Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAM

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına vəsait ayırıb - SƏRƏNCAMBirləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) vəsait ayrılıb.

BiG.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edilib ki, qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərmişdir.

Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin "Dayanıqlı inkişaf məqsədləri" təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir.

Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər.

Sərəncamla dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Azərbaycanın Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 429   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Balıq məhsullarının qiyməti bahalaşıb - İQTİSADÇIDAN AÇIQLAMA

Son vaxtlar bazar və marketlərdə balıq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Əvvəllər daha münasib qiymətə satılan bir çox balıq növləri indi daha baha təklif edilir. Xüsusilə qızılbalıq, forel və digər dəniz məhsullarının qiymətindəki dəyişiklik diqqət çəkir. Qiymətlərdə baş verən artı

11:52 199
.

Hokinqin peyğəmbərliyi gerçəkləşir: dünya ən qorxulu ssenari ilə irəliləyir

Görkəmli fizik Stiven Xokinq ölümündən qısa müddət əvvəl etdiyi son xəbərdarlıqlarla bu gün artıq fantastik süjetləri deyil, müasir cəmiyyətin sürətlə yaxınlaşdığı sərt reallığı xatırladır. Alim insanlığı Yer planetindən kənarda alternativ məskunlaşma planı hazırlamağa çağırırdı. O hesab edirdi ki, sivilizasiyanı

18:45 142
.

Prezident İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Zati-aliləri. Ölkənizin Müstəqillik Günü münasibətilə Latviya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbayca

20:53 0
.

Bakcell "YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsinə dəstək oldu

Bakcell 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib. "YAŞAT" Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı "Hədiyyə Karvanı" layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladların

16:38 154
.

ABŞ-ın Zərbələri və İranın Cavabı: Regionda Böhran Böyüyür - POLİTOLOQDAN AÇIQLAMA

Son günlər Yaxın Şərqdə ABŞ və İran arasında gərginlik açıq hərbi toqquşma mərhələsinə keçib. Məlumatlara görə, ABŞ qüvvələri İran ərazisində bir sıra hərbi obyektlərə hava zərbələri endirib və bu hücumlar əsasən radar sistemləri və dron infrastrukturunu hədəf alıb. Cavab olaraq İran tərəfi Körfəz bölgəsind

15:39 194
.

"Avropanın ikili standartları ən açıq şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda üzə çıxıb" - BƏHRUZ QULİYEV

"Son illər beynəlxalq münasibətlər sistemində baş verən proseslər bir daha göstərir ki, böyük güclərin geosiyasi maraqları hələ də kiçik və orta dövlətlərin taleyinə birbaşa təsir göstərməkdədir. Xüsusilə, Rusiyanın keçmiş SSRİ məkanına münasibətdə yürütdüyü siyasət imperiya təfəkkürünün tamamil

11:26 176
.

Bakıda qəribə olay: Adam bıçaqladı, "məni süni intellektlə idarə edirlər" dedi

Bakıda avtomobil təkərlərinin deşilməsi üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib. Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı mühakimə olunan şəxs məhkəmədə verdiyi ifadədə onu "süni intellekt vasitəsilə idarə etdiklərini" iddia edib. İttihama görə, hadisə 2025-ci ilin iyul ayınd

17:40 168
.

"Azərbaycan ordusu sağlam çağırışçılarla təmin olunmalıdır" - hərbi jurnalist Üzeyir Cəfərovla MÜSAHİBƏ

"Azərbaycan ordusu fiziki və mənəvi cəhətdən sağlam insanlarla təmin olunmalıdır. Sən əgər xəstəliyi olan insanı "yararlı" diaqnozu ilə hərbi xidmətə çağırırsansa bunun məsuliyyətini daşımalısan. Bu gün o qurumla bağlı bir sıra məhkəmə araşdırmaları var". Bu sözləri BİG.AZ-a müsahibəsind

14:33 417
.

İlham Əliyev Trampın həmin hədiyyəsini Orra göstərdi - Video

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. "Qafqazinfo" xəbər verir ki, bu, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin qüvvəsini

20:44 0
.

TOP MP3