Bakı Bulvarının uzadılması planlaşdırılır

Bakı Bulvarının uzadılması planlaşdırılır"İqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir".

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. Nazir Bakı şəhərində yaşıllıqların xeyli artırılacağını deyib:

"Həmçinin, Bakı Bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər yüksəkkeyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq".
Nazir onu da əlavə edib ki, ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə, yaşıllıqların qorunması və artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox önəmlidir.

"Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb", - nazir qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğandan Bakı Enerji Həftəsinin iştirakçılarına - Müraciət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxtımızda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub. Ərdoğan müraciətində bildiri

14:13 173
.

Fransa və müttəfiqləri Atlantikdə sanksiyalara məruz qalan Rusiya neft tankerini ələ keçiriblər

Fransa prezidenti Emmanuel Makron bazar ertəsi sosial media paylaşımında bildirib ki, Fransa və tərəfdaşları həftəsonu Atlantik okeanında sanksiyaları aşan Rusiya neft tankerini saxlayıblar. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Fransa prezidenti bildirib ki, Taqor bazar günü səhər Britaniya v

12:00 172
.

Balıq məhsullarının qiyməti bahalaşıb - İQTİSADÇIDAN AÇIQLAMA

Son vaxtlar bazar və marketlərdə balıq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Əvvəllər daha münasib qiymətə satılan bir çox balıq növləri indi daha baha təklif edilir. Xüsusilə qızılbalıq, forel və digər dəniz məhsullarının qiymətindəki dəyişiklik diqqət çəkir. Qiymətlərdə baş verən artı

11:52 199
.

Rəqəmsal cəmiyyətə doğru: İnkişaf və uşaqların qorunması arasında balans

Rəqəmsal texnologiyalar artıq iqtisadiyyatın, təhsilin, dövlət idarəçiliyinin və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnternetin əlçatanlığının genişlənməsi, mobil cihazların sürətli yayılması və süni intellekt texnologiyalarının inkişafı dünyada yeni sosial davranış modelləri formalaşdırır

19:15 113
.

ABŞ qüvvələri son həftələrdə onlarla ticarət gəmisinin Hörmüz boğazından keçməsinə kömək edib

"New York Times" qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ qüvvələri son həftələrdə onlarla ticarət gəmisinin Hörmüz boğazından keçməsinə kömək edib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, anonimlik şərti ilə danışan rəsmilərdən biri bildirib ki, ABŞ Mərkəzi Komandanlığ

12:24 162
.

Bakıda 22 yaşlı oğlanın meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində qeydə alınıb. 22 yaşlı Murad Rövşən oğlu Ağazadənin meyiti yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır

18:15 149
.

Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidir

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbiri

13:26 203
.

Bakıda qəribə olay: Adam bıçaqladı, "məni süni intellektlə idarə edirlər" dedi

Bakıda avtomobil təkərlərinin deşilməsi üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib. Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı mühakimə olunan şəxs məhkəmədə verdiyi ifadədə onu "süni intellekt vasitəsilə idarə etdiklərini" iddia edib. İttihama görə, hadisə 2025-ci ilin iyul ayınd

17:40 168
.

"Azərbaycan ordusu sağlam çağırışçılarla təmin olunmalıdır" - hərbi jurnalist Üzeyir Cəfərovla MÜSAHİBƏ

"Azərbaycan ordusu fiziki və mənəvi cəhətdən sağlam insanlarla təmin olunmalıdır. Sən əgər xəstəliyi olan insanı "yararlı" diaqnozu ilə hərbi xidmətə çağırırsansa bunun məsuliyyətini daşımalısan. Bu gün o qurumla bağlı bir sıra məhkəmə araşdırmaları var". Bu sözləri BİG.AZ-a müsahibəsind

14:33 417
.

TOP MP3