"Səni axtarıram"a çıxan ailə məhkəməlik oldu

"Səni axtarıram"a çıxan ailə məhkəməlik oldu2019-cu ildə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşadığı binadan müəmmalı şəkildə yıxılaraq ölən 2004-cü il təvəllüdlü Kənan Musayevin ailə üzvləri məhkəmə qarşısına çıxarılıb.

Axşam.az "qafqazinfo"ya istinadən xəbər verir ki, K.Musayevin atasının xalası Məlahət Xudiyeva mərhum qohumunun ailə üzvlərinin onu "uşaq qatili", "qətlin sifarişçisi" kimi təqdim etməsi səbəbindən xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib. O, Kənanın atası Elşən Musayevin, yeniyetmənin anasının və daha 2 ailə üzvünün Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edib.

Bildirilib ki, mərhumun ailə üzvləri Kənanın atası Elşənin xalası Məlahət Xudiyevanın sifarişi və təşkilatçılığı ilə öldürülməsini iddia edib. Onlar ARB telekanalında həftəarası hər gün efirə gedən "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından iyul ayınadək olan müddətdə efirə gedən verilişləri zamanı müəmmalı hadisə barədə müxtəlif iddialar səsləndiriblər.

M.Xudiyeva isə bildirib ki, bacısının nəvəsini öldürmək kimi bir niyyəti olmayıb və Kənan yıxılandan sonra onu xəstəxanaya aparmaqda kömək edib. O, barəsindəki iddiaların böhtan olduğunu deyib.

Məhkəmədə K.Musayevin atası bildirib ki, onların heç kimə şər, böhtan atmaq fikirləri olmayıb:

"Məqsədimiz oğlumun ölümü ilə bağlı bizdə yaranmış şübhələrin hərtərəfli, ədalətlə və düzgün araşdırılmasına nail olmaq olub. Dövlət orqanlarına etdikləri müraciətlər cavabsız qaldığı üçün səsimizi televiziya vasitəsilə çatdırmağa çalışmışıq. Hazırda araşdırma gedir və araşdırmanın nəticələrini gözləyirik. Eyni zamanda sözügedən televiziya proqramında Məlahət də bizi qatil adlandırıb".

Məhkəmə K.Musayevin ailə üzvlərinin əməlində cinayət tərkibi olmaması qərarına gəlib və onlara 147-ci maddə üzrə bəraət verib.

Qeyd edək ki, Baş Prokurorluq bu hadisə barədə bir neçə dəfə məlumat verib. Bildirilib ki, Kənan Musayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb.

"Səni axtarıram"a çıxan ailə məhkəməlik oldu"Səni axtarıram"a çıxan ailə məhkəməlik oldu"Səni axtarıram"a çıxan ailə məhkəməlik oldu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1839   Tarix: 01 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb

İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba

31.10.2026 189
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31.10.2026 190
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31.10.2026 195
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib

Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasını

31.10.2026 194
.

Fransada yeni iğtişaşlar gözlənilir: Parisdə 40 metro stansiyası bağlanacaq

Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək. bildirir ki, bu barədə "Reuters"

31.10.2026 209
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

00:11 127
.

Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq". xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin namizədi Feridun Sinirlioğlunu

31.10.2026 208
.