"30 ildi ortada olmayan, qorxaq Vardanyanın Qarabağda nə işi vardı?"- Hərbi ekspert

"30 ildi ortada olmayan, qorxaq Vardanyanın Qarabağda nə işi vardı?"- Hərbi ekspertSentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanıldı.

Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli BiG.AZ-a açıqlama verib:

"Vardanyan qorxağın və cəsarətsizin biridir. Azərbaycan antiterror tədnirləri keçirdiyi zaman da Vardanyan yoxa çıxmışdı. O,sadəcə terrorçulara pul verib, silahlı hərbi birləşmələr yaradırdı.
Azərbaycan hüquqi dövlətdir, Avropa şurasına üzvdür, burada ölüm hökmü deyə bir qanun yoxdur. Vardanyan həbs olunub və məhkəməyə çıxaraq, cəzalanacaq. Bu şəxslər sadəcə ömürlük həbs cəzasına məhkum ediləsi cinayətkarlardır. Xocalıda, Meşəlidə qana batmış, eyni zamanda Qərbi Azərbaycanda mülki əhaliyə- qadınlara, uşaqlara qarşı cinayət törərmiş, cinayətkarlar Azərbaycan məhkəməsində cavab verəcək. Biz bu addımları beynəlxalq arenadan gözləyirdik. Amma uzun illər bu barədə heç bir addım atılmadı. Azərbaycan beynəlxalq hüququ yerinə yetirdi.

Bir günlük antitterror əməliyyatında separatçı rejimə son qoyuldu. Onların "liderləri" belə həbs olundu. Bu proseslər davam edəcək. Azərbaycana qarşı cinayət törədmiş şəxslər, beynəlxalq axtarışda olduğuna baxmayaraq əllərini-qollarını sallayıb gəzirdilər. İndi isə onların hər biri Azərbaycan tərəfindən tutulur. Ermənilərin nə danışdığı heç bir əhəmiyyəti yoxdur. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü diplomatiyası var. Dünya bu həqiqətləri qəbul etmək məcburiyyətindədir.

"Ermənistan vətəndaşı Ruben Vardanyan Qarabağda nə işi var?... 30 ildi ortada olmayan Vardanyanın ora niyə getmişdi?... Ona kim təlimat vermişdi?" - yaxşı olardı ki, erməni mətbuatı bunlara cavab versin.

İran, Fransa Ermənistanın arxasında dura bilmədi. Azərbaycan humanist ölkə olduğu üçün, orada yaşayan hər bir vətəndaşa yardım göstərir. Amma cinayətkarlar cavab verəcək".

Gülcahan Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1628   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30.10.2026 314
.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

30.10.2026 416
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

30.10.2026 257
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30.10.2026 291
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso

30.10.2026 179
.

Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?

İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir

30.10.2026 264
.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 158
.