200 meqapikselli "HONOR 90" smartfonunun musiqili təqdimatı

200 meqapikselli "HONOR 90" smartfonunun musiqili təqdimatıDünən "Electra Event Hall" konsert zalında möhtəşəm 200 meqapiksellik kameraya sahib "HONOR 90" və sərfəli "HONOR 90 Lite" smartfonunun rəsmi təqdimatı baş tutub. Tədbirin qonaqları təkcə 200 meqapiksellik smartfon kamerasını qiymətləndirməklə qalmayıb, eyni zamanda müsabiqə vasitəsilə yeni "HONOR 90" qazanmaq şansı əldə ediblər. Bununla yanaşı qonaqlar Mərdan Kazımov, Narmeen, Nadir Rüstəmli, Paster, Rio, Saybu Swag, RZZA, Wabe kimi ifaçıların canlı çıxışlarını dinləmək imkanı əldə ediblər. Cihazların hər biri ilə bağlı diqqətəlayiq məqamları diqqətinizə çatdırırıq.

Kompromissiz "HONOR 90"

"HONOR"dan sərfəli qiymət və flaqman cihazının xüsusiyyətlərini özündə birləşdirən qabaqcıl smartfon. Telefon üzərində hər kəs - həm mühəndislər, həm də dizaynerlər böyük əmək sərf ediblər. Sonuncular xüsusən "HONOR 90" üçün "arktik buz" qeyri-adi və cəlbedici rəng çalarını yaradıblar. Klassika həvəskarları üçün ənənəvi qara varinat mövcuddur, praktikliyi üstün tutanlar isə xoş məxməri örtüklü zümrüd-yaşılı rəngi qiymətləndirəcəklər.

"HONOR 90"ın əsas üstünlüklərindən biri 6,7 düym diaqonallı möhtəşəm displeydir. Matrisin yüksək ayırdetmə qabiliyyəti (1200x2664 piksel) ekrandakı təsvirin həmişə laminasiyalı kağızda çap edilmiş kimi aydın və yumşaq olmasını təmin edir. 120 Hz yeniləmə tezliyinə dəstək hərəkət animasiyasını mümkün qədər rəvan və gözə xoş gələn edəcək.

Yeri gəlmişkən smartfonun görməyə təsiri barədə. "HONOR 90"ın displeyi 3840 Hz impuls genişliyi modulyasiyası (PWM) tezliyinə malik olması ilə unikaldır. "HONOR 90"dan danışarkən qeyd etmək lazımdır ki, bu telefonlarda matrisin sayrışması istisna edilir və hətta uzunmüddətli istifadədən sonra da gözlər yorulmur. Bundan əlavə, gün batdıqdan sonra mavi işığın intensivliyini azaldan və beləliklə, gecə yaxşı yatmanıza kömək edən xüsusi "sirkad gecə ekranı" rejimi də mövcuddur.

Daha nə? İstənilən tapşırıq üçün kifayət qədər gücə malik yeni səkkiznüvəli "Qualcomm Snapdragon 7 Gen 1" prosessoru, sürətlə enerji yığan tutumlu batareya, 8 və ya 12 GB operativ yaddaş, 256 və ya 512 GB daxili yaddaş - sizə konkret olaraq uyğun gələn iki variantdan birini seçə bilərsiniz.

Əlbəttə ki, inanılmaz kameranı xatırlatmamaq olmaz. "HONOR 90" 200 meqapiksellik yüksək diafraqmalı (işıqtoplayıcı) sensora malikdir, bu sayədə siz təkcə gündüz deyil, həm də gecələr yüksək keyfiyyətli şəkillər əldə edə bilərsiniz. Bu sensora dəstək olaraq 12 meqapikselli genişbucaqlı kamera mövcuddur və müvafiq kamera makrofotolar üçün istifadə olunur.

Sərfəli "HONOR 90 Lite"

Adından göründüyü kimi, bu, yeni "HONOR 90" seriyasının başqa bir nümayəndəsidir, lakin flaqmandan daha sərfəlidir. "HONOR 90 Lite" smartfonu üç rəngdə tədqim olunur: səma mavisi, titan gümüşü və gecəyarısı qara.

Smartfon yüksək ayırdetmə qabiliyyətinə və 90Hz yeniləmə tezliyinə malik 6,7 düymlük yüksək keyfiyyətli ekrana sahibdir. Displey smartfonun ön hissəsinin 93%-dən çoxunu əhatə edir və perimetri boyu çox nazik çərçivələrlə fərqlənir. "HONOR 90 Lite" smartfonunda da "sirkad gecə ekranı" rejimi mövcuddur.

Smartfon dörd kamerasının olması ilə diqqət çəkir. Bunlara selfilər üçün frontal sensor, makrokamera, genişbucaqlı və 100 meqapiksellik əsas kamera aiddir. Belə böyük sensor daha çox təfərrüatı çəkmək üçün lazımdır. Çünki siz bu yolla bir şəkil çəkməklə hətta ən uzaq obyektləri belə yaxınlaşdıra bilərsiniz. Bu zaman keyfiyyət və dəqiqlik baxımından heç nə itirilməyəcək.
"HONOR 90 Lite" 8 GB operativ və 256 GB daxili yaddaş versiyasında mövcuddur. Smartfon səkkiznüvəli "Mediatek Dimensity 6020" prosessoruna əsaslanır və cəmi yarım saat ərzində enerjinin yarıdan çoxunu yığan tutumlu akkumulyatorla təchiz edilib.

"HONOR 90" avqustun 10-dan etibarən "İrşad", "Baku Electronics" və "Kontakt Home" mağazalarında satışda olacaq.
"HONOR 90" üç rəngdə (zümrüd-yaşılı, geceyarısı qara və arktik buz) və iki yaddaş ölçüsündə mövcuddur. 12+512 GB versiyası 1399,99 AZN, 8+256 GB versiyası isə 1199,99 AZN dəyərindədir.

"HONOR 90 lite" 8+256 GB isə sərfəli qiymətə - 649.99 AZN-ə artıq satışdadır.

200 meqapikselli "HONOR 90" smartfonunun musiqili təqdimatı200 meqapikselli "HONOR 90" smartfonunun musiqili təqdimatı200 meqapikselli "HONOR 90" smartfonunun musiqili təqdimatı200 meqapikselli "HONOR 90" smartfonunun musiqili təqdimatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1272   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb

20:45 0
.

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində

19:10 0
.

NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa

12:00 176
.

Bakıda media nümayəndəsinə növbəti dəfə hücum olundu, cinayət işi açıldı - YENİLƏNİB+Foto\Video

Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran "APA Group"un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətində

17:19 241
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

19:20 0
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

13:15 233
.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

15:30 172
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

21:00 0
.

Beyləqanda gənc faciəli şəkildə öldü

Beyləqan rayonunda bədbəxt hadisə baş verib. xəbər verir ki, bir gənci elektrik cərəyanı vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

12:51 212
.