Qiymət artacaq, endirim olmayacaq - ARAŞDIRMA

Qiymət artacaq, endirim olmayacaq - ARAŞDIRMAKənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 23-cü sərgi-satış yarmarkası keçiriləcək. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Xatırlayırsınızsa, bir müddət əvvəl arıçılar bu il ölkədə bal qıtlığı olacağını bildirmişdilər. Buna səbəb kimi havaların qeyri-sabit və küləkli keçməsi göstərilmişdi. Hava şəraiti ilə əlaqədar arılar yetəri qədər məhsul toplaya bilməyib. Bəs bu vəziyyət yarmarkaya necə təsir edəcək? Satış üçün kifayət qədər balımız varmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Necə olacağını oktyabrın 2-də görəcəyik"

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vüqar Hüseynov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, balın çox və ya az yığılması yarmarkaya təsir etmir: "Azərbaycanda 23 min arıçı var. Yarmarkada isə 250 nəfər arıçı iştirak edəcək. Yarmarkada iştirak edənlər ölkə üzrə fermerlərin bir faizi qədər belə deyil. Kim istəyirsə, yarmarkada iştirak edə bilər. Qeydiyyat hələ yeni başlayıb. Biz yalnız təşkil edirik, qiymətə və digər məsələlərə qarışmırıq. Keçən il yarmarkada 15 manata da, 50 manata da bal var idi. Balın çox və ya az olmasının da yarmarkaya aidiyyəti yoxdur. Çünki yarmarkada limit var. Elə insan var limitdən az, elə adam var limit qədər gətirir. Necə olacağını oktyabrın 2-də görəcəyik. Keyfiyyətə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir ki, yarmarkada saxta bal olmasın"

Arıçılar üçün əsas müştərilərini itirməməkdir

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı dedi ki, yarmarkaya 50 kiloqram bal gətirmək də mümkündür: "Yarmarkada 400 kiloqram bal elə də çox deyil. 50 arısı olan arıçı bu qıtlıqla 500-600 kiloqram bal süzüb. Elə adam var 200 arı pətəyi var. Bəzi arıçılar yarmarkaya çox az bal gətirir. Sadəcə, daimi müştəriləri var. Həmin müştəriləri qorumaq üçün iştirak edirlər. Bəzi arıçılar başqalarından bal götürür. Məsələn, üç arıçıdan yarmarkada biri iştirak edir. Həmin iştirak edən digərlərindən bal götürür. 400 kiloqramdan az bal çıxarılması problem deyil. Bəzi adamlar çox bal gətirirdi deyə, hədd qoyuldu. Onsuz da artıq qalırdı və arıçılar geri aparmalı olurdular. Çox güman ki, bu il arıçılar yarmarkaya keçən ilə nisbətən az bal gətirəcəklər. Arıçılar üçün əsas yarmarkada iştirak etmək, müştərilərini itirməməkdir. Yarmarka daha çox arıçıların görüşü, bayramıdır. Ona görə hamı yarmarkada olmaq istəyir". Yarmarkada 5-10 manat bahalaşma olacaq E.Bayramlının sözlərinə görə, bal satışından bu il daha az gəlir əldə ediləcək: "Ümumi bal qiymətləri minimum 5 manat da olsa, bahalaşıb.

Yarmarkada da 5-10 manat bahalaşma olacaq.

Bu da məcburiyyətdəndir. Yarmarkada əvvəlki illərdəki kimi endirim olmayacaq. Arıçı hər il yarmarkada 400 kq balı 20 manatdan satırdısa, 800 manat gəlir əldə edirdi. Bu il 300 kq bal çıxarıbsa, 25 manatdan satsa, 750 manat qazanmış olur. İstənilən halda gəlir azalacaq".

Bu il yarmarkada aşağı keyfiyyətli bal çox olacaq

Müsahibimiz qeyd etdi ki, bəzən məcburiyyətdən aşağı keyfiyyətli balı da yarmarkaya qəbul edirlər: "Kimsə keçən ilin qiymətləri ilə - 10-15 manata bal satsa, deməli, onun balı aşağı keyfiyyətlidir. Hər il balların 30 faizi ən aşağı keyfiyyətli ballar olur. Bu il daha çox olacaq. Amma yarmarkada ən keyfiyyətli ballar iştirak etməlidir. Bu il balların daha diqqətlə yoxlanılması tapşırılıb. Çünki bu il şəkər verilən arılar daha çoxdur. Yemləmə daha çox edilir ki, arılar həyatda qalsın".

AQTA diastaza fermentini yoxlayır

E.Bayramlının fikrincə, bu il arılara şirə ilə daha çox yemləmə edilir deyə, keyfiyyəti aşağıdır: "AQTA diastaza fermentini yoxlayır. Diastaza keçidi altıdır. Keçid altıdırsa, heç olmasa balın keyfiyyəti 8 olmalıdır. Arıya şərbət verilsə də, balı istehsal edəndə ağzından mürəkkəb şəkərin sadə şəkərlərə parçalanması üçün diastaza fermentini qatır. Amma təbii olanda ağacdan, çiçəkdən də həmin ferment gəlir. Arı da əlavə edəndə daha keyfiyyətli olur. Amma yalnız arı qatanda, o zaman keyfiyyətsiz və aşağı göstəricili bal alınır. Belə balların bəzisi yoxlamadan keçib qəbul edilir, amma keçməyib geri qaytarılanlar da var".

Baldan daha ehtiyatla istifadə edəcəklər

Həmsöhbətimiz həmçinin bildirdi ki, insanlar bu il qıtlıqla əlaqədar daha çox bal alıb saxlaya bilərlər: "Yarmarkaya çıxarılacaq ballar ümumi Azərbaycanda istehsal olunan məhsulun təxminən yetmişdə bir hissəsidir. Bu da çox cüzi göstəricidir. Keçən il 10 kq bal istifadə edirdisə, bu il 5 kq istifadə edəcək. Yəni, bal azalsa da, ondan daha ehtiyatla istifadə edəcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 958   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31.10.2026 212
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 127
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

00:07 122
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

00:19 115
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

31.10.2026 208
.

Qaxda yeddi nəfərin zəhərlənməsinin səbəbi məlum oldu

Qax rayonunda baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi məlum olub. -ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, faktla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələkləri

31.10.2026 161
.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. BİG.AZ -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31.10.2026 208
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

00:11 127
.