Qızını kişilərə satan ananın sonunu oğlu gətirdi - CİNAYƏT İŞİ + VİDEO
Oğul qızını kişilərə satan anasını qətlə yetirib.
Belə ki, Zaur (adlar şərtidir) Rusiyada azərbaycanlılara məxsus avtomobil təmiri sexində işləyirdi. Uzun müddət idi ki, ailəsi ilə əlaqə saxlamırdı. Bir gün iş yoldaşı ona telefonda Nuridə və Şəbnəmin foto və videolarını göstərəndə başa düşür ki, anası və bacısı artıq əxlaqsız yola düşüb və qərar verir ki, hansısa formada bunun qarşısını mütləq almalıdır.
Nuridə isə Zaur Rusiyada işləyərkən qızı Şəbnəmin düşüncələrini dəyişmiş, onu öz istədiyi yola çəkmişdi. Belə ki, əvvəl qızının fotolarını çəkir, sonra sosial şəbəkələrdə paylaşır və əxlaqa uyğun olmayan işlərlə məşğul olurdu. Şəbnəm də artıq qardaşı ilə danışmır, anasının arzuladığı kimi yaşayırdı. Zaurla isə bir ilə yaxın müddətdir əlaqəni kəsmiş, onun göndərdiyi pulun da lazım olmadığını demişdi.
Növbəti gün Zaur avtobusla Azərbaycana gəlir. Onun məqsədi tezliklə məsələni həll edib, bacısı ilə birlikdə Rusiyaya qayıtmaq idi.
Həmin gün Zaur Bakıdakı evinə yox, şəhərdə yerləşən hotellərin birinə gəlir. Çünki anasının onu qovacağını və bu şəkildə heç nəyə nail ola bilməyəcəyini bilirdi. Bütün gün hoteldə həm bacısının internetdə yayılmış foto və videolarına baxır, həm də onu anasının əlindən necə alıb
Rusiyaya apara biləcəyini düşünürdü.
Zaur şəhərdəki kafelərin birində nahar edərkən Nuridəyə bir daha zəng edir. Amma həmişə olduğu kimi Nuridə telefonuna gələn zəngdə oğlunun adının yazıldığını görüb cavab vermir.
Ertəsi gün Zaur bir vaxtlar qaldığı yaşayış massivinin həyətində gizlincə dayanıb, Nuridəni və Şəbnəmi izləyir, onların mənzilə tərəf qalxdıqlarını görür. Sakit şəkildə dayanır və nə deyəcəyini, nə şəkildə hərəkət edəcəyini bir daha düşünür.
Zaur qapının zəngini çalır və nəhayət, Nuridə öz oğlunu qarşısında görür. Daha sonra Zaur heç bir əlavə söz demədən içəri keçir və bacısının qolundan tutaraq "bu nə biabırçılıqdır, səni əxlaqsız olmağa qoymayacağam, gedirsən mənimlə" deyir. Bacısı ona etiraz edir, anası Nuridə də Zaurun qəti niyyətini anlayaraq ona mane olmağa çalışır. Zaur onu itələyir, Nuridə mətbəxə gedir və bıçaq götürüb otağa qayıdır.
Nuridə bıçaqla Zaurun çiyninə xəsarət yetirir. Daha sonra Zaur bıçağı onun əlindən alır və ard-arda anasına və bacısına zərbələr endirir. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itirirlər.
Zaur Rusiyaya qaçır. Bir müddət sonra orada yerli hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən həbs olunaraq Azərbaycana təhvil verilir.
Ətraflı Baku TV-nin süjetində:
BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1912 Tarix: 30 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl
30.10.2026 403 Atasının vəfatından sonra bu fotonu paylaşdı
Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi
30.10.2026 416 Mustafa Sandalın yeni görünüşü hamını təəccübləndirdi - Konsertə belə çıxdı
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu dəfə mahnıları ilə yanaşı, görünüşündə etdiyi dəyişikliklə də maqazin gündəminə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında konsert verib. Sevilən mahnılarını səsləndirən müğənn
30.10.2026 281 "Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30.10.2026 170 Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30.10.2026 215 "Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"
Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə
30.10.2026 392 "Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə
"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə
30.10.2026 254 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30.10.2026 404 Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30.10.2026 232