raoni Metuktire ola bilər.
Digər potensial lauretlar sırasında Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi (ICJ), BMT-nin qaçqınlar üzrə agentliyi UNHCR, BMT-nin UNICEF uşaq fondu və Beynəlxalq Qızıl Xaç Komitəsi sadalanır.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 856 Tarix: 30 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264