Polis yoqa ilə məşğul olan qrupu qətliam qurbanları ilə səhv saldı
İngiltərədə adi yoqa dərsi polis tərəfindən dayandırılıb. Yerdə yatan tələbələri qətliam qurbanları ilə səhv saldıqları üçün onları hadisə yerinə çağırıblar.
Linkolnşirin Sent-Leonard şəhərciyində baş verən maraqlı hadisə barədə "Seascape" kafesinin sahibləri öz Facebook qruplarında məlumat veriblər.
"Əgər kimsə dünən saat 21:30-da (Bakı vaxtı ilə 00:30-da - red.) polis sirenlərinin səsini eşidibsə, narahat olmamağınızı xahiş edirik. Kimsə binamızda bir neçə nəfərin yerdə uzandığını görüb qətliam barədə məlumat verdikdən sonra polislər rəsədxanaya gediblər. Əslində isə orada yoqa qrupunun meditasiya etdiyi məlum olub", - deyə kafenin açıqlamasında bildirilir.
Kafe Şimal dənizinin sahilində rəsədxananın binasında yerləşir. Müəssisənin sosial şəbəkə hesabında burada tez-tez sərgilərin, həmçinin axşamlar yoqa dərslərinin keçirildiyi deyilir. Onun sahibləri ziyarətçilərdən bu barədə unutmamağı və dərslərdə iştirak edənləri "bir növ dəli kult və ya dəlilər klubu" hesab etməməyi xahiş edirlər.
Yoqa təlimçisi Milli Lous "Seascape Café"də yeddi tələbəyə dərs keçdiyini deyib. Onun sözlərinə görə, dərs başa çatmaq üzrə idi, və o, otaqda şam yandırıb, tələbələrdən "savaşana" və ya "cəsəd pozası" almağı xahiş edib, özü də ənənəvi qaydada dəfə vurmağa başlayıb. Bu zaman o, yanında itləri olan iki nəfərin kafenin pəncərələrindən içəri baxdığını görsə də, buna əhəmiyyət verməyib.
"Yalnız biz gedəndən sonra bildim ki, bu adamlar zəng edərək qətliam barədə məlumat veriblər. Guya əynində plaş olan bir nəfər gəzərək mənim tələbələrimin üzərindən addımlayır, sanki bu bir növ ritualdır və yerdəki insanlar əslində ölüblər", - deyə Lous bildirib.
Linkolnşir polisinin nümayəndəsi bildirib ki, onlar polisləri yaxşılıq etmək niyyəti ilə çağırıblar.
"Rəsədxananın ziyarətçilərinin səhhəti ilə bağlı narahatlığa görə bizə zəng gəldi. Zənglə əlaqədar olaraq hadisə yerinə polis zabitləri gəlib və biz məmnuniyyətlə bildiririk ki, hər kəs sağ-salamat olub", - deyə polis əməkdaşı bildirib.
"Axşam orada bizi görən hər kəsə həqiqətən çox acıyıram, hər halda onlar dəhşət içində olublar. Buna görə də mən onları başa düşürəm", - deyə Lous bildirib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1099 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy
11:25 198 Avropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
13:57 194 Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl
11:07 268 "Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30.10.2026 461 Zəfər bayrağımız varlığımızdır
Təqvimin adi günlərindən birinin - 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran
15:27 177 "44" filminin kinoteatr nümayişində rekord izləyici
Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteat
14:17 184 Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
18:40 99 Bəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
14:54 181 Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili
10:55 223