Üzeyir Hacıbəyovun çoxşaxəli fəaliyyəti xalqına, onun tərəqqisinə xidmət göstərilməsinə parlaq bir nümunədir-ARAŞDIRMA

Üzeyir Hacıbəyovun çoxşaxəli fəaliyyəti xalqına, onun tərəqqisinə xidmət göstərilməsinə parlaq bir nümunədir-ARAŞDIRMAXX əsrdə Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni və mətbu həyatında əhəmiyyətli iz qoymuş tanınmış şəxsiyyətlərdən biri də Üzeyir və Ceyhun Hacıbəyov qardaşları olub. Hacıbəyov qardaşları XX əsrin əvvəllərində Azərbaycanda genişlənməkdə olan milli azadlıq hərəkatında, xalqın cəhalət və qəflətdən xilas edilməsi, geriliyin və savadsızlığın aradan qaldırılması uğrunda genişlənməkdə olan mübarizədə fəal iştirak ediblər. Azərbaycan professional musiqisinin və milli operasının banisi, milli musiqi təhsilimizin bünövrəsini qoymuş - dahi bəstəkarımız Üzeyir Hacıbəyov zəngin və çoxşaxəli yaradıcılığı, milli-mənəvi irsə qəlbən bağlılığı ilə xalqımızın yaddaşında özünə əbədi abidə ucaldıb. ictimai, ədəbi-mədəni, maarifçilik fəaliyyəti təmənna güdmədən öz xalqına, onun tərəqqisinə xidmət göstərilməsinə parlaq bir nümunədir.

Üzeyir Hacıbəyovun adı tarixə yalnız böyük müsiqı nəzəriyyəçisi kimi deyil, həmçinin görkəmli alim, yazıçı, publisist, tarixçi, dirijor, müəllim-pedaqoq, ictimai xadim kimi daxil olub. Məlumdur ki, Üzeyir Hacıbəyov ilk növbədə ixtisasca müəllim olub və həyatı boyu müəllim adını uca tutub. Onun zəngin və çoxşaxəli fəaliyyətində təlim- tərbiyə məsələsi xüsusi yer tuturdu. O, həyatının 40 ildən artıq bir dövrünü müəllimlik peşəsinə - xalqın maariflənməsi və təhsili, xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın,geriliyin aradan qaldırılması uğrunda mübarizəyə həsr edir O, bu sahədə olduqca əhəmiyyətli işlər görüb. Ü.Hacıbəyovun zəngin pedaqoji irsi və müəllimlik peşəsi ilə bağlı bu gün də böyük hörmət və ehtiram hissi ilə yad edilir, öyrənilir və tədqiq edilir. Arxiv sənədlərinə və digər tarixi mənbələrə əsaslanaraq Üzeyir Hacıbəyovun həyat və fəaliyyətindən, o cümlədən mətbu irsindən bəhs edən bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram:

Ü. Hacıbəyov ibtidai təhsilini Şuşada alıb. O, İrəvan Müəllimlər Seminariyasının məzunu, öz dövrünün tanınmış pedaqoqu, maarif, mədəniyyət və mətbuat xadimi, publisist - Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirib. Ü. Hacıbəyov ibtidai təhsilini Şuşada başa vurduqdan sonra 1899-cu ildə keçmiş Çar Rusiyasının qabaqcıl seminariyalarından biri sayılan Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinə daxil olur. 1904-cü ildə həmin seminariyanı müvəffəqiyyətlə başa vuraraq ibtidai məktəb müəllimi adına layiq görülüb. O, seminariyanı bitirdikdən sonra Gəncəyə qayıdır. Ü.Hacıbəyov 1904-cü il iyulun 8-də Yelizavetpol quberniyasının 2-ci rayonunun xalq məktəbləri müfəttişinə ərizə ilə müraciət edərək müfəttişliyin tabeçiliyində olan məktəblərin birində müəllim təyin olunmasını xahiş edib. Həmin tarixi sənəd hazırda Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondunda qayğı ilə mühafizə edilir. Həmin ərizənin üzərində müfəttiş tərəfindən yazılmış dərkənarda qeyd edilirdi: "1904-cü il iyulundan Hadrut kənd məktəbinin 3-cü paralel sinfinə müəllim təyin edilsin." Beləliklə, Ü.Hacıbəyov 1904-cü ilin iyul ayında Cəbrayıl qəzası Hadrut kənd məktəbinin 3-cü paralel sinfinə ildə 400 publ maaşla müəllim təyin edilir.

Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru, öz dövrünün tanınmış pedaqoqu- Mixail Alekseeviç Miropiyev Ü.Hacıbəyovun seminariyadakı fəaliyyətinə yüksək qiymət verərək qeyd edirdi: " Ü.Hacıbəyov kursu 17 nəfər sırasında 7-ci olaraq bitirib, dərsləri kifayət qədər yaxşı keçib; əla musiqiçidir."
Zaman sübut etdi ki, seminariyanın direktoru - M.A.Miropiyev Ü.Hacıbəyovu bacarıqlı müəllim və əla musiqiçi kimi qiymətləndirməsində heç də yanılmayıb. Ü.Hacıbəyov, seminariyadan sonrakı çoxşaxəli həyat fəaliyyətində özünü istedadlı pedaqoq, Azərbaycan professional musiqisinin və milli operasının banisi, mahir bəstəkar kimi təsdiq edib. Ü.Hacıbəyovun elmi dünya görüşünun formalaşmasında, onun müəllim-pedaqoq, ictimai xadim, publisist, dramaturq musiqişunas alim kimi yetişməsində seminariya həyatının rolu danınmazdır. Üzeyir Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti, rus və Qərbi Avropa musiqi klassiklərinin əsərləri ilə yaxından tanış olub. O, skripka və baritonda çalmağı öyrənmib, xalq mahnı nümunələrini nota köçürüb. Üzeyir Hacıbəyov Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1904-1905-ci ilin oktyabr ayına qədər Cəbrayıl qəzası Hadrut kənd məktəbinin 3-cü paralel sinfində müəllim işləyir. O, burada rus dili, hesab, tarix və musiqidən dərs demiş, az bir müddətdə kənd əhalisinin hörmətini qazanır. Lakin kiçik kənd məktəbində daha geniş fəaliyyət göstərməsi üçün lazımi şərait olmadığından sonralar Bakıya köçür. Fəhlə rayonlarından biri olan Bibiheybətdə, kənd məktəbində pedaqoji fəaliyyəyini davam etdirərək 1905-1907-ci illərdə burada ana dili, rus dili, riyaziyyat, coğrafiya və musiqidən dərs deyir.

Tarixi mənbələr təsdiq edir ki, Ü.Hacıbəyov Bakı şəhərində daha geniş fəaliyyət göstərib. O, burada pedaqoji fəaliyyətlə yanaşı, ictimai, ədəbi-publisistik fəaliyyətlə də məşğul olub. O, "Həyat" qəzetində tərcüməçi işləyir, "İrşad" qəzetinin əməkdaşı olur. Ü.Hacıbəyov Bakıda çıxan "Həqiqət" qəzetinin naşiri və baş redaktoru olub, 121 sayınadək qəzetə rəhbərlik edib. O, "Molla Nəsrəddin", "İrşad", "Həyat", " Tərəqqi", " İqbal", " Həqiqət" və.s qəzet və jurnallarda maarif və məktəb, təlim və tərbiyə, ictimai-siyasi, iqtisadi və digər məsələlərlə bağlı məqalələrlə çıxış edib. Ü.Hacıbəyov öz dövrünün mütərəqqi pedaqoji fikir nümayəndələrindən biri olub. Onun əsər və məqalələrində köhnə məktəb tənqid edilib. Ana dili, çarizmin ruslaşdırma siyasəti, təlim üsulları, əxlaq tərbiyəsi və s. əlaqədar bir sıra dəyərli fikirlər söyləyib. O, ilk növbədə çar Rusiyasının maarif sahəsində milli ucqarlarda yeritdiyi siyasəti kəskin surətdə tənqid edir. Məsələn, Ü.Hacıbəyov 1906-cı ildə 240№li "İrşad" qəzetində dərc etdirdiyi məqaləsində çar hökumətinin ruslaşdırma siyasətindən bəhs edərək qeyd edirdi:"Məktəb açıb öz uşaqlarımızı öz ana dilimizdə tədris və təlim etmək bizim arzularımızın ən ümdəsidir.Bu arzunun hüsula gəlməsi üçün biz var qüvvəmiz ilə çalışmalıyıq, zira nəşri maarif və təyini mədəniyyət üçün yeganə vəsaitəmiz bir bu təriqətdür."

Çarizmin yerli dillərə və bu dillərin məktəblərdə tədris edilməsinə etinasız münasibətini tənqid edən Ü.Hacıbəyov, 1909-cu ildə "Tərəqqi" qəzetinin 23-cü nömrəsində "Milli məktəblərdə rus dili tədrisi" adlı məqalə dərc etdirir. Həmin məqalədə qeyd edirdi ki, 1905-ci ilə qədər çar hökuməti müsəlmanlar arasında maarifi inkişaf etdirməyi özünə vəzifə hesab etmirdi. Hökumət " bu yolda bəzi iqdamatda bulunurdusa da, bu nəşri maarif üçün deyil, "Nəşri-rusizm" üçün idi." Ü.Hacıbəyov ana dilində məktəblərin açılmasını tələb edərkən azərbaycanlı uşaqların rus dilini öyrənmələri zərurətini xüsusilə qeyd edirdi. O, 1906-cı ildə dərc etdirdiyi "Məktəb məsələsi" adlı məqaləsində qeyd edirdi ki, indiki şəraitdə ana dilində məktəb yaratmaq ən çətin və ən vacıb məsələlərdən biridir, lakin buna baxmayaraq, təkcə ana dilində məktəb yaratmaqla işi bitmiş hesab edə bilmərik. Biz uşaqlarımıza rus dilini də mükəmməl öyrətməliyik.Çünki, təkcə ana dilini bilmək kifayət deyil. Biz rus dilini öyrənmədən irəli gedə bilmərik."

Üzeyir Hacıbəyov həmin kitabı tərtib edərkən rus müəlliflərinin əsərlərindən istifadə edib. Bu haqda müəllif belə qeyd edir: "Bunun tərtibində rus mənbələrindən umumiyyətlə istifadə edib cənab Komarovun hesab məsələləri kitabçasını özüm üçün ümdə rəhbər ittixaz etdim". Lakin müəllif yeri gəldikcə, öz təcrübəsinə də istinad etmiş "icad etdiyi xüsusi qaydaların tətbiqini" də lazım bilib. O, didaktik prinsiplərə möhkəm riayət edərək dərsliyi düzgün pedaqoji tələblər əsasında qurmağa müvəffəq olur. Doğma dilini sevən və onun bütün incəliklərini bilən Ü.Hacıbəyov belə bir vacib anlamı da etiraf etməyi unutmur:" Dil cəhətinə gəlincə məsələlərin sırf türk dili ilə yazılıb, dilimizin təbiətinə məğayir (aid) cümlə və ibarətlərdən, baxüsus(xüsusilə) rus dilinə mənsub ibareyi kəlamdan azad olmasına artıq səy etdim." Ü.Hacıbəyov pedaqoji cəhətdən çox ustalıqla hərəkət edərək, göründüyü kimi kitabları şagirdlərin yaş və bilik səviyyəsinə uyğun sadə ana dilində yazıb. Bu cəhətdən o dövrdə yazılmış digər hesab məsələləri ilə müqayisədə Ü.Hacıbəyovun dərsliyi böyük üstünlüyə malikdir.

Ü.Hacıbəyov dərslik, habelə məktəb, maarif və ana dilinin tədrisinə dair məqalələrlə yanaşı, irihəcmli əsərlər də yazıb nəşr edib. Ü.Hacıbəyovun tərtib etdiyi və 1907-ci ildə Bakıda çap etdirdiyi "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rus və rusi-türki lüğəti" adlı kitabı buna parlaq nümunədir. Bu kitab Azərbaycanda lüğət tərtibi tarixində irəliyə doğru atılan böyük addımlardan biri idi. Ü.Hacıbəyovun pedaqoji fəaliyyəti, onun təlim və tərbiyənin müxtəlif sahələrinə dair irəli sürdüyü fikirlər Azərbaycanda xalq maarifinin, pedaqogika elminin inkişafına böyük təsir göstərmiş və onların bir çoxu bu günədək öz əhəmiyyətini itirməyib. İnsanın formalaşmasında mühitin, ictimai şəraitin mühüm rol oynadığını yaxşı başa düşən Ü.Hacıbəyov yazırdı ki, cəhalət və nadanlığın əsas səbəbləri dərəbəylik üsul idarəsidir. "Bəs yaxşı adamları, nəcib sifətləri özündə birləşdirmək, istedadlar yetişdirmək üçün nə lazımdır? İnsanı mühit, normal ictimai şərait, mədəniyyət, gözəl ailə tərbiyəsi, məktəb, təkmil təlim üsulları və s. " Ü.Hacıbəyov uşaqların tərbiyəsinə bir ümumxalq işi kimi baxır və müəllimləri bu sahədə qarşıya çıxan hər bir çətinliyə dözməyə çağırırdı. Xüsusilə, dərslik tərtib edərkən tərbiyə prinsiplərini, elm, bilik və əxlaqın qarşılıqlı əlaqəsini düzgün nəzərə almağı dönə-dönə xatırladırdı.O, qeyd edirdi ki," Uşaqların həm onların qəlbini, həm ağlını, həm də zövqünü tərbiyə edəcək dərslikləri olmalıdır. Dərsliklərə ictimai-tərbiyəvi əhəmiyyəti olan, uşaqlarda yüksək əxlaqı sifətlər və mədəniyyət aşılayan materiallar daxil edilməlidir".

Ü.Hacıbəyov 1906-cı ildə 67№ li "İrşad" qəzetində dərc etdirdiyi "Xəbərdarlıq" məqaləsində qeyd edilirdi:"Doğrudan da uşaq tərbiyəsi çətindir...Tərbiyənin yolunu ancaq elm sahəsində bilmək mümkündür." Üzeyir Hacıbəyov Azərbaycan qadınının məhkumluğunu aradan qaldırmaq üçün Qori müəllimlər seminariyasının digər məzunları kimi məktəb açıb qızları oxutmaqla yanaşı, müsəlman qadınının qul kimi alınıb-satıldığını, döyülə-döyülə qoca evinə göndərildiyini, burjua cəmiyyətinin qoçularını , intellegentlərini və digərlərini " Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad", " Şah Abbas və Xurşadbani", " Leyli və Məcnun" kimi ölməz sənədlərində məharətlə səhnəyə çıxararaq ifşa edib.
Ü. Hacıbəyov 1912-ci ilin sentyabrında musiqi təhsil almaq üçün Moskvaya gedib. Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar "İqbal" qəzetində dərc olunmuşdur. Ü.Hacıbəyov maddi ehtiyac ucbatından Moskvada musiqi təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. O, 1914-cü ildə Peterburq konservatoriyasına qəbul olmuş,lakin maddi çəkinliklər ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb. Ü.Hacıbəyov 1915-ci ilin sentyabrında "Yeni iqbal" qəzetinin redaktoru vəzifəsində işə başlamış, sonra qəzetin sahibi və baş redaktoru olmuşdur. 1916-cı ilin fevralında "Yeni iqbal" qəzetindən uzaqlaşıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) Ü.Hacıbəyov 1918-ci ilin oktyabr ayından Bakıda "Azərbaycan" qəzeti ilə əməkdaşlıq etmişdir.Cümhuriyyət dövründə "Azərbaycan" qəzeti Bakıda həm Azərbaycan, həm də rus dillərində müstəqil surətdə çap olunurdu. Azərbaycan dilində qəzet Ceyhun Hacıbəylinin, rus dilində olan qəzet isə Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə nəşr edilib.

Ü.Hacıbəyov "Azərbaycan" qəzetinə rəhbərlik etməklə onun ideya istiqamətini müəyyənləşdirib, Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirməyə çalışıb.
Cümhuriyyət dövründə unudulmaz bəstəkarımız Ü.Hacıbəyov tərəfindən iki marş yazılıb. Onların hər ikisi ilk dəfə 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr edildiyi "Türk marşları" kitabında çap olunur.Bunlardan biri "Azərbaycan milli marşı" adlanır. Həmin əsər 1919-cu ildə Azərbaycan Xalq Cünhuriyyətinin elan etdiyi müsabiqədə 1-ci mükafata layiq görülür. Marşın musiqisi Ü.Hacıbəyova məxsus idi. Mənalı həyatı və şərəfli adı ilə xalqımıza baş ucalığı gətirmiş Üzeyir Hacıbəyovun yaradıcılığı, onun tərəfindən qoyulan bədii ənənələr unudulmur və bəstəkarlarımız tərəfindən layiqincə davam etdirilir. Hazırda Üzeyir Hacıbəyovun anadan olduğu gün-18 sentyabr Azərbaycanda "Musiqi qünü" kimi qeyd olunur.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1154   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 344
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

30.10.2026 420
.

İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb

00:51 312
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

30.10.2026 511
.

Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?

İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir

30.10.2026 291
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30.10.2026 365
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy

11:25 95
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 356
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30.10.2026 341
.