AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ

AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Prosesdə şahid qismində çıxış edən Çingiz Əmirov ifadəsində göstərib ki, 2008-ci ildən bəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işləyir:

"2008-ci ildən agentlikdəyəm. Hazırda isə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun köməkçisi vəzifəsindəyəm. İstintaqdakı ifadəmdə də göstərmişəm ki, 2021-ci ildə mühafizə zəng edib Əvəz Zeynallının idarəyə gəldiyini xəbər verdi. Əlavə etdi ki, məhkəmə ilə bağlı məsələdir. Bizim agentlikdə belə məsələlərə hüquq şöbəsindən Şahbaz Qasımov nəzarət edir. Mən də Saleh Məmmədov işdə olmadığı üçün ona yönləndirdim. Təxminən bir saat sonra Şahbaz Qasımovla əlaqə saxladım. Mənə dedi ki, Əvəz Zeynallı ilə danışdım, hər şey həll olundu. Bundan başqa heç bir şey soruşmadım".

Ç.Əmirovun sözlərinə görə, Ə.Zeynallını heç vaxt görməyib:

"Əvəz Zeynallını yalnız jurnalist kimi tanımışam. "Xural tv"də AAYDA-nın fəaliyyəti ilə bağlı narazılıqların olduğu verilişi izləmişəm. Heç vaxt şəxsi ünsiyyətim olmayıb. Əvəz Zeynallıya pul verilməsi barədə xəbəri də istintaqda öyrənmişəm.

Ç.Əmirov daha sonra Ə.Zeynallının suallarını cavablandırıb.

Ə.Zeynallının vəkili Ç.Əmirovun ifadəsinin Ş.Qasımovunku ilə eynilik təşkil etdiyini bildirib.

Ç.Əmirov isə deyib ki, Ş.Qasımovun ifadəsindən xəbəri yoxdur: "Nəyə desəniz and içərəm ki, Şahbaz Qasımovun ifadəsindən heç bir xəbərim yoxdur. Heç bura gələndə belə maraqlanmamışam. Sadəcə işdə eşidirdim ki, Ə.Zeynallı "Xural TV"də iki veriliş hazırlayıb. Həmin süjetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib".

Ə.Zeynallı isə şahidin ifadəsindən narazılıq edib:

"Nağı İsmayılov qorxusundan buraya gəlmir. Onu aldadıblar. Bir milyonluq iş üçün ona üç yüz min manat verirlər. Bunlar yalandan iki verilişə baxıb, hekayə qurub gəliblər. Mən heç kəsdən pul almamışam, agentliyə də getməmişəm".

Ə.Zeynallı istintaqın heç bir materialına inanmadığını açıqlayıb:

"Mən istintaqın heç bir materialına inanmıram. O giriş-çıxış tarixlərinin heç biri mənim üçün mötəbər deyil. Bunların hamısına azadlığa çıxanda qiymət verəcəyəm".

Təqsirləndirilən şəxs E.Şükürov söz verilmədiyi halda prokurora qarşı fikir səsləndirib.

Prokuror hakimdən E.Şükürova sakit durmasını və ona xəbərdarlıq edilməsini tələb edib.

E.Şükürov isə onun səsini kimsənin ala bilməyəcəyini, özü üçün danışdığını bildirib.

Ə.Zeynallının vəkili vəsatət qaldıraraq AAYDA-nın kamera görüntülərinin açılmasını istəyib.

Hakim müşavirə keçirərək vəkilin vəsatətini qəbul edib.

Məhkəmə iclası avqustun 18-ə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Ə.Zeynallının ayrı-ayrı şəxslərə hədə-qorxu gəlməklə təkrar və külli miqdarda rüşvət almasına, habelə Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almalarına, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələrinə, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, E.Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Ə.Zeynallının səs yazısını yayaraq, onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək, onun ailəsindən 20 min manat rüşvət alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

20:45 0
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

19:10 0
.

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa

12:00 176
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

17:19 241
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

19:20 0
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

13:15 233
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

15:30 172
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

21:00 0
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

12:51 212
.