Dünya KİV: "Okampo Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri ilə əlaqə saxlayır"
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan Luis Moreno Okampo indi də Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri Arayik Arutyunyanla əlaqə saxlayır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın 5-ci kanalı məlumat yayıb.
Okamponun hesabatını araşdıran beynəlxalq KİV ("EU Today", "Digi24", "The Washington Times", "Focus", "Sofiaglobe" və başqaları) rusiyapərəst erməni separatçı ilə açıq-aydın əlaqə tapıb.
"Okamponun qərəzliliyi və qiymətləndirməsinin əsassızlığı bu sənədin ortaya çıxması ilə müşayiət olunan hallarla asanlıqla izah olunur. İyulun 29-da qondarma "rəhbər" Arayik Arutyunyan Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib - bu, faktdır. Cəmi doqquz gün sonra eks-prokuror tapşırığı yerinə yetirib. Maraqlıdır ki, doqquz ildə bir işi çətinliklə bağlayan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru cəmi doqquz gündə Qarabağdakı vəziyyətdən "baş çıxara" bilib", - "EU Today" qeyd edir.
Keçmiş prokurorun hesabatı ilin əvvəlindən beynəlxalq KİV tərəfindən dəfələrlə təkzib edilən təbliğat ideyasının – Qarabağda "humanitar fəlakət" yaşanması ilə yersiz iddianın davamıdır. Okamponun hesabatının legitimliyi aparıcı hüquqşünas və beynəlxalq hüquq eksperti, "Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson tərəfindən tamamilə təkzib edilib.
Ermənistan Okamponun qərəzli hesabatına əsaslanaraq avqustun 11-də BMT Təhlükəsizlik Şurasından bu məsələ ilə bağlı təcili iclas çağırmağı xahiş edib ki, bu da, mətbuatın yazdığına görə, yalnız Rusiyaya sərf edir.
"Aydındır ki, nə Arutyunyan, nə də Paşinyan Cənubi Qafqazda yaşanacaq potensial eskalasiyadan nəsə qazanmayacaq. Əslində sifarişli hesabatından və ondan sonra keçirilən BMT Təhlükəsizlik Şurasının "fövqəladə iclasından" yeganə faydalanan Rusiyadır. Dünya mediası bununla bağlı ilin əvvəlindən bəri xəbərdarlıq edir", - Rumıniyanın "Digi24" nəşri qeyd edir.
Öz növbəsində, "The Washington Times" yazır ki, Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hakimiyyətini Moskvanın kuklası ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisi ilə manipulyasiya edir. "Bu ssenari Kremlin öz imperiya təsir dairəsini saxlamaq üçün Gürcüstanda, Moldovada və ya Ukraynada uydurduğu digər mübahisələri xatırladır", - məqalədə deyilir.
"Putin Gürcüstanda osetinlər və abxazlar, Krım və Donbassda "rus sülhü"nün tərəfdarları ilə etdiyi kimi, Qarabağda da erməni separatçı-marionetkalarından öz məqsədləri üçün istifadə edir", - Ukraynanın "Tsenzor" xəbər saytı vurğulayır.
Digər Ukrayna nəşri "Focus" qeyd edir ki, Okamponun separatçılarla əlaqələri çoxdan başlayıb. 2010-cu ildə Okampo Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru statusunda İrəvana səfər edib və o zaman Ermənistan prezidenti olmuş Serj Sarqsyanla görüşüb. Beş il sonra isə Okampo "Soyqırımı cinayətinə qarşı" forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 19 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
13:20 21 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
12:20 103 Bu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
00:27 358 Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
00:11 308 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya
13:00 85 Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
10:15 175 Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
00:25 366 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
12:10 119 ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl
00:13 344