"Ermənistanın təsirindəki sapı özümüzdən olan baltalar Azərbaycana qarşı antikampaniyaya qoşulurlar"-POLİTOLOQ

"Ermənistanın təsirindəki sapı özümüzdən olan baltalar Azərbaycana qarşı antikampaniyaya qoşulurlar"-POLİTOLOQ"Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri, Konstitusiyasına uyğun olaraq Qarabağda antiterror tədbirləri həyata keçirir. Bu bütövlükdə heç bir qanuna zidd deyil. İndiki məqamda bütün dünya ölkələri Azərbaycan 86.6 min kvadrat km ərazisini tanıyıb. Azərbaycan tanınan ərazilər və hüquq çərçivəsində istədiyi əməliyyatı keçirə bilər. Buna heç bir ölkə yaxud qurum, partiya irad bildirə bilməz"

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq qeyd edib ki, Çox təəssüf ki, bu gün Azərbaycanın müzəffər ordusu, xalqının apardığı mubarizə bəzi dairələrdə narahatlıq doğurur. Xüsusilə qərb dairələrində artıq məsələ ilə bağlı etirazlar gəlməkdədir. Bu etirazların heç bir əsası yoxdur. Azərbaycan beynəlxalq hüquq əsasında antiterror tədbirləri keçirir. Heç bir mülki şəxsə zərər dəyməməsi üçün maksimum dərəcədə tədbirlər görməkdədir: " Bütün bunların fonunda qərb dairələrinin etirazı yenə də başa düşülən olsa da, Azərbaycanda özünü müxalif adlandıran və Azərbaycan ərazi bütövlüyünün bərpası əleyhinə çıxış edən "siyasilər" "partiyalar" əfsuslar olsun ki mövcuddur. Həmin bu partiyalar 44 günlük müharibə öncəsi torpaqların işğaldan azad olunmayacağıni qeyd edən qaragüruh kütlə təfəkkürü əsasında yaşayan insanlar idi. 44 günlük müharibədə Azərbaycan içimizdəki sapı özümüzdən olan baltalara, erməni havadarlarına göstərdi ki, Azərbaycan ona diqtə edilən reallıqları qəbul etməyəcək. Beynəlxalq hüquq çərçivəsində öz ərazilərini bərpa edəcəkdir. 44 günlük müharibə zamanı edilməyən və edilməsi o dövrün reallıqlarına uyğun olmayan məsələləri bu gün reallaşdırırıq. Bu gündən maraqlıdır ki, Ermənistanın havaları olan şəxslər və onlardan maliyyə alan, bu yolunu yerinə yetirən, özünü Azərbaycanın müxalifəti adlandıran partiya və onun tərəfdarları bu gün Azərbaycanı mövcud antiterror tədbirlərini keçirməkdə ittiham edir, tənqid edir".

Turan Rzayevin sözlərinə görə, sual yaranmalıdır ki, onların əsl məqsədi nədir? Bu şəxslər xaricdən maliyyə və qrant alan şəxslərdir: "Onlar ölkə maraqları naminə heç bir şey etməyiblər. Köhnə təfəkkür və zehniyyətdə yaşayan bu şəxslərin nə ölkə, vətən, birlik, nə də xalqın rifahı maraqlandırır. Aparılan antiterror tədbirləri heç bir halda işğalçılıq, beynəlxalq hüquq ilə ziddiyyət təşkil etmir. Buna rəğmən onlar bu tənqidlərdən, mənasız, əsassız arqumentlər ilə nəisə isbat etməyə çalışırlar. Əslində onların nəyə və kimə isbat etdikləri bəllidir. Qərbdən maliyyə aldıqları Ermənistanın konyak diplomatiyasının təsirində olan qaragüruh, sapı özümüzdən olan baltalar təssüf ki, Azərbaycana qarşı antikampaniyaya qoşulurlar. Bir qurd tək ağacı içdən yeməyə yönəlik fəaliyyət göstərirlər".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2300   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 76
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

30.10.2026 360
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30.10.2026 283
.

"Aliment uşağa verilən güzəşt deyil, valideynin qanuni borcudur" - Alimentin artırılması zərurəti gündəmdə

"Son dövrlər alimentin artırılması məsələsi cəmiyyətdə daha çox müzakirə olunmalı olan sosial problemlərdən biridir. Ölkədə ərzaq, geyim, təhsil, kommunal xidmətlər və digər gündəlik tələbat xərclərinin artması uşaqların maddi təminatı məsələsini daha da aktuallaşdırır. Bu reallıq fonunda illə

30.10.2026 271
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

30.10.2026 436
.

Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili

10:55 0
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30.10.2026 492
.

Leyla və Alyona Əliyevalar "Baku Art Weekend"də - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Bakıda "Baku Art Weekend" sərgi festivalında iştirak ediblər. "Qafqazinfo" sərgidən görüntüləri təqdim edir:

10:15 93
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 341
.