60 illik müəmmalı hadisə
Qar canavarlarından yadplanetlilərə, gizli hərbi təcrübələrdən bir çox fikirlərə səbəb olan fəlakət elmi araşdırmaları günümüzə qədər müzakirə edilir. 27 yanvar 1959-cu ildə Sovet İttifaqında Ural Politexnik İnstitutunun 9 tələbədən ibarət komandası Ural dağlarının şimalına ekspedisiyaya yola düşdü. Onların məqsədi Qora Otorten dağına çatmaq idi. Dilimizdə "Ölüm dağı" mənasını verən Xolat Syaxl dağının şaxtalı yamaclarında həyatını itirən komandanın başına gələnlər illər boyu sirr olaraq qaldı.
Alpinistlərin çadırları 1959-cu il fevralın 26-da yırtılmış, bütün əşyaları hələ də içəridə olduğu halda aşkar edilib. Qar üzərindəki ayaq izləri tələbələrin ayaqyalın olduqlarını, yalnız corab və ya tək çəkmə geyindiklərini, çadırdan uzaqlaşarkən azdıqlarını göstərirdi. İlk iki meyit fevralın 27-də yanğın qalıqları ilə birlikdə sidr ağacının altında tapılıb. Alpinistlər yanıq xəsarətləri alıb, biri isə öz əllərini çeynəyib, yalnız alt paltarı geyiniblər. Qalan üç nəfərin meyiti ərazi ilə çadır arasında donmuş vəziyyətdə tapıldı. Bu da onların düşərgəyə qayıtmağa çalışdıqlarını göstərirdi. Təxminən üç ay sonra, mayın 4-də, sonuncu dörd meyit qarın 4 metr altında, ağacdan təxminən 75 metr aralıda olan xəndəkdə tapıldı. Çoxlarının baş və döş nahiyəsində ciddi xəsarətlər, sınıqlar olub. İddialara görə, hadisə zamanı səmada qəribə işıqlar görünüb, alpinistlərin bəzi paltarlarında radiasiya izləri var. Bu amillər bəzilərində ölümlərin gizli hərbi əməliyyatların nəticəsi olduğuna inanmağa səbəb olub. Digərləri, aşağı tezlikli səs dalğaları yaradan və narahatedici psixoloji təsirlərə səbəb ola bilən Karman burulğanlarının alpinistlərdə çaxnaşma hücumlarına səbəb olduğunu düşünürdülər. Digər mənbələr, o cümlədən 2014-cü ildə "Discovery Channel" sənədli filmi də mifoloji qar canavarının alpinistləri öldürdüyünü irəli sürür. Alpinistlərdən birinin çəkdiyi və canavara aid olduğu güman edilən fotoşəkil bu fikirlərə yönəlməyə əsas verdi.
O ildən bəri elm adamları bu məsələni araşdırmağa davam etdilər, çünki buradakı sirr sadəcə geridə qalacaq tip deyildi. Faciəvi hadisə 9 insanın həyatına son qoydu. Onların ölümləri çox müəmmalı oldu. Alpinistlərin ölümü tarixə "Dyatlov aşırımı hadisəsi" kimi düşüb. Bu hadisə ilə bağlı alimlər, mütəxəssislər tərəfindən bir çox fərziyyələr irəli sürülüb. Bəzi elmi məqalələrdə, hadisəyə qar uçqunun səbəb olduğu qeyd olunub. Məqalənin müəlliflərindən biri, professor Aleksandr Puzrin deyib: "Həqiqət budur ki, o gecə nə baş verdiyini heç kim həqiqətən bilmir. Bununla belə, biz uçqun ideyasının mümkün olduğuna dair güclü rəqəmsal sübutlar təqdim etmişik". Bununla yanaşı, komanda qar sürtünməsi və yerli topoqrafiya məlumatlarını tədqiq edərək sübut etdi ki, kiçik təbəqə uçqunu zərif yamacda baş verə bilər. Komandanın sözlərinə görə, bu dəlil həmin gecə qar yağmadığı halda, gecənin ortasında uçqunun necə baş verə biləcəyini ortaya qoyur. Çünki kompüter simulyasiyaları sübut edib ki, bu təbiət hadisəsi alpinistlərdə müşahidə olunan xəsarətlərə oxşar xəsarətlər verə bilər.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1341 Tarix: 09 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
13:57 194 Bəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
14:54 181 Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
15:32 175 Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
18:45 113 Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
17:30 145 Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili
10:55 223 Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla
19:00 74 İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba
17:00 154 Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
16:05 309