Hərbi ekspert: "Qərbin silah ehtiyatları tükənir, müharibəni bitirmək barədə müzakirələr gedir"
"NATO və Qərbin Ukraynaya dəstək nümayiş etdirməsinə baxmayaraq, pərdəarxasında konflikti sona çatdırmağın yolları barədə düşünürlər. Qərbdə bu mövzu ilə bağlı narahatlıqlar artır".
Bu barədə hərbi ekspert Sin Bell Britaniyanın "Sky news" nəşrində dərc olunmuş məqaləsində yazıb.
O bildirib ki, Ukraynanın çoxdan gözlənilən yaz əks-hücum əməliyyatı artıq 10-cu həftəsindədir:
"Prezident Volodimir Zelenskinin fikrinə görə, əks-hücum əməliyyatları ancaq Qərbin silah tədarükündən asılıdır. O bildirir ki, silahlar verilərsə, əks-hücum əməliyyatları davam edəcək. Ukrayna yaz hücumuna iyunun əvvəlində başlayıb. Bəzi şiddətli döyüşlərə baxmayaraq, Rusiyanın istehkamları hələ də möhkəmdir. Halbuki Prezident Zelenski üçün uğurun göstəricisi azad edilən torpaqlardır".
Məqalədə əks-hücum əməliyyatlarının ləng davam etdiyinə diqqət çəkilib:
"Ukraynanın mübarizəni davam etdirmək əzmi başadüşüləndir - bu, hər şeydən əvvəl, onların müharibəsidir. Lakin Qərb liderləri artıq savaşın perspektivini müzakirə etməyə, bundan sonra nələr olacağı barədə düşünməyə başlayıblar. Qərb deyir ki, nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək. Lakin Qərbin silah ehtiyatları da azalır. Qərb Ukraynaya dəstəyi davam etdirmək üçün məhdud imkanlara malikdir". Qeyd edək ki, son günlər Ukrayna ilə NATO arasında gərginlik yaranıb. NATO nümayəndəsi Stian Yenssen daha əvvəl demişdi ki, Ukrayna Alyansa üzvlük müqabilində torpaq güzəştinə getməlidir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak və xarici işlər naziri Dmitro Kuleba bu təklifə kəskin münasibət bildiriblər və müharibənin davam edəcəyini söyləyiblər.
NATO Baş katibi Yens Stoltenberq isə rəsmi Kiyevin mövqeyini dəstəklədiyini bildirib.
Bir çox ekspertin fikrincə, Qərb Ukraynanı yarıyolda qoymağa hazırlaşır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatlarına start verib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 691 Tarix: 19 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDonald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli
31.10.2026 267 Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu - Foto\Video
Bakının Nizami rayonunda baş vermiş güclü yanğın hadisəsini işıqlandıran APA TV-nin əməkdaşı hücuma məruz qalıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmu
12:59 88 İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
12:30 104 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
12:20 103 Beyləqanda gənc faciəli şəkildə öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır
12:51 103 Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
11:00 151 Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr - İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdə
12:20 115 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 375 ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl
00:13 344