Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini tutmuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir-Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin korroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.
Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdiriliblər. Lakin onların 3-ü də vəfat edib.
Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub.
Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs ediliblər. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Bildirilib ki, İ.Əsədli istintaq dövründə İrana qaçıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 692 Tarix: 24 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses
30.10.2026 257 İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb
00:51 51 Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış
Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla
30.10.2026 241 Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar
Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə
30.10.2026 270 "Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"
30.10.2026 194 Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi
ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı
30.10.2026 281 "Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30.10.2026 170 Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək
Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir
30.10.2026 381 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
30.10.2026 351