"Belə bir zamanda Azərbaycanın dövlət bütövlüyü çərçivəsində addımlarını tənqid edirlərsə, bu açıq-aşkar vətənə qarşı xəyanətdir"-POLİTOLOQ

"Belə bir zamanda Azərbaycanın dövlət bütövlüyü çərçivəsində addımlarını tənqid edirlərsə, bu açıq-aşkar vətənə qarşı xəyanətdir"-POLİTOLOQXəbər verdiyimiz kimi, Qarabağda qanunsuz erməni silahlılarına qarşı antiterror əməliyyatları davam etdirilir. Aparılan əməliyyatılar ilə bağlı xarici güc faktorlarından etirazlar etirazlar gəlməkdə davam edir. Bu gün hazırda nəinki xarici qüvvələr, Azərbaycanın tərkibində fəaliyyət göstərən "partiyalar" həyata keçirilən antiterror əməliyyatlarına qaşı absurd iddialar səsləndirirlər. Bununla bağlı BiG.AZ-a danışan Politoloq Turan Rzayev deyib ki, AXCP-nin indiki məqamda Azərbaycanı antiterror tədbirlərini tənqid etməsi, əleyhinə çıxışlar etməsi bir daha bu "partiya"nın və onun rəhbərinin hansı təfəkkürdə olduğunu göstərir. Bu insanlar nə bu gün, nə də bundan öncəki illərdə Azərbaycana fayda verməyib. Onların hakimiyyəti dövründə gedən torpaqlar bu gün işğaldan azad edilir. Onlar görünür bununla barışmaq istəmirlər:

"Çünki vaxtında ermənilərə peşkəş çəkdiyi torpaqlar bu gün Azərbaycan ordusunun və Azərbaycan gənclərinin canları bahasına geri qaytarılır. Əslində axan və tökülən qanın mərkəzində, nüvəsində məsələ AXCP-nin özü olub. AXCP-nin vaxtında səriştəsiz, məsuliyyətsiz kreslo davası üstündə gedən siyasətin real nümunəsidir ki, torpaqlarımız o zaman əlimizdən getdi. Bu şəxslər, partiyanın nümayəndələri Bakıda kreslo davası döyərkən Qarabağda oğullarımız canından keçirdi. Bu gün, dövr 90-cı illər deyil. Bu gün Azərbaycanda dövlət, xalq, hakimiyyət birliyi mövcuddur. Bu gün 7-dən 70-ə hər kəsin ürəyi keçirilən antiterror tədbirlərindədir. Bu əgər məsələ həll edilməsə, növbəti illərdə gələcək nəsillərə qalacaq. Aparılan addımlar prosesin gələcək nəsillərə qalmaması üçün yönəlmiş addımlardır . Uzaqgörən siyasətin real göstəricisidir. Bu siyasətin parçası olmaq istəməyən və istənilən özünü müxalif "partiya" adlandıran təşkilatlar prosesdən kənarda qala bilər. Amma xalq, millət, vətəndaş hər şeyi yaxşı görür. Kimin kimə xidmət etdiyi aydın şəkildə bəllidir. Bu baxımdan bizim nəzərimizdə AXCP-nin verdiyi bəyanatların heç bir əsası,məntiqi yoxdur".

Turan Rzayev bildirib ki, Onların verdiyi bu etirazlar absurddur. Müxalif düşüncəyə sahib olmaq normaldır. Hakim partiyanın eyni düşüncəyə sahib olmaya bilərsən. Məsələ vətəndirsə burada heç bir siyasi maraq, dövlət maraqlarının önünə keçə bilməz:

"Problemin əgər hakim partiya ilədirsə mübarizəni bu kontekstdə apar. Belə bir zamanda hakimiyyəti demirəm, Azərbaycan dövlətinin, xarici siyasəti, dövlət bütövlüyü çərçivəsində addımları tənqid edirlərsə, bu artıq tənqid yox açıq-aşkar Azərbaycana qarşı xəyanətdir. Belə şəxslərin müxalif olmaqdan danışması, haqsızlıqdan, ədalətdən danışmağa haqqı yoxdur. Vətənin dar günündə onu müdafiə etməyən, onun maraqlarını qorumayan, öz şəxsi ambisiyalarını və siyasi maraqlarını dövlətin ali maraqlarından üstün tutan bir şəxs və onun qaragüruh tayfası gələcəkdə Azərbaycan hakimiyyətinə iddia etməməlidir. Azərbaycan xalqı seçki prosesində məhz ona görə bu tipli partiyaları kənarda qoyur, öz iradəsini onlardan yönə aparmır. Bu müxalif partiyaya layiq bir çıxış deyil. Bu yalnız Ermənistanın revanşist partiyasının çıxışı bənzəridir. Çox maraqlıdır ki bu partiyanın mərkəzi konsepsiyası sağ milliyətçilik olduğu halda, bu gün verdiyi bəyanatlar, açıqlamalar nə hikmətdirsə daşnaksütyun partiyasının verdiyi bəyanatlara bənzəyir. Göründüyü kimi burada açıq bir qərəz, xarici marağa xidmət var. Bu partiyanı indiki məqamda ciddiyə almaq lazım deyil".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1565   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 76
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 360
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 283
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

30.10.2026 271
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

30.10.2026 436
.

Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili

10:55 0
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30.10.2026 492
.

Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:

10:15 93
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 341
.