Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?
KONKRET.az xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya həmin yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyadan olan əmək pensiyaçılarına şamil olunacaq.
"Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir", - deyə V.Bayramov qeyd edib.
Onun sözlərinə görə, sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Birinci vitse-prezident və vitse-prezidentlərə, Baş nazir və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və müavinlərinə, Prezidentin səlahiyyətli nümayəndələrinə və onların müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə, yerli icra hakimiyyəti başçılarına, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəzifəli şəxslərə şamil ediləcək.
Bundan başqa, müvafiq qulluq və sığorta stajı tələblərinə cavab verən sabiq dövlət qulluqçuları, deputatlar, Hesablama Palatasının sabiq üzvləri, ombudsmanlar, Mərkəzi Seçki komissiyalarının sabiq üzvləri, diplomatik xidmət əməkdaşları və Müdafiə Nazirliyinin hərbi qulluqçuları da bu kateqoriyaya aid edilirlər.
"Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalarla aparılacaq", - deputat vurğulayıb.
Aylıq əlavələrin məbləğinə gəlincə, V.Bayramov bildirib ki, ödənişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
"Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək", - deyə deputat əlavə edib.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisdə qəbul edilib. Onların qüvvəyə minməsi üçün Azərbaycan Prezidenti tərəfindən imzalanması tələb olunur. Aylıq pensiya əlavələrinin konkret məbləği isə hələlik açıqlanmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 123 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 184 Azərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
00:19 115 Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd
31.10.2026 127 Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
31.10.2026 202 Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla
31.10.2026 227 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 0 Qızılın qiyməti xeyli ucuzlaşdı
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6
31.10.2026 154 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması
31.10.2026 212 Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas
31.10.2026 259