İƏT dünya ictimaiyyətini İrəvana qarşı səmərəli tədbirlər görməyə çağırıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma seçkiləri tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.
Bu barədə İƏT-in bəyanatında bildirilib.
"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma seçkilər bölgədə beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının qətnamələri, İƏT qətnamələri və ATƏT prinsipləri daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
İƏT Baş Katibliyi Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu "seçki"ni danışıqlara xələl gətirən addım kimi qiymətləndirir. İƏT Baş Katibliyi özündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ehtiva edən bu qeyri-legitim seçkiləri tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa və Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün səmərəli tədbirlər görməyə çağırır", - təşkilat qeyd edib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 562 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGünəş əslində sarı deyil: Həqiqi rəngi görmək üçün atmosferdən çıxmaq lazımdır
Yer üzündən hər gün sarı disk kimi gördüyümüz Günəş əslində kosmosda tamamilə fərqli görünür - ağ rəngdə. Bu nəticə işığın fizikası ilə bağlı izahlara əsaslanır və göstərir ki, bizə tanış olan rəng ulduzun öz xüsusiyyəti deyil, Yer atmosferinin təsirinin nəticəsidir. Qaynarinfo xəbər verir ki, bu barəd
01.06.2026 288 Space TV-dən getdi - "3 aydır maaş almıram"
Aparıcı Könül Muxtarova Space TV-dəki fəaliyyətini dayandırıb. Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, 3 aydır kanalda çalışsa da, maaş ala bilmir. "Üç aydır çalışdığım kanaldan maaş ala bilmirəm. Bundan sonrasına da vəd verə bilmirlər" deyə, Könül qeyd edib
10:51 201 Rusiya Kiyevə son aylarda ən böyük dron və raket hücumlarından birini həyata keçirir
Xəbər verdiyimiz kimi, Rusiyanın gecə hücumunda istifadə edilən silahlar arasında hipersəs raketlər də var idi. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ümumilikdə 656 dron və 73 raket atdığını bildirib. Bildirilib ki, raket atəşinə 33 ballistik raket və səkki
14:16 113 Meyvə bazarında qiymət fərqlərinin səbəbi açıqlandı
"Hava şəraiti ilə əlaqədar olaraq bazarda bəzi meyvə və tərəvəzlərin qiymətlərində artım müşahidə oluna bilər. Lakin bu bahalaşmanın bütün məhsullara aid olduğunu söyləmək düzgün olmaz. Çünki iqlim dəyişiklikləri və qeyri-sabit hava şəraiti müxtəlif meyvə ağaclarına fərqli təsir göstərir"
14:56 94 Mariya Zaxarovadan Moldova-Rumıniya birləşməsi ilə bağlı açıqlama
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moldova Rumıniyaya birləşəcəyi təqdirdə ölkənin milli kimliyi təhlükə ilə üzləşə bilər. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Zaxarova Kişinyovun mümkün planlarına münasibət bildirərək qeyd edib ki, Rumıniy
11:21 161 Yağış yağacaq
Bakıda və Abşeron yarımadasında mayın 3-də gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
13:34 151 Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr
Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağaye
12:15 185 Bəhreyn vətəndaşlarının İran və İraqa səyahətini qadağan etdi
Bəhreyn Daxili İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq vətəndaşlarının İran və İraqa səyahət etməsi qadağan edilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Bəhreyn həmçinin İran və İraqda olan vətəndaşlarını təcili olaraq bu ölkələr
14:40 112 Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərma
14:39 111