"Avtomobil nəqliyyatı haqqında" yeni qanun qüvvəyə minir - nələr dəyişəcək?

"Avtomobil nəqliyyatı haqqında" yeni qanun qüvvəyə minir - nələr dəyişəcək?Prezident İlham Əliyev avqustun 18-də "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin rəhbəri, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, yeni qanun taksi şirkətlərinin və sürücülərin məsuliyyətini artıracaq: "Bu sektorda çox ciddi dəyişikliklər olacaq. Məsələn, taksi operatoru kimi icazə almaq üçün 3 000 manat rüsum ödənilməlidir. Amma bu qaydalara riayət etməyən vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər isə 40 000 manata qədər cərimə ödəyəcək. Yəni çox böyük bir cərimə sanksiyası var. Hesab edirəm ki, bu işlə məşğul olan şəxslər öz məsuliyyətlərini dərk edəcəklər".

"Taksometr məsələsi çox ciddi müzakirələrə səbəb olub. Məncə, burada dövlətin yanaşması tamamilə ədalətlidir. Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə taksometrlərin alternativi ola biləcək mobil tətbiqlərdən istifadə imkanları mövcuddur. Taksi xidmətləri göstərən şirkətlərin mobil tətbiqləri vasitəsi ilə müştərilərdən sifariş qəbul etməklə yanaşı, taksini GPS vasitəsi ilə izləmək imkanı olacaq. Hətta burada sürücünün iş rejiminə və başqa məsələlərə də nəzarət etmək imkanları mövcuddur. Ona görə də taksi xidməti göstərən şirkətlərin sürücülərinin taksometrdən istifadəsi məcburi deyil", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslər də taksometr alıb-almamaqda azaddır: "Belə ki, əgər həmin sürücülər də mobil əlavələrdən istifadə edərlərsə taksometr alıb istifadə etməklərinə ehtiyac qalmır. Amma burada hələ də açıq qalan bəzi məsələlər var. Məsələn, fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslərin iş rejimi, işinin keyfiyyəti və s. məsələlər hələ də sual doğurur. Amma bir daha təkrar edirəm ki, hazırkı məqamda yanaşma tamamilə doğrudur. Çünki şirkətlərlə çalışan taksi sürücülərinin iş rejiminə nəzarət etmək mümkündür. Bu isə onların normadan artıq işləyib həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atmasına imkan verməyəcək".

E.Muradlı yeni qanunun tariflərin artmasına səbəb olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Artıq qiymət məsələsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətindədir. Qurum müəyyən edib ki, taksi sifarişi üçün minimal qiymət 2,5 manatdır. Təbii ki, şirkətlər bundan yüksək qiyməti də özləri xidmət keyfiyyətinə uyğun müəyyən edə bilər. Amma bu, şirkətlərə sui-istifadəyə şərait yaratmamalıdır. Yəni aşağı qiymətə sürücüləri istismar etmək olmaz. Göründüyü kimi, hazırda Azərbaycanda heç bir şirkətə qarşı sanksiya tətbiq edilmir, onlar ölkədən qovulmur. Sadəcə ölkədə taksi fəaliyyəti ilə bağlı yaranan xaosun başında bu şirkətlər dayanmışdı və onun qarşısını da almaq üçün müəyyən addımlar atılmalı idi. Addım atılmazdan əvvəl araşdırıldı, məlum oldu ki, qanunvericilik bazası möhkəm deyil. Bu şirkətlər də ondan istifadə edir. Bu səbəbdən də qanunvericilikdə dəyişikliklər edildi və onun bir hissəsi oktyabrdan, digər hissəsi isə 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yeni qanun taksi şirkətlərinə və sürücülərə yeni imkanlar açır. "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi ilə minik avtomobillərində taksometrin quraşdırılması tələbi daha da sadələşdirilib. Əvvəllər qanunvericilikdə taksi minik avtomobillərində xüsusi ölçü cihazı kimi yalnız taksometrlərin quraşdırılması tələb kimi əks olunub. Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik isə taksi sürücüləri üçün əlavə imkan yaradır. Belə ki, taksi minik avtomobillərində taksometr və ya bu cihazın funksiyasını yerinə yetirən proqram təminatı anlayışı qanunvericiliyə daxil edilib. Yəni məsafəyə uyğun gedişhaqqını göstərən proqram təminatından istifadə edən taksi minik avtomobillərində taksometrin quraşdırılmasına ehtiyac yoxdur".(report)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 893   Tarix: 19 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər

13:20 21
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

12:20 103
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

00:27 358
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

00:11 308
.

Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?

Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya

13:00 85
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

10:15 175
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

00:25 366
.

Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video

ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd

12:10 119
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

00:13 344
.