"Bu görüş Ermənistanın Naxçıvana həyata keçirdiyi blokada siyasətinə son qoyulmasında mühüm addımdır"-DEPUTAT

"Bu görüş Ermənistanın Naxçıvana həyata keçirdiyi blokada siyasətinə son qoyulmasında mühüm addımdır"-DEPUTATAzərbaycanın Qarabağda separatçı erməni qoşunlarına qarşı başlatdığı əməliyyatdan sonra prezident Rəcəb Tayyib Ərdoğan 26 sentyabr tarixində Naxçıvana kritik səfər edib. Görüşdən sonra prezident İlham Əliyev və cənab Ərdoğan arasında iştirakı müqavilələrin imzalanma mərasimi olub. İki qardaş ölkə " Iğdır-Naxçıvan Dəmir Yolu Layihəsi üzrə Niyyət Protokolu"nu imzaladılar. Azərbaycan və Türkiyə arasında münasibətlərin dünyada bənzəri olmayan müstəsna mövqedə olduğuna diqqət çəkən Ərdoğan, "bir millət, iki dövlət" şüarı çərçivəsində əlaqələrin və əməkdaşlığın hər sahədə gücləndirilməsi üçün çalışmağa davam etdiklərini bildirib. Prezidenti İlham Əliyev görüş zamanı Qarabağda aparılan antiterror əməliyyatı ilə ölkənin suverenliyinin tam təmin olunduğunu bəyan edib. Cənab İlham Əliyev Naxçıvanın tarixi Azərbaycan ərazisi olduğunu bildirərək, 1920-ci ildə Qərbi Zəngəzuru Azərbaycandan ayrılması nəticəsində Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında coğrafi əlaqənin kəsildiyini bildirib.

Bununla bağlı BiG.AZ-a danışan deputat, politoloq Elman Nəsirov bildirib ki, Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və cənab İlham Əliyev ilə apardığı görüşlər, imzalanan sənədlər bir daha göstərdi ki, ikitərəfli münasibətlərimiz özünün ən yüksək strateji müttəfiqlik müstəvisindədir:

"Elə bil məsələ yoxdur ki, dövlətlərimiz arasında həllini tapa bilməsin. Bu səfər o baxımdan əhəmiyyətlidir ki, Azərbaycan Silahlı Qüvvələri sentyabr 19-20-də olduqca lokal antiterror tədbirləri Qarabağ iqtisadi rayonunda həyata keçirdi. Yeni reallıqların əsası qoyuldu. Heç şübhəsiz ki cənab İlham Əliyev ilə qardaş ölkənin prezidenti cənab Ərdoğan arasında bu məqamlar xüsusi yer tutdu. Bu yeni yaranmış reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması məsələsi ətrafında çox ciddi fikir mübadiləsi aparıldı. Bu səfərin ən yaddaqalan hadisəsi Azərbaycan və Türkiyə arasında, Naxçıvan-Igdir arasında qaz sahəsində özünü etibar edən bir addım atıldı. Bu heç şübhəsiz ki, Ermənistanın uzun müddətdir Naxçıvana həyata keçirdiyi blokada siyasətinə son qoyulmasında mühüm addımlardan biridir.

Deputat qeyd edib ki hər iki dövlətin liderləri bölgələr arasında dəmir yolu xəttinin çəkilməsi layihəsi ilə bağlı memorandum imzalandı. Bu o deməkdir ki, Naxçıvan dəmir yolu xəttinin çəkilməsi, nəticə etibarilə iki dövlət arasında təmasların genişlənməsinə və uzun müddət ərzində blokada vəziyyətində qalmış Naxçıvanın blokadadan çıxışında böyük rol oynaya biləcək:

"Qardaşlığımız onda öz ifadəsini tapır ki, Azərbaycan Türkiyənin əziyyət çəkmiş şəhərlərindən biri olan Kahramanmaraş şəhərində yaşayış binalarının tikintisi, ibtidai məktəblər və bağça infrastruktura töhvə vermək baxımından qardaş ölkə ilə mühüm sənəd imzaladı. Bu sənəd bir daha onu göstərir ki iki dövlətin xoş və çətin günündə bir birinin yanındadır. Bu müzakirələr fonunda əldə edilmiş razılaşmalar bir daha iki dövlətin dostluğu region üçün əhəmiyyətlidir. Bu dostluq və qardaşlıq sülhə və əmin-amanlığa, təhlükəsiz mühitin formalaşmasına xidmət edir. Cənab Ərdoğan Ermənistan siyasi rəhbərliyinə çağırış etdi ki, yaranmış unikal şansdan istifadə etmək lazımdır. Azərbaycanın irəli sürdüyü dostluq əlini sıxmaq lazımdır. Bütün bunlar nəticə etibarilə çoxdan gözlənilən və uzunmüddətli dayanıqlı sülhün formalaşmasına gətirib çıxara bilər".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1985   Tarix: 26 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30.10.2026 280
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 205
.

Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər

2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al

30.10.2026 228
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30.10.2026 254
.

Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur

Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v

30.10.2026 191
.

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W

30.10.2026 204
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30.10.2026 427
.

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

30.10.2026 277
.

Quruda gəzən və hava ilə nəfəs alan qeyri-adi balıq

Dünyanın müxtəlif bölgələrində yayılan ilanbaş balığı qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir. Bu balıq atmosfer havası ilə nəfəs ala, qısa məsafələrdə quruda hərəkət edə və sürətlə çoxala bilir. Dişi ilanbaş balığı bir dəfəyə 50 minə qədər kürü qoya bilir. xarici mediaya istinadən xəbər verir ki

30.10.2026 238
.